logo
RU

Dünya

Boris Conson Brexit üçün qanunu pozacağını istisna etmir

img




Böyük Britaniyanın Baş naziri Boris Conson Brexit üzrə danışıqların müddətini yenidən uzatmaq əvəzinə qanunun pozmaq və parlamentin qərarını yerinə yetirməmək niyyətindədir. AZƏRTAC “The Daily Telegraph” qəzetinə istinadla xəbər verir ki, bu barədə Boris Consonun rəhbərlik etdiyi hakim Mühafizəkarlar partiyasının üzvlərinə göndərdiyi məktubda deyilir. Britaniyanın baş naziri məktubunda müxalif partiyaların təşəbbüsü ilə parlamentin qəbul etdiyi və hökuməti Brexit üzrə danışıqların müddətini uzatmaq üçün Brüsselə sorğu göndərməyə məcbur edən, həmçinin Avropa İttifaqından sazişsiz çıxmağa qadağa qoyan qanun layihəsini xatırladıb. “Onlar Brexit vaxtını uzatmaq üçün məni Brüsselə yalvarmağa məcbur edən qanun layihəsini qəbul ediblər. Mən bunu heç vaxt etmərəm”, - deyə Baş nazir bildirib. “Sky News” telekanalı isə öz növbəsində qeyd edir ki, parlamentin iradəsini yerinə yetirməyəcəyi və müvafiq məhkəmə qərarının icrasından imtina edəcəyi təqdirdə Boris Consona qarşı məhkəmə iddiaları qaldırıla və o, həbs oluna bilər. Qeyd edək ki, Birləşmiş Krallıq Brexit qərarı ilə bağlı rəsmi bildiriş göndəriləndən iki il sonra – 2019-cu il martın 29-da Avropa İttifaqını tərk etməli idi. Lakin Britaniya parlamentinin İcmalar palatasının deputatları Brüssellə Boris Consonun sələfi Tereza Mey arasında əldə olunan Brexit şərtləri barədə saziş layihəsini üç dəfə rədd ediblər. Nəticədə Avropa İttifaqı Brexit prosesini əvvəlcə aprel və ya may aylarına, sonra isə oktyabrın 31-nə təxirə salmağa razılıq verib. Tereza Mey vəziyyəti dalandan çıxara bilməyərək istefa vermək məcburiyyətində qalıb, onun yerini isə Brexit prosesinin yenidən təxirə salınmasına yol verməyəcəyini və Brüsselin Londonun tələbi ilə razılaşmayacağı təqdirdə ölkəsinin Avropa İttifaqını sazişsiz tərk edəcəyini vəd edən Boris Conson tutub.







Xəbər lenti

img Manşet xəbərləri
Həbsdə saxlanılan jurnalist prezidentə müraciət etdi

2019-09-23 / 01:53:05
img Manşet xəbərləri
Jurnalist prezidentə müraciət etdi

2019-09-23 / 00:42:32
img Günün xəbərləri
“Qarabağ” azarkeşlərə görə cərimələndi – UEFA-dan qərar

2019-09-21 / 16:34:43
img Günün xəbərləri
Elçin Şıxlı İctimai Televiziyadakı işindən DANIŞDI

2019-09-21 / 16:31:20
img Cəmiyyət
Səslərə qıcıq olmaq nevroloji xəstəlik ola bilər?!

2019-09-21 / 16:29:28
img Günün xəbərləri
“Tokio-2020” Olimpiadasına lisenziya qazanan 5 idmançımız kimdi? - SİYAHI

2019-09-21 / 16:27:36
img Dünya
Hər şey göründüyü kimi deyil...

2019-09-21 / 16:25:30
img Dünya
“Yadplanetlilərin bölgəsi”nə yürüş festivala çevrildi - FOTO

2019-09-21 / 10:41:47
img Ölkə
Premyer Liqa Sumqayıtda başlayıb, Zirədə başa çatacaq

2019-09-21 / 10:39:52
img Cəmiyyət
Məşhur aktrisanın erotik filmi qadağan edildi

2019-09-21 / 10:37:27
img Ölkə
Güclü külək əsəcək, intensiv yağışlar yağacaq - XƏBƏRDARLIQ

2019-09-21 / 10:34:01
img Dünya
Husilər Səudiyyə Ərəbistanına hava hücumlarını dayandırıblar

2019-09-21 / 10:33:03
img Dünya
“Oskar”a namizəd olmuş məşhur amerikalı aktyor Ukraynada dəfn olunmaq istəyir

2019-09-21 / 10:30:45
img Dünya
Dubay şahzadəsi ilə sevgi yaşadığı deyilən Hollivud ulduzundan şok etiraf

2019-09-20 / 19:21:08
img Dünya
Maduro Rusiyaya səfər edəcək

2019-09-20 / 19:19:22
img Ölkə
Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

2019-09-20 / 19:17:57
img Cəmiyyət
Almaniyada 500-dən çox aksiya və nümayiş keçiriləcək

2019-09-20 / 14:20:36
img Hadisə
Nobel mükafatı laureatlarının adlarının açıqlanacağı tarixlər bilinib

2019-09-20 / 14:19:44
img Dünya
İran Səudiyyə Ərəbistanına sülh əlini uzatdı

2019-09-20 / 14:18:32
img Cəmiyyət
“Uşaqları universitetə tapşırıqla götürürlər” - Xalq artistindən ağır ittihamlar

2019-09-20 / 14:13:28
img Ölkə
Cahangir Hacıyevlə birgə ittiham olunan keçmiş direktorla bağlı çıxarılan qərar ləğv edildi

2019-09-20 / 14:11:48
img Cəmiyyət
Xalq artisti Arif Babayev Türkiyədə xəstəxanaya yerləşdirildi

2019-09-20 / 14:09:36
img Günün xəbərləri
Şərqşünas alim: “Bu barədə heç kim bir ayə, istinad göstərə bilməz”

2019-09-20 / 13:59:34
img Qafqaz
Gürcüstan prezidenti barədə istintaq başladı

2019-09-20 / 13:57:56
img Cəmiyyət
Şagirdlərin nəqliyyatdan pulsuz istifadəsi mümkündürmü?

2019-09-20 / 13:56:59

Bütün xəbərlər