logo
RU

Ölkə

Akademik Musiqili Teatrın 110-cu mövsümündə bu tamaşalar nümayiş olunacaq

img




Bu il 110-cu teatr mövsümünə qədəm qoyan Akademik Musiqili Teatrın yeni repertuarı zəngin olacaq. Open.az Teatrın mətbuat katibi Fəridə Aslanovaya istinadən xəbər verir ki, Akademik Musiqili Teatr mövsümü sentyabrın 20-də Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Dahi bəstəkarın ölməz əsəri “O olmasın, bu olsun” musiqili komediyası ilə başlayacaq. Tamaşanın rejissoru Xalq artisti Cənnət Səlimovadır. Tamaşada Xalq artisti, “Şöhrət” ordenli Afaq Bəşirqızı ilə yanaşı, Təbrizli aktyor, komediya ustası, İranda istehsal olunan film və tamaşalarda yaratdığı obrazlarla tamaşaçı rəğbəti qazanan Babək Nəhreyn çıxış edəcək. Babək Nəhreyn Hambal obrazını ifa edəcək. Sentyabrın 22 -də Üzeyir bəyin növbəti əsəri “Arşın mal alan” operettası Festival çərçivəsində nümayiş olunacaq. Sentyabrın 27 -də isə Festival çərçivəsində Akademik Musiqili Teatrın repertuarında özünəməxsus yeri olan İmre Kalmanın ”Silva” tamaşası nümayiş olunacaq. Silva obrazında Belarus Respublikasının Əməkdar artisti, Belorusiya Dövlət Akademik Musiqili Teatrın solisti Marqarita Aleksandroviç çıxış edəcək. Qeyd edək ki, Marqarita Aleksandroviç uzun illərdir Belarus Teatrının səhnəsində Üzeyir Hacıbəylinin ”Arşın mal alan” operettasında Gülçöhrə obrazını ifa edir. Repertuarda olan tamaşalardan başqa, Akademik Musiqili Teatrda yeni beş (5) tamaşa üzərində yaradıcılıq işləri aparılır. Teatr,Qərb ədəbiyyatının klassik nümunələri və retro komediyaları ilə bu mövsüm də tamaşaçılarını sevindirməyi nəzərdə tutub. Akademik Musiqili Teatrda hazırda, rejissor Samir Qulamovun quruluşunda Vüktor Hüqonun “Paris Notr-Dam kilsəsi” tamaşasının məşqləri gedir. Tamaşa Parisin möhtəşəm tarixi abidələrindən olan və yanğına məruz qalan Notr-Dam kilsəsinə ithaf olunub. Yeni mövsümdə retro tamaşalarını sevən teatrsevərlər üçün musiqisi Səid Rüstəmov, libretto Məmməd Səid Ordubadiyə məxsus olan “Beş manatlıq gəlin” komediyasını hazırlanır. Tamaşaya, əməkdar incəsənət xadimi, rejissor Əsgər Əsgərov quruluş verib. Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə Stanislav Stratiyevin “Avtobus” pyesi əsasında “Çarəsiz sərnişinlər” əsərini hazırlayır. Rejissor Əhəd Hacıyev isə gürcü dramaturqu Nodar Dumbadzenin “Mən, Nənəm İliko və İllarion” tamaşasına quruluş verib. Qeyd edək ki, yeni başlanan teatr mövsümündə bütün tamaşaların məşqləri davam etdiriləcək. Akademik Musiqili Teatr oktyabrın 10-dan 15-dək Albaniyanın Elbasan şəhərində keçirilən “XXI-ci Skampa Beynəlxalq Müasir Teatr Festivalı” çərçivəsində, absurd teatrın yaradıcılarından biri Semyuel Bekketin ”Qodonun həsrətində” tamaşası ilə çıxış edəcək. Tamaşanın musiqilərini Xalq artisti Fərəc Qarayevin bəstələyib. Əsərin quruluşunu Akademik Musiqili Teatrın direktoru Əliqismət Lalayevin tələbəsi, əslən Cənubi Azərbaycandan olan Yunis Vəlipur verib. Yeni mövsümdə Akademik Musiqili Teatrda Xalq artisti Afaq Bəşirqızı tamaşaçıların qarşısına yeni ampluada çıxacaq. Belə ki, oktyabrda Afaq Bəşirqızının iştirakı ilə “İstintaq” tamaşası hazırlanacaq. Tamaşanın quruluşçu rejissoru Firudin Məhərrəm, bəstəkarı Ceyhun Allahverdiyevdir. Musiqili Teatr noyabrda Balakəndə keçiriləcək III Beynəlxalq Xurma Festivalında da çıxış edəcək. Xatırladaq ki, sentyabrın 3-də Akademik Musiqili Teatrda 110-cu mövsümün açılışı münasibətilə iclas keçirilib. Kollektivi yeni mövsümdə salamlayan, Teatrın direktoru ,Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev ilk olaraq mərhum sənətkar Məhərrəm Qurbanovun xatirəsinin bir dəqiqəlik sükütla anılması istəyib. Teatrın kollektivi mərhum aktyorun əziz xatirəsini ehtiramla yad edib. Əliqismət Lalayev vurğulayıb ki, bu günlərdə Akademik Musiqili Teatrda “III-cü Beynəlxalq M.A.P Teatr Festivalı” çərçivəsində Bakıda qastrol səfərində olan Rusiyanın E.Vaxtanqov adına Akademik Dövlət Teatrı çıxış edib, növbəti ay isə ənənəvi Bakı Caz Festivalının da bu məkanda keçirililməsi nəzərdə tutulub. Əliqismət Lalayev tətil günlərində Teatrın balet truppasının Türkiyənin Bayburt şəhətində təşkil olunan “XXV-ci Dədə Qorqud Festivalında” etdiyi uğurlu çıxışdan da danışıb və əlavə edib ki, Akademik Musiqili Teatr yeni mövsümdə maraqlı tamaşalara imza atacaq. Ülviyyə Həsənqızı







