logo
RU

Dünya

İsveçrə prokurorunun Telman İsmayılovun işi üzrə yazışmaları açıqlandı

img




Rusiya tərəfinin sorğusu əsasında məşhur azərbaycanlı biznesmen Telman İsmayılovun işini araşdıran İsveçrə prokuroru onun həmin ölkədəki bank hesablarına həbs qoyulması üçün əsas olmadığı qənaətinə gəlib. Və Rusiya tərəfinin müraciətini təmin etməyib. Bu barədə Sürix prokurorluğunun çirkli pulların yuyulmasına qarşı mübarizə şöbəsinin prokuroru S.Vinklerin Rusiya tərəfi ilə rəsmi yazışmalarına dair haqqin.az saytına daxil olmuş sənədlərə əsasən məlum olur. Virtualaz.org xəbər verir ki, bu günlərdə Rusiya KİV-lərində T.İsmayılovun milyardlarla dollarlıq kredit borclarına görə onun  İsveçrədəki bank hesablarına həbs qoyulduğu haqda ziddiyyətli informasiya yayılmışdı. Habelə bildirilirdi ki, İsveçrə prokurorluğu “BM-Bank”-ın (“Keçmiş “Bank Moskva”, səhmləri VTB Bank-a məxsusdur)  müraciəti əsasında İsmayılovun maliyyə fəaliyyətini araşdırır. Həmin bank bildirir ki, T.İsmayılov 2012-2014-cü illərdə ona məxsus “Rusline 2000” MMC və “Tropicano Finance B.V” şirkətlərinin adına 230 milyon dollar kredit götürüb, geri ödəməyib.   T.İsmayılov Rusiya və Azərbaycan KİV-lərinə açıqlamalarında bu iddiaları təkzib edərək əslində VTB bank-ı reyder metodu ilə onun dəyəri həmin məbləğdən xeyli yuxarı olan aktivlərini əl keçirməkdə günahlandırmışdı. İndi prokuror Vinklerin Rusiya bankının maraqlarını müdafiə edən vəkil Endryu Qarbarskiyə göndərdiyi rəsmi məktublardan məlum olur ki, İsveçrə prokurorluğu T.İsmayılovun bank hesablarına həbs qoyulması üçün hüquqi əsasın olmadığı qənaətinə gəlib. Və sübutların olmamasını əsas gətirərək çirkli pulların yuyulması iddiası üzrə T.İsmayılovun barəsində cinayət işinin qaldırılmasını rədd edib. Belə məlum olur ki, prokuror 2018-ci il fevralın 19-da Rusiya bankının nümayəndəsi ilə telefon danışığı aparanda onu İsmayılovun işi üzrə ciddi sübutların olduğuna əmin ediblər. Amma daha sonra prokuror Rusiya tərəfinin təqdim etdiyi dəlillərin yetərsiz olduğuna əmin olub. Vinkler qeyd edir ki, Rusiyada bankdan götürülmüş kreeditlər üzrə T.İsmayılovun barəsində mülki iddia qaldırılıb və hökm çıxarılıb. Amma kredit borcuna görə mülki iddia üzrə çıxarılmı. hökm çirkli pulların yuyulmasına dair ittiham üzrə cinayət iinin qaldırılmasına əsas vermir. Prokurora bank tərəfindən habelə Rusiyada T.İsmayılovun barəsində çoxsaylı sifarişli qətllər və silah alveri ittihamları üzrə qaldırılan, qurama  dəlillərə söykənən cinayət işləri barədə də informasiyalar təqdim olunub. Və Vinkler bu cinayət işləri barədə Rusiya tərəfindən əlavə dəlil-sübutlar istəsə də tutarlı cavablar ala bilməyib. “Telman İsmayılova qarşı irəli sürülmüş bu ttihamların hüquqi əsasları hansılardır? Bu ittihamlar üzrə hökm çıxarılıbmı və onun məzmunu nədir? Yeni ittihamların çirkli pulların yuylması ittihamları ilə hansı əlaqəsi var? Əsaslı şübhələr varmı ki, silah alveri yolu ilə əldə edilmiş pullar İsveçrədə yerləşdirilib?”,-prokuror Rusiya tərəfinə belə suallar ünvanlayır. Nəhayət bütün yazışmaların, sorğu-sualın yekununda prokuror İsmayılovun hesablarının dondurulması və onun barəsində cinayət işinin qaldırılması üçün əsas olmadığı qənaətinə gəlib. “Hazırda bütün xüsusatları nəzərə almaqla prokurorluğun Telman İsmayılova qarşı çirkli pulların yuyulması ittihamı üzrə cinayət işi qaldırmağa əsası yoxdur. Həmin fonda eləcə də hazırda sizin sorğu etdiyiniz tədbirlərin seçilməsi-aktivlərin bloklanması və onların müsadirə edilməsi üçün də əsas yoxdur”,-prokuror bildirir. Virtualaz.org







