logo
RU

Sosial

Ürək qapağı infeksiyası nədir? - Əlamətləri, müalicəsi...

img




Ürək infeksiyası Ürək klapanlarının daxili hissəsini əhatə edən endokardiyal təbəqənin infeksiyası əksər hallarda ürək klapanlarına da təsir edir. Medicina.az xəbər verir ki, ürək qapağının infeksiyaya yoluxması, sonradan ciddi həyati təhlükəyə səbəb ola bilər. Bu infeksiyalar ümumiyyətlə, bakteriyalardan qaynaqlanır, lakin bəzi nadir hallarda müxtəlif göbələk infeksiyaları səbəbindən inkişaf edir. Hər hansı bir yolla qana daxil olan bakteriya və ya göbələk ciddi ürək xəstəliyinə, ürək qapağının səmərəli işləməməsinə və ritminin pozulmasına gətirib çıxardır.  Ürək qapağı infeksiyasının əlamətləri  Ürək qapağının infeksiyası olan insanlarda yorğunluq, zəiflik, qızdırma, oynaq ağrısı, əzələ ağrısı və çəki azlığı kimi xoşagəlməz hallar baş verir. Ürək qapağı infeksiyasının diaqnozu müxtəlif görüntü üsulları və seriyalı qan analizlərinin tətbiqi ilə mümkündür. Ürək qapağı infeksiyasının müalicəsində cərrahi müdaxilələr   İnfeksiyanın fərqli-fərqli müalicə üsulları var. Ancaq tibbdə 2 üsuldan daha geniş istifadə edilir. Bunlar dəyişdirmə və yeniləmə üsullarıdır. Dəyişdirmə əməliyyatlarında yoluxmuş örtük tamamilə çıxarılır, mexaniki və ya bioloji örtüklə əvəz olunur. Bioloji qapaqlar donuz, inək və at kimi heyvanların ürək örtüklərindən hazırlanır. Zamanla köhnəlir, 10 ildən 20 ilə kimi davamlılıq göstərir. Mexaniki qapaqlar isə karbondan hazırlanır və səthləri nanometrik səviyyədə yağlanır. Bu halda qan mexaniki qapağa yığılmır və heç bir şəkildə laxtalanmır. Mexaniki qapaq əməliyyatı keçirən xəstələr daima həkim məsləhətinə uyğun olaraq xüsusi dərmanlardan istifadə etməlidirlər. Belə olan halda mexaniki qapaq bioloji qapağa nəzərən daha uzun ömürlü olur.   Qapağın dəyişdirilməsi əməliyyatı hansı hallarda həyata keçirilir    Bəzi hallarda infeksiyaya yoluxmuş qapağın dəyişdirilməsi əvəzinə  antibiotiklərlə müalicə olunaraq, yenilənməsi də mümkündür. Ancaq bunun baş verməsi üçün ürək qapağı müalicəyə hazır olmalıdır. Müalicə olunan ürək klapanlarının təkrar infeksiyası riski də var. Buna görə də əksər hallarda əməliyyata üstünlük verilir.  İnfeksiyanın aktiv olduğu müddətdə edilən əməliyyat isə yeni qapağın da infeksiya riskini artırır. Mütəxəssislər tövsiyə edir ki, ilk simptomlar özünü göstərən kimi müayinə edilməli və əməliyyata qərar verilməlidir.







Xəbər lenti

img Günün xəbərləri
MSK daha 9 məntəqənin nəticələrini etibarsız saydı

2020-02-25 / 18:38:02
img Manşet xəbərləri
Ərdoğandan İlham Əliyevə özəl hədiyyə - FOTO/VİDEO

2020-02-25 / 17:51:21
img Hadisə
Bulvarda intihar edən sevgililərin görüntüsü yayıldı - VİDEO

2020-02-25 / 16:45:20
img Dünya
Türkiyə elektron siqaretlərin idxalına qadağa qoydu

2020-02-25 / 16:22:58
img Günün xəbərləri
Baş epidemioloq: "Nəyə deyirsiniz and içim ki, Azərbaycanda koronavirus yoxdur"

2020-02-25 / 16:21:56
img Manşet xəbərləri
Kurikulum ləğv edilir? (RƏSMİ)

2020-02-25 / 16:19:27
img Manşet xəbərləri
Koronavirus ehtimalına görə Bakıda xəstəxanaya daha 4 nəfər yerləşdirildi

2020-02-25 / 16:18:21
img Dünya
Koronavirus Tokio-2020-nin keçirilməsinə mane olmayacaq

2020-02-25 / 16:17:15
img Ölkə
Astaranın baş həkimi işdən çıxarıldı

2020-02-25 / 16:15:38
img Manşet xəbərləri
Sabiq prezident vəfat edib

2020-02-25 / 15:51:47
img Manşet xəbərləri
DTX-nin sorğuladığı xanım müavin işdən çıxarıldı

2020-02-25 / 13:35:52
img Hadisə
Bakı Bulvarında sevgi dramı: sevgililər özlərini dənizə atdı

2020-02-25 / 12:03:14
img Manşet xəbərləri
Putinin Rusiyasını rusiyalılar sürətlə tərk edir - 4,5 milyon adam tərk edib

2020-02-25 / 11:32:58
img Hadisə
Bakıda fəhlə faciəli şəkildə öldü

2020-02-25 / 11:15:56
img Qafqaz
Gürcüstanda dövlət bayraqları endirildi

2020-02-25 / 11:12:18
img Hadisə
Azərbaycan nefti 2,6 dollar ucuzlaşıb

2020-02-25 / 11:04:25
img Günün xəbərləri
Bu gün Azərbaycanda Novruzun ilk çərşənbəsidir

2020-02-25 / 11:03:40
img Manşet xəbərləri
20 Yanvar faciəsinin baiskarlarından Dmitri Yazov öldü

2020-02-25 / 11:02:22
img Hadisə
Gülər Əhmədovanın oğlunun məhkəməsinin vaxtı məlum olub

2020-02-25 / 10:59:59
img Günün xəbərləri
Azərbaycan Premyer Liqası Avropada üçüncüdür - İntizamsızlıq sarıdan

2020-02-25 / 10:58:44
img Günün xəbərləri
MSK sədri: “Bəziləri deyir ki, Məzahir Pənahovun yanında Stalin toya getməlidir”

2020-02-24 / 19:48:52
img Manşet xəbərləri
MSK daha 6 məntəqənin nəticələrini etibarsız saydı

2020-02-24 / 19:36:07
img Manşet xəbərləri
Gülər Əhmədovanın oğlu hakim qarşısına çıxarılır

2020-02-24 / 19:34:36
img Hadisə
Güclü külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ

2020-02-24 / 19:33:23
img Manşet xəbərləri
Məzahir Pənahov Elman Nəsirovun dairəsini nəzarətə götürdü: “Ciddi ölçü götürüləcək”

2020-02-24 / 19:30:10

Bütün xəbərlər