logo
RU

Günün xəbərləri

“Leş mafiyası”ndan ət alan restoranların adı niyə gizli saxlanılır?

img




Qidaya yararsız, ölmüş iri buynuzlu mal və at ətlərinin toplanması, tədarükü və emalı ilə məşğul olan dəstənin həbsi ictimai rezonansa səbəb olub. Bir neçə gündür ki, bu məsələ sosial şəbəkələrdə müzakirə mövzusudur.  "Legion"  Yeni Sabah-a istinadən xəbər verir ki, hadisəyə ictimai diqqətin bir səbəbi də "Leş Tofiq” ləqəbilə tanınan Alıxan Rzaxanovun rəhbrəlik etdiyi dəstənin ifşasından sonra restoran və kafelərdə ət məhsullarından hazırlanan yeməklərin bahalaşmasıdır. İnsanlarda şübhələr yaranıb ki, "Leş Tofiq” və dəstəsi restoran, kafe və şadlıq sarayları ilə işbirliyində olub.  Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun açıqlaması isə bu şübhələrin əsassız olmadığına əminlik yaradıb. Eyyub Hüseynov saytımıza açıqlamasında bildirmişdi ki, "Leş Tofiq” və dəstəsinin əsas müştəriləri restoran, kafe və şadlıq sarayları olub.  Bu açıqlamadan sonra ictimaiyyət "leş mafiyası”nın işbirliyində olduğu iaşə obyektlərinin adlarının açıqlanmasının zəruriliyini önə çəkir və istintaq orqanının bu barədə geniş məlumat verməsini tələb edir. Lakin hələ ki, bu barədə heç bir açıqlama verilməyib. "Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev Yenisabah.az-a bildirib ki, bu məsələdə tələsmək olmaz. "Təbii ki, jurnalistlərin, vətəndaşların məlumat almaq hüququ var. Lakin bu kifayət qədər ciddi məsələdir. Ona görə də tələsmək olmaz. İstintaq nə zaman lüzum görərsə, o zaman müəyyən detallar açıqlana bilər.  Bilirsiniz, belə məslələrdə dozadan artıq məlumat veriləndə bu istintaqın gedişinə təsir edə bilər. İstintaq yanlışistiqamətə yönələ bilər. Ona görə də mən müstəqil şəkildə araşdırma aparan media nümayəndələrinə də tövsiyyə edrədim ki, əldə etdikləri məlumatları yaymamışdan əvvəl istintaq orqanının razılığını alsınlar. Əks halda yaydıqları məlumatdan sonra baş verə biləcək hər hansı hadisə ilə bağlı onlar məsuliyyət daşıyır”,- deyə Şəmsəddin Əliyev vurğulayıb. Birlik sədri həmçinin qeyd edib ki, bu kimi hallara qarşı mübarizədə vətəndaşlar da fəal olmalıdır: "Əgər biz vətəndaş cəmiyyəti qurmuşuqsa, o zaman vətəndaşlar da bu kimi məsələlərdə fəallıq nümayiş etdirməli, dövlət qurumlarına yardım etməlidirlər. Əvvəllər İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi var idi. "OBEXESS” kimi tanınan qurumu nəzərdə tuturam. Bu qurumun əməliyyatlar məlumatlarının əhəmiyyətli hissəsi vətəndaşlardan daxil olurdu.   Müvafiq dövlət qurumları da vətəndaşlarla işləməyi bacarmalıdır. Məsələn, indi Qida Təhlükəsizliyi Agentliyi var. Bu qurum vətəndaşlarla sıx əlaqədə olmalı, onlarla işləməlidir, bunu bacarmalıdır”.  Eyyub Hüseynov bu məsələdə din xadimlərinin də fəallıq etməyə çağırmışdı.  İlahiyyatçı Elşad Miri Eyyub Hüseynovun çağırışına dəstək verdiyini deyir. "Leş əti həm insan sağlamlığına zərər verdiyinə, həm də "Quran”la qadağan edildiyinə təbii ki, dindarlar da bu məsələyə biganə qalmamlıdır.   "Quran”ın "Maidə” surəsinin 3-cü ayəsində aydın şəkildə buyurulur ölmüş heyvan əti haramdır. Dəniz heyvanları istisnadır. Lakin qanı axmamış digər heyvanlar leş sayılır və onların yeyilməsi, tədarükü, satışı haramdır”,- deyə ilahiyyatçı bildirib.







