logo
RU

Dünya

“Leş Tofiq” və onun mütəşəkkil dəstəsinin üzvləri ifşa edilib

img




Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi qidaya yararsız ət tədarükü ilə məşğul olan dəstə üzvlərinə qarşı xüsusi əməliyyat keçirib. Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə birgə vətəndaşların ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. Əməliyyat zamanı mütəşəkkil dəstə tərkibində birləşən əvvəllər eyni əməllərə görə məhkum olunmuş şəxslərin yaratdığı şəbəkənin üzvləri ifşa olunaraq məsuliyyətə cəlb ediliblər. Toplanmış materiallardan müəyyən edilib ki, mütəşəkkil dəstənin üzvləri bir müddətdir ki, qidaya yararsız, ölmüş iri buynuzlu mal və at ətlərinin respublikanın müxtəlif rayonlarından toplanması, tədarükü və emalı ilə məşğul olublar. Belə ki, mütəşəkkil dəstəyə rəhbərlik edən, əvvəllər məhkum olunmuş  “Leş Tofiq” ləqəbli Alıbəy Rzaxanov Abşeron rayonunun Güzdək qəsəbəsi ərazisində ət tədarükü məntəqəsi yaradaraq qanuni fəaliyyət göstərən heyvan kəsimi sexi görüntüsü altında pərdələnərək cinayətkar şəbəkə yaradıb. O, qurduğu cinayətkar şəbəkə vasitəsilə rayonlardan mənşəyi məlum olmayan, qidaya yararsız, ölmüş heyvan ətlərinin əsasən gecə saatlarında daşınmasını, emal edilməsini, satışa çıxarılmasını təşkil edib. Əməliyyat tədbirləri zamanı müəyyən edilib ki, mütəşəkkil dəstənin rəhbərlərindən biri Əlifxan Rzaxanov Sabirabad rayonunun Xəlfəli kəndində eyni qaydada tədarük məntəqəsi yaradaraq mənşəyi məlum olmayan heyvan ətlərini ətraf rayonlardan toplayaraq Alıbəy Rzaxanova göndərilməsini təşkil edib. Dəstə üzvlərinə məxsus Abşeron rayonunun Güzdək qəsəbəsində, Sabirabad rayonunun Xəlfəli kəndində, Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən sex, anbar və gizli saxlanc yerlərinə baxış keçirilərkən 40 tona yaxın qidaya yararsız, mənşəyi məlum olmayan mal və at əti aşkar olunub. Təyin olunmuş müvafiq ekspertizalarla aşkar olunmuş ətin qidaya tam yararsız və insan sağlamlığına ciddi təhlükə mənbəyi olması təsdiq edilib. Faktla bağlı Baş İdarədə cinayət işi başlanılaraq mütəşəkkil cinayətkar dəstəyə daxil olan 8 nəfər həbs edilib. Bu cinayətkar şəbəkə ilə əlbir olan şəxsiyyəti hələ ki, müəyyən edilməyən digər şəxslərin də saxlanılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlər davam etdirilir.







Xəbər lenti

img Dünya
Sürücülər üçün təhlükəli sayılan mahnılar hansılardır?

2019-09-16 / 18:39:12
img Cəmiyyət
Diş məcununun insan sağlamlığına təhlükəsi açıqlandı

2019-09-16 / 18:37:46
img Cəmiyyət
Ronaldodan maraqlı etiraf: Anam da toyumu görmək istəyir

2019-09-16 / 18:36:01
img Ölkə
Azərbaycanda təcili yardım maşını qəzaya uğradı - YARALILAR VAR

2019-09-16 / 18:34:07
img Hadisə
Ukraynada uşaq valideynlərini asılmış vəziyyətdə tapıb

2019-09-16 / 18:32:46
img Dünya
PSJ - "Real Madrid" matçında bir sıra aparıcı futbolçular iştirak etməyəcək

2019-09-16 / 18:30:00
img Manşet xəbərləri
Bakıda şirkət cərimə ala-ala gedir – Məbləğ 1 milyon manata çatır

2019-09-16 / 16:44:35
img Dünya
SSRİ xalq artisti vəfat etdi

2019-09-16 / 16:43:00
img Ölkə
Bakteriyalar dolları sevirlər – Alimlər sübut ediblər

2019-09-16 / 16:41:59
img Sosial
Ürək qapağı infeksiyası nədir? - Əlamətləri, müalicəsi...

2019-09-16 / 16:40:44
img Manşet xəbərləri
“Məni bağışlayın, amma mən “kalqotka” geyinmirəm…” – Çingiz Abdullayev

2019-09-16 / 16:39:13
img Qafqaz
Həsən Ruhani Ermənistana səfər edəcək

2019-09-16 / 16:35:42
img Dünya
İran BƏƏ-nin neft tankerini saxlayıb

2019-09-16 / 16:33:48
img Ölkə
Fədayə Laçının məhkəməsi 10-cu dəfə təxirə salınıb

2019-09-16 / 16:32:42
img Manşet xəbərləri
Piyadaların ölümünə səbəb olan tikintilər - VİDEO

2019-09-16 / 13:13:36
img Dünya
“Nissan” şirkətinin rəhbəri istefa verib

2019-09-16 / 13:11:18
img Manşet xəbərləri
Qəbələdə meymun qəfəsdən qaçdı, helikopterlə axtarış başladı

2019-09-16 / 13:09:44
img Dünya
Rusiya inqilabi yeniliyin astanasında – Sınaqlar başlayır

2019-09-16 / 12:48:14
img Ölkə
Arif Əliyev açıqladı: “Press Klub qayıdır, keçmişə yox, gələcəyə...”

2019-09-16 / 12:46:41
img Dünya
Tunis yeni prezidentini seçə bilmədi

2019-09-16 / 12:41:06
img Sosial
Аzərbaycan əhalisinin sayı açıqlandı

2019-09-16 / 12:39:59
img Hadisə
Kolumbiyada təyyarə yaşayış binasının üstünə düşdü:7 nəfər öldü - VİDEO

2019-09-16 / 12:39:06
img Dünya
Ukraynada məktəb yeməkxanasında zəhərlənmə olub

2019-09-16 / 12:37:29
img Manşet xəbərləri
Məmurlarımızın və deputatlarımızın Türkiyə macəraları...

2019-09-14 / 17:25:25
img Cəmiyyət
Rusiyada sərnişin avtobusu yük maşını ilə toqquşub, xeyli insan ölüb və yaralanıb -VİDEO

2019-09-14 / 17:21:38

Bütün xəbərlər