Xəbər lenti

img Günün xəbərləri
MSK daha 9 məntəqənin nəticələrini etibarsız saydı

2020-02-25 / 18:38:02
img Manşet xəbərləri
Ərdoğandan İlham Əliyevə özəl hədiyyə - FOTO/VİDEO

2020-02-25 / 17:51:21
img Hadisə
Bulvarda intihar edən sevgililərin görüntüsü yayıldı - VİDEO

2020-02-25 / 16:45:20
img Dünya
Türkiyə elektron siqaretlərin idxalına qadağa qoydu

2020-02-25 / 16:22:58
img Günün xəbərləri
Baş epidemioloq: "Nəyə deyirsiniz and içim ki, Azərbaycanda koronavirus yoxdur"

2020-02-25 / 16:21:56
img Manşet xəbərləri
Kurikulum ləğv edilir? (RƏSMİ)

2020-02-25 / 16:19:27
img Manşet xəbərləri
Koronavirus ehtimalına görə Bakıda xəstəxanaya daha 4 nəfər yerləşdirildi

2020-02-25 / 16:18:21
img Dünya
Koronavirus Tokio-2020-nin keçirilməsinə mane olmayacaq

2020-02-25 / 16:17:15
img Ölkə
Astaranın baş həkimi işdən çıxarıldı

2020-02-25 / 16:15:38
img Manşet xəbərləri
Sabiq prezident vəfat edib

2020-02-25 / 15:51:47
img Manşet xəbərləri
DTX-nin sorğuladığı xanım müavin işdən çıxarıldı

2020-02-25 / 13:35:52
img Hadisə
Bakı Bulvarında sevgi dramı: sevgililər özlərini dənizə atdı

2020-02-25 / 12:03:14
img Manşet xəbərləri
Putinin Rusiyasını rusiyalılar sürətlə tərk edir - 4,5 milyon adam tərk edib

2020-02-25 / 11:32:58
img Hadisə
Bakıda fəhlə faciəli şəkildə öldü

2020-02-25 / 11:15:56
img Qafqaz
Gürcüstanda dövlət bayraqları endirildi

2020-02-25 / 11:12:18
img Hadisə
Azərbaycan nefti 2,6 dollar ucuzlaşıb

2020-02-25 / 11:04:25
img Günün xəbərləri
Bu gün Azərbaycanda Novruzun ilk çərşənbəsidir

2020-02-25 / 11:03:40
img Manşet xəbərləri
20 Yanvar faciəsinin baiskarlarından Dmitri Yazov öldü

2020-02-25 / 11:02:22
img Hadisə
Gülər Əhmədovanın oğlunun məhkəməsinin vaxtı məlum olub

2020-02-25 / 10:59:59
img Günün xəbərləri
Azərbaycan Premyer Liqası Avropada üçüncüdür - İntizamsızlıq sarıdan

2020-02-25 / 10:58:44
img Günün xəbərləri
MSK sədri: “Bəziləri deyir ki, Məzahir Pənahovun yanında Stalin toya getməlidir”

2020-02-24 / 19:48:52
img Manşet xəbərləri
MSK daha 6 məntəqənin nəticələrini etibarsız saydı

2020-02-24 / 19:36:07
img Manşet xəbərləri
Gülər Əhmədovanın oğlu hakim qarşısına çıxarılır

2020-02-24 / 19:34:36
img Hadisə
Güclü külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ

2020-02-24 / 19:33:23
img Manşet xəbərləri
Məzahir Pənahov Elman Nəsirovun dairəsini nəzarətə götürdü: “Ciddi ölçü götürüləcək”

2020-02-24 / 19:30:10

Bütün xəbərlər