logo
RU

Cəmiyyət

Payız depressiyasının əlamətləri: ondan necə qurtulmaq olar?

img




Araşdırmalara görə, hər payız fəslində təxminən 5 nəfərdən biri depressiyaya düşür, özünə qapanır və yaxud müəyyən psixoloji hallar yaşayır. Bəzi mütəxəssislər qeyd edir ki, buna səbəb mövsümlə əlaqədar olaraq orqanizmdə vitamin çatışmamazlığı, az hərəkətlilik, yay tətilindən yeni dönüşlə əlaqədar olur.  Məlum olduğu kimi, əksəriyyət insanlar yay tətili istirahətindən sonra işə, əvvəlki həyat rejiminə bir müddət adaptasiya oluna bilmir, bu da insanda gərginlik yaradır, 2-3 həftə boyunca istəksizlik, diqqəti toplaya bilməmək, səhərlər yuxudan yorğun oyanmaq, gün boyunca pessimizm, tez əsəbləşmə, enerji azalması və sairə müşahidə olunur. Digər mütəxəssislər isə qeyd edir ki, payız mövsümündə günəş şüalarının azalaması nəticəsində oranizmdə melotonin hormonu artır, “xoşbəxtlik hormonu” hesab edilən serotonin isə azalır. Qeyd edək ki, melotonin hormonu yalnız qaranlıqda ifraz olunur, işıqda isə azalır. Yayda gecələr qısa olduğu üçün melotonin ifrazı azaldığı halda uzun payız və qış gecələrində daha çox ifraz olunur. Beləliklə də tez-tez depressiyaya düşən şəxslər bu dəyişikliklər nəticəsində asanlıqla depressiyaya tutula bilirlər. Araşdırmalara görə əsasən qadınlar depressiyaya meyilli olduqlarından pazyız depressiyasına elə ən çox da onlarda rast gəlmək olur.  Bəs, payız depressiyasından necə uzaq olaq? Mövzu ilə bağlı psixoloq Ramil Nəcəfli musavat.com-a danışıb: “Payız şəxsən mənim çox sevdiyim, bəyəndiyim fəsildir. Çünki bu fəsil çox şaxəli, rəngarəng və gözəldir. Eyni zamanda payız meyvələrin çox olduğu, bolluq, bərəkətlilik, insanların yeni iş həyatına başladığı mövsümdür.  Ümumiyyətlə onu qeyd edim ki, yaradıcı insanlar payızı daha çox sevir. Çünki adətən rəssamlar, şairlər, bəstəkar və musiqiçilər, kreaitvliklə məşğul olan insanlar bu mövsümdə daha məhsuldar olurlar.  Bütün bunlarla yanaşı payızda həm də bir romantika, hüzn, kədərə, qəm var. Tez-tez yağışlar yağır, ağacların yarpaqları solub, tökülür, yəni hüznlü, romantik görüntülər olur. Bu da istər-istəməz insanların ruhuna çökür, təsir edir. Baharda oyanan, canlanan təbiət payızda da insanlara bu cür hisslər yaşadır. Məlum olduğu kimi günəşli günlər insanlarda da bir canlanma yaradır. Payızda isə bunun əksinə olaraq, günlərin qısalıb, gecələrin uzanması insanları kədərləndirir. Payız depressiyası özünü məhz bu günlərdə özünü göstərir. Günəş şüalarının az olması orqanizmdə melotonin hormonunu artırır, xoşbəxtlik hormonu sayılan serotonini isə azaldır.  Qadınlar depressiyaya meyilli olduqlarından payız depressiyasına asanlıqla tutula bilirlər.  Payız depressiyasının əlamətləri əsasən aşağıdakılar olur:

  1. Səhər yuxudan oyanmaqda çətinlik çəkir, özünə əzginlik hiss edir. Həddən artıq yatmaq istəyi yaranır.
  2. Ümumi yorğunluq. Fikrini bir yerə cəmləyə bilməmək. İşləyirsə, işə adaptasiya oluna bilməmək problemi, işə getməmək istəkləri müşahidə olunur.
  3. İştahasızlıq. Bəzən isə həddən artıq yeməyə meyillilik yaranır. 
  4. Hər şeyə maraq itir. Hətta dost və yaxınlardan uzaqlaşmağa, az ünsiyyətdə olmağa, özünə qapanmağa başlayır. 
  5. Ümidsizlik, inamsızlıq hissləri yaranır. 
  6. Tez-tez özündən çıxmaq, enerji azalması əlamətləri müşahidə edilir. 
Ola bilər ki, bu heç depressiya əlaməti deyil, hər hansı bir psixoloji xəstəliyin əlamətləridir”. Psixoloq payız depressiyasından azad olmağın yolları barədə öz tövsiyələrini də bildirib: “Bu əlamətlər olduqda, azalan enerjini yenidən özünə qaytarmaq üçün rejimlə düzgün qidalanmaq, gün ərzində 1 və ya bir neçə dəfə açıq havada gəzmək, idmanla məşğul olmaq lazımdır.  Müəyyən fantaziyaları artırmaq tövsiyə olunur. Məsələn, səhər yeməyini maraqlı etmək, iş yerində yorulduqda fasilələr vermək və s. İlk növbədə qida rasionuna diqqət etmək lazımdır. Ağır və insanı ətalətə gətirən yeməklərdən qaçmaq, yüngül, insanda xoş əhval yaradan, tez həzm olunan yeməklərə üstünlük vermək lazımdır. Ağ şəkərdən bacardıqca az istifadə tövsiyə edilir. Çünki ağ şəkər qanda şəkərin sürətlə yuxarı qaldıra və yaxud aşağı sala bilər. Bu isə yorğunluq hissini artırır. Ağ şəkərin əvəzinə bol şirin meyvələrdən istifadə etmək olar. Qeyd etdiyim kimi, payız bol meyvə mövsümüdür.  Həmçinin şirniyyat, tort və şokoladlardan az istifadə etmək tövsiyə edilir. Xatırladım ki, bu qidalarda vitaminlər az olur. Nəzərə alsaq ki, payız depressiyası bir xəstəlik deyil, yalnız psixoloji qərarsızlıq halıdır və daha çox boş-bekar insanların qapısını döyə bilər.  Ümumiyyətlə, çalışmaq lazımdır ki, hər zaman özünüzə faydalı məşğuliyyətlər tapasınız. Məsələn, qadınlar mətbəxdə daha fəal oal bilər, toxuma, tikiş bacarıqlarından faydalana bilər. Həmçinin dil öyrənməj, mütaliə etmək, rəsm çəkməklə məşğul olmaq olar. Dost və yaxınlarla tez-tez ünsiyyətdə olmaq, bərabər istirahət etmək tövsiyə edilir. Depressiyanı aradan qaldıran amillərdən biri də idmandır. İdmanlar məşğul olmaqla stressdən uzaq olmaq olar. Stress qanda adrenalinin parçalanmasını sürətləndirir, depressiv əalmətləri artırır. İdmanla məşğul olduqda beyin qanla təchizatı gücləndirir, mənimsəmə qabiliyyətini artırır.  Səhər tezdən yürüş etmək əhval-ruhiyyəni yaxşılaşdırır, endorfin hormonunun artmasına səbəb olur. Endorfinin artması insanın özünü sevincli, xoşbəxt hiss etməsinə səbəb olur.  Əgər, qeyd edilən əlamətlər özünü kəskin şəkildə göstərərsə, mütəxəssisə müraciət etmək lazımdır”. Xalidə Gəray,
Musavat.com







