logo
RU

Ölkə

Kolleksioner müəllim həyətini qəsrə çevirdi - FOTO

img




Masallının Boradigah qəsəbə sakini Məmməd Məmmədovun həyətyanı sahəsi kiçik qəsrə bənzəyir. Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, ixtisasca ingilis-fransız dili müəllimi olan 60 yaşlı M.Məmmədov yerli və müxtəlif ölkələrdən gətirilən güllər, qədim əmək daşları, qədim məişət əşyaları, xalçalar və çay daşlarının ahəngi ilə həyətində maraqlı mənzərə yaradıb. M.Məhəmmədov bildirib ki, çay daşlarını boş vaxtlarında çay kənarından, istirahətə getdiyi yerlərdən seçib gətirib. Onları hissələrə böldükdən sonra hörgü işlərini aparıb. Divara işləyəndə daşların rəngarəng olmasına üstünlük verir, onları əsla rəngləmir.  Həyətdəki kiçik muzeydə isə qonşu kənd və rayonlardan gətirdiyi qədim xalçalar, əntiq qablar və məişət əşyaları toplanıb.  M.Məmmədovun topladığı əşyalar arasında Tunc dövrünə aid olduğu təxmin edilən saxsı qab da var.  Müsahibimiz vurğulayır ki, bu iş həm də bahalı sənətdir. Kərpicdən və mişar daşından fərqli olaraq, çay daşına sement çox işlənilir.  Sənətkar həyətində milli atributlara da yer verib. O, kolleksionerdir və gəzdiyi ölkələrdən əldə etdiyi pul əskinaslarını toplayır.