Xəbər lenti

img Manşet xəbərləri
Həbsdə saxlanılan jurnalist prezidentə müraciət etdi

2019-09-23 / 01:53:05
img Manşet xəbərləri
Jurnalist prezidentə müraciət etdi

2019-09-23 / 00:42:32
img Günün xəbərləri
“Qarabağ” azarkeşlərə görə cərimələndi – UEFA-dan qərar

2019-09-21 / 16:34:43
img Günün xəbərləri
Elçin Şıxlı İctimai Televiziyadakı işindən DANIŞDI

2019-09-21 / 16:31:20
img Cəmiyyət
Səslərə qıcıq olmaq nevroloji xəstəlik ola bilər?!

2019-09-21 / 16:29:28
img Günün xəbərləri
“Tokio-2020” Olimpiadasına lisenziya qazanan 5 idmançımız kimdi? - SİYAHI

2019-09-21 / 16:27:36
img Dünya
Hər şey göründüyü kimi deyil...

2019-09-21 / 16:25:30
img Dünya
“Yadplanetlilərin bölgəsi”nə yürüş festivala çevrildi - FOTO

2019-09-21 / 10:41:47
img Ölkə
Premyer Liqa Sumqayıtda başlayıb, Zirədə başa çatacaq

2019-09-21 / 10:39:52
img Cəmiyyət
Məşhur aktrisanın erotik filmi qadağan edildi

2019-09-21 / 10:37:27
img Ölkə
Güclü külək əsəcək, intensiv yağışlar yağacaq - XƏBƏRDARLIQ

2019-09-21 / 10:34:01
img Dünya
Husilər Səudiyyə Ərəbistanına hava hücumlarını dayandırıblar

2019-09-21 / 10:33:03
img Dünya
“Oskar”a namizəd olmuş məşhur amerikalı aktyor Ukraynada dəfn olunmaq istəyir

2019-09-21 / 10:30:45
img Dünya
Dubay şahzadəsi ilə sevgi yaşadığı deyilən Hollivud ulduzundan şok etiraf

2019-09-20 / 19:21:08
img Dünya
Maduro Rusiyaya səfər edəcək

2019-09-20 / 19:19:22
img Ölkə
Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

2019-09-20 / 19:17:57
img Cəmiyyət
Almaniyada 500-dən çox aksiya və nümayiş keçiriləcək

2019-09-20 / 14:20:36
img Hadisə
Nobel mükafatı laureatlarının adlarının açıqlanacağı tarixlər bilinib

2019-09-20 / 14:19:44
img Dünya
İran Səudiyyə Ərəbistanına sülh əlini uzatdı

2019-09-20 / 14:18:32
img Cəmiyyət
“Uşaqları universitetə tapşırıqla götürürlər” - Xalq artistindən ağır ittihamlar

2019-09-20 / 14:13:28
img Ölkə
Cahangir Hacıyevlə birgə ittiham olunan keçmiş direktorla bağlı çıxarılan qərar ləğv edildi

2019-09-20 / 14:11:48
img Cəmiyyət
Xalq artisti Arif Babayev Türkiyədə xəstəxanaya yerləşdirildi

2019-09-20 / 14:09:36
img Günün xəbərləri
Şərqşünas alim: “Bu barədə heç kim bir ayə, istinad göstərə bilməz”

2019-09-20 / 13:59:34
img Qafqaz
Gürcüstan prezidenti barədə istintaq başladı

2019-09-20 / 13:57:56
img Cəmiyyət
Şagirdlərin nəqliyyatdan pulsuz istifadəsi mümkündürmü?

2019-09-20 / 13:56:59

Bütün xəbərlər