Xəbər lenti

img Günün xəbərləri
Merkelin Türkiyədə verilən hədiyyəyə maraqlı reaksiyası - FOTO

2020-01-24 / 16:45:21
img Ölkə
ANAR: “AYB sədrliyinə namizədliyimi yenidən irəli sürəcəm”

2020-01-24 / 16:42:14
img Günün xəbərləri
BMT-dən həyacan təbili: Bütün ölkələr koronavirusa qarşı hazır olsun!

2020-01-24 / 16:41:05
img Cəmiyyət
“Əli və Nino”nun mübahisəli müəllifi olan AXC səfiri kimdir? - TARİX

2020-01-24 / 16:40:21
img Manşet xəbərləri
237 nəfər deputat olmaq istəyindən imtina etdi - RƏSMİ

2020-01-24 / 16:35:17
img Dünya
Bolqarıstan iki rusiyalı casusu deşifrə etdi

2020-01-24 / 16:32:10
img Dünya
"Fitch": Qlobal banklar üzrə neqativ proqnozların payında azalma var

2020-01-24 / 11:40:39
img Hadisə
Şimal bölgəsində temperatur mənfi 17 dərəcəyədək enib

2020-01-24 / 11:39:20
img Günün xəbərləri
Namizədlər İTV-nin ödənişli efir vaxtından istifadə edibmi?

2020-01-24 / 11:38:47
img Cəmiyyət
Ledi Qaqanın yeni mahnısı internetə sızdırılıb- VİDEO

2020-01-24 / 11:32:09
img Hadisə
Bakı məktəbində qızları oğurladığı deyilən qadınla bağlı polisdən açıqlama (FOTO)

2020-01-24 / 11:20:06
img Dünya
Rusiya vətəndaşlarına xəbərdarlıq etdi: “Çinə getməyin, getsəniz...”

2020-01-24 / 11:15:34
img Dünya
Şimali Koreya Çindən təyyarə səfərlərinə qadağa qoydu

2020-01-24 / 11:10:56
img Dünya
Məhəmməd adı Norveçdə ən populyar ad olub

2020-01-24 / 11:07:03
img Manşet xəbərləri
Türkiyədən Rusiyanı qıcıqlandıracaq açıqlama

2020-01-23 / 17:18:18
img Dünya
Dünyanı qorxuya salan dəhşətli virusun müalicəsi tapıldı

2020-01-23 / 17:17:14
img Manşet xəbərləri
Ali Məhkəmə bağça müdiri ilə bağlı qərar çıxardı

2020-01-23 / 17:16:22
img Qafqaz
Koçaryanın ofisi yerləşən oteldə atışma

2020-01-23 / 17:13:48
img Günün xəbərləri
Magistraturaya qəbul qaydaları açıqlandı

2020-01-23 / 17:10:33
img Dünya
Azərbaycanlı biznesmenlər “Rusiyada daşınmaz əmlak kralları”nın reytinqində liderdir

2020-01-23 / 17:06:34
img Cəmiyyət
Alkoqolun orqanizmə inanılmaz təsirləri

2020-01-23 / 12:57:00
img Dünya
“Böyük Britaniya yanvarın 31-də Avropa Birliyindən çıxmağa hazırdır” - Conson

2020-01-23 / 11:09:51
img Manşet xəbərləri
Ali məktəblərə qəbul imtahanların vaxtı

2020-01-23 / 11:07:54
img Manşet xəbərləri
İşsiz və təqaüdçü deputatlığa namizədlərin sayı məlum olub

2020-01-23 / 11:04:48
img Cəmiyyət
Qadınların kişilərdən daha çox yaşamasının səbəbi bəlli oldu

2020-01-23 / 11:02:06

Bütün xəbərlər