Xəbər lenti

img Cəmiyyət
Stalin necə əylənirdi... - Fotolar

2020-02-19 / 19:19:17
img Dünya
Almanlar müharibədən sonra niyə Argentinaya qaçırdı...

2020-02-19 / 19:14:24
img Dünya
İdlib böhranı böyüyür: İrandan açıqlama

2020-02-19 / 19:12:42
img Ölkə
Fövqəladə Hallar Nazirliyi 92 min manat cərimələndi

2020-02-19 / 19:10:23
img Günün xəbərləri
Məzahir Pənahov seçki qutularından danışdı

2020-02-19 / 19:08:07
img Dünya
Putin maaşının azlığından şikayətləndi

2020-02-19 / 19:07:16
img Günün xəbərləri
MSK-nın İCLASI KEÇİRİLİR - Daha 10 məntəqənin nəticələri ləğv edildi (Yenilənir)

2020-02-19 / 17:46:07
img Günün xəbərləri
Özbəkistan prezidenti Türkiyəyə gedib

2020-02-19 / 17:23:57
img Cəmiyyət
Qar uçqunu altında qalan qadınlar belə qurtarıldı - VİDEO

2020-02-19 / 17:22:59
img Hadisə
"Bloomberg" "əl dəyişdirə" bilər

2020-02-19 / 17:21:58
img Ölkə
"Azərişıq" 5 min manat cərimə edildi

2020-02-19 / 17:20:51
img Günün xəbərləri
MSK iki dairə üzrə 5 məntəqənin nəticələrini etibarsız saydı

2020-02-19 / 17:19:21
img Dünya
Məşhur sosial şəbəkə çökdü

2020-02-19 / 17:18:14
img Hadisə
Yanvarda ölkəyə 7 elektromobil gətirilib

2020-02-19 / 17:17:05
img Manşet xəbərləri
Parlament seçkiləri: Şikayət daxil olan dairələrin sayı - SİYAHI

2020-02-19 / 12:04:37
img Günün xəbərləri
Nöqsanlara görə cəzalandırılan vəzifəli şəxslərin sayı açıqlandı

2020-02-19 / 12:02:39
img Manşet xəbərləri
Vətəndaşların Prezident Administrasiyasına şikayət etdikləri tikinti şirkətləri - SİYAHI

2020-02-19 / 11:57:00
img Günün xəbərləri
Ötən il ölkə rəhbərliyinə ən çox müraciət bu şəhər və rayonlardan edilib - RƏSMİ

2020-02-19 / 11:55:59
img Manşet xəbərləri
PA-ya ən çox hansı məhkəmələrlə bağlı müraciətlər daxil olur? - SİYAHI

2020-02-19 / 11:54:29
img Manşet xəbərləri
Prezidentə şikayətlərin artdığı və azaldığı rayonların adları - SİYAHI

2020-02-19 / 11:51:51
img Günün xəbərləri
Xəstəxanalarda ödənişlər kart vasitəsilə aparılacaq

2020-02-19 / 11:48:29
img Dünya
Cənubi Koreyanın sabiq prezidenti 17 il həbs cəzasına məhkum olundu

2020-02-19 / 11:46:52
img Dünya
Koronavirus qurbanlarının sayı iki min nəfəri ötdü

2020-02-19 / 11:45:41
img Manşet xəbərləri
Türkiyənin tikinti şirkəti “MİDA”nı məhkəməyə verib - QALMAQAL

2020-02-19 / 11:05:53
img Manşet xəbərləri
“Əfvin indi verilməsi olduqca vacibdir” - GƏLİŞMƏ

2020-02-19 / 11:04:09

Bütün xəbərlər