logo
RU

Dünya

Dünyanın ən qumarbaz 10 ölkəsi

img




Qumar oyunlarından danışanda, çoxumuzun gözləri önündə ilk növbədə Las-Veqas kazinolarının işıqları canlanır.

Lakin qəribə də olsa, ABŞ dünyanın heç də ən qumarbaz ölkəsi deyil. Hələ üstəlik ən qumarbaz ölkələr dünyanın ən gözləniməz ölkələridir. Aşağıda “H2 Gambling Capital” tərəfindən təqdim olunmuş məlumatlar əsasında tərtib olunmuş ən qumarbaz ölkələr haqqında danışacağıq: Reytinq tərtib olunarkən zərərin göstəricisi ölkənin yaşlı əhalisinin sayına görə hesablanıb. Zərərlərə poker, oyun avtomatları, at yarışları və kazino da daxil olmaqla, bütün qumar oyunlarında itirilən pullar daxildir. Avstraliya Adambaşına düşən zərər: $1 288.00 Avstraliyada qumar oyunları o qədər geniş yayılıb ki, ölkənin mərkəzi bankı faiz dərəcəsini artırmalı olub. Ölkədə idman oyunlarına onlayn-pul yatırmağa icazə verilir. Bundan başqa Avstraliyada oyun avtomatları geniş yayılıb. Nyu-Saus-Velsdə ölkənin poker avtomatlarının yarısı yerləşir. Adambaşına düşən $1 288.00 məbləğində zərər qarşılığında 2006-2010-cu illər arasında 935 qumarbaza kazinolara giriş qadağa edilmişdi. Lakin bu adamları tez-tez “iş başında” yaxalayırdılar. Onların hamısı ümumilikdə qadağaları 1200 dəfə pozmuşdular. Sinqapur Adambaşına düşən zərər: $1 174.00 Sinqapurda ilk kazino 2010-cu ildə açılıb, lakin o vaxtdan bəri ölkə dünyanın ən qumarbazlarından birinə çevrilib. Ölkədə kazinoların açılması bəzi problemlərə gətirib çıxardı, belə ki, insanlar asılılığın güclənməyindən və ya daha böyük itkilərə məruz qalmaqdan qorxurdular. Hökumət yerli əhalinin qumar oynamağını dəstəkləmir, buna görə də kazinolarda oynamaq istəyən yerli əhali üçün $81 məbləğində rüsum tətbiq edilb. Ailənin istənilən üzvünə digərlərinə qanun çərçivəsində kazinolara baş çəkməyi qadağan etmək də icazə verilir. Ancaq bu tədbirlər də müsbət nəticə vermir. İrlandiya Adambaşına düşən zərər: $588.00 İrlandiyada kazino sənayesi zəif tənzimlənir, çünki ölkədə olduqca köhnə – 1956-cı ilin “Gaming and Lottery Act” qanunu fəaliyyət göstərir. Lakin bu qanunu müasir şəraitdə tətbiq etmək mümkün deyil ki, bu da qanun qəbul olunduqdan sonra ölkədə valyutanın dəyişməsi ilə bağlıdır. Ölkə ən qumarbazların sırasında olduğuna, əhalisi isə böyük itkilərə məruz qaldığına görə, hökumət bu sahənin tənzimlənməsi üçün yeni tədbirlər və qanunlar qəbul edir. Kanada Adambaşına düşən zərər: $568.00 Yetkinlik yaşına çatmış kanadalıların 75%-dən çoxu qumar oyunlarının müxtəlif növlərinə cəlb olunublar. Kanadada qumar oyunları arasında ən məşhuru müxtəlif növ lotereyalardır. Lotereyaların populyarlığı ona gətirib çıxardı ki, hökumət uşaqlara lotereya bileti şəklində hədiyyə verməyi qadağan edən müəyyən tədbirlər görmək barədə düşünməyə başlayıb. Finlandiya Adambaşına düşən zərər: $553.00 Sosial məsələlər və Səhiyyə Nazirliyinin məlumatına əsasən, yetkinlik yaşına çatmış finlərin 41%-dən çoxu hər həftə qumar oynayır. Hökumət 2011-ci ildən etibarən qumar oynamağa icazə verilən yaş həddini 18-ə qaldırdı. Daha öncə isə bu hədd 15 yaş idi. İtaliya Adambaşına düşən zərər: $517.00 İtaliyada ilk kazino San-Remoda açılıb və 1933-cü ilə qədər o, ölkədə yeganə qumarxana idi. “Campione d’Italia” isə ölkədə açılan ikinci kazinodur və hal-hazırda da fəalıiyyətdədir. O, Avropanın ən böyük qumar mərkəzi sayılır. Bundan başqa ölkədə onlayn qumar oynamağa da icazə verilir. Yetkinlik yaşına çatmış italyan orta hesabla 517 dollar zərər verir. Honkonq Adambaşına düşən zərər: $503.00 Honkonqda qumar oyunları 1977-ci ildən tənzimlənir. Əksər bukmeker mərkəzləri Honkonq jokey-klubu tərəfindən açılıb. Təşkilat azsaylı qanuni qumar oyunlarından biri olan at yarışlarına nəzarət edir. Şəhər il ərzində 700-dən çox avtomobil yarışları keçirir. Lakin qeyri-qanuni və ya xarici bukmekerlərlə işə görə cəza da nəzərdə tutulub. Belə ki, qanunu pozanları 9 ay həbs cəzası və ya 30 min dollar məbləğində cərimə gözləyir. Norveç Adambaşına düşən zərər: $448.00 Norveç yalnız Avropada deyil, bütün dünyada qumar oyunları ilə bağlı ən ciddi qanunvericiliyə malik ölkələrdən biridir. Hazırda Norveçdə qadağa olunmamış qumar oyunlarının bütün növlərini təqdim edən cəmi iki oyun operatoru fəaliyyət göstərir. Ölkədə qumar oyunları və lotereya üç – lotereyalar haqqında qanun, oyunlar haqqında qanun və totalizatorlara pul yatırmaq haqqında qanunla tənzimlənir. Poker bütün dünyada olduğu kimi, Norveçdə də ən məşhur kart oyunlarından biridir. 2015-ci ildə Norveçdə ilk çempionat keçirilmişdi. Çempionatın baş turnirində 1974 oyunçu iştirak etmişdi ki, bu da çempionat üçün dünya rekordu idi. Yunanıstan Adambaşına düşən zərər: $420.00 Son 10 il ərzində Yunanıstanda xeyli yeni oyun evləri yaranıb. Hələ üstəlik, ölkənin qumarxanaları turistləri yalnız istirahət ərəfəsi olan yay fəslində deyil, bütün il boyu cəlb etməyə çalışırlar. Yunanlar infrastrukturun inkişaf etdirilməsi üçün Veqası əldə rəhbər tutublar, yəni, kazinolar dəbdəbəli hotel və ya kurortların bir hissəsidir ki, burada da qonaqları əla nömrələr, hovuzlar, idman meydançaları, dünya ulduzlarının iştirakı ilə şou-proqramlar və digər əyləncələr gözləyir. İspaniya Adambaşına düşən zərər: $418.00 İspaniyanın 1985-ci ildə Avropa İttifaqına qəbul edilməsi ölkə iqtisadiyyatının inkişafına müsbət təsir göstərmiş, eləcə də oyun evlərinin sayının artmasına gətirib çıxarmışdı. Hazırda qumar sənayesi ölkə ÜDM-in təxminən 3%-ni gətirir. Qanunvericilikdə həm kazino, həm totalizator, həm də onların ziyarətçilərinin 2500 avrodan yuxarı gəlirlərinin vergiyə cəlb edilməsi nəzərdə tutulur.







Xəbər lenti

img Günün xəbərləri
Kasıblıqdan milyonlara doğru və aşağı

2020-01-25 / 20:08:34
img Qafqaz
"7 rayonun qaytarılma sənədi var, müzakirədədir" - Paşinyan

2020-01-25 / 20:07:16
img Hadisə
Bakıda itin dişlədiyi məktəbli öldü

2020-01-25 / 20:05:50
img Günün xəbərləri
Qurban Yetirmişli: "Azərbaycanda yaxın zamanlarda güclü zəlzələ gözlənilmir"

2020-01-25 / 20:04:52
img Cəmiyyət
Mütəxəssislərdən rusiyalılara qorxulu xahiş: “Bu qidalardan uzaq olun...”

2020-01-25 / 20:01:23
img Dünya
Eyni gündə ölən adamların meyitləri səhv düşdü

2020-01-25 / 19:59:21
img Dünya
Canlı yayıma hazırlaşan üç nazirin zəlzələyə reaksiyası – VİDEO

2020-01-25 / 17:21:15
img Dünya
"Ukrayna təyyarəsini vuran şəxs həbsdədir"

2020-01-25 / 17:20:06
img Cəmiyyət
Müəllim şagirdin çəkdiyi rəsmə müdaxilə etdi: Ölkə ayağa qalxdı!

2020-01-25 / 17:18:25
img Dünya
Özbəkistanın yeni hökuməti təsdiqləndi

2020-01-25 / 17:15:12
img Sosial
Azərbaycanlıların ən çox çalışdığı sahələr hansıdır?

2020-01-25 / 17:13:43
img Ölkə
Hava bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər

2020-01-25 / 11:13:38
img Ölkə
Tətil başladı: 9 gün dərs olmayacaq

2020-01-25 / 11:12:49
img Günün xəbərləri
Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı artdı

2020-01-25 / 11:10:54
img Dünya
Lukaşenko: “Rusiya Belarusu böyrü üstə qoydu”

2020-01-25 / 11:10:17
img Dünya
Conson Brexit sazişini imzaladı

2020-01-25 / 11:09:25
img Dünya
2020-ci ilin ən bahalı brendlərinin TOP 10-luğu

2020-01-25 / 10:59:43
img Günün xəbərləri
Bakıda dəhşət: Avtobus və maşın toqquşdu, hər ikisi körpüdən aşdı - Yaralılar var

2020-01-25 / 10:52:26
img Manşet xəbərləri
Yerə potensial təhlükəli asteroid yaxınlaşır

2020-01-25 / 10:50:50
img Günün xəbərləri
Merkelin Türkiyədə verilən hədiyyəyə maraqlı reaksiyası - FOTO

2020-01-24 / 16:45:21
img Ölkə
ANAR: “AYB sədrliyinə namizədliyimi yenidən irəli sürəcəm”

2020-01-24 / 16:42:14
img Günün xəbərləri
BMT-dən həyacan təbili: Bütün ölkələr koronavirusa qarşı hazır olsun!

2020-01-24 / 16:41:05
img Cəmiyyət
“Əli və Nino”nun mübahisəli müəllifi olan AXC səfiri kimdir? - TARİX

2020-01-24 / 16:40:21
img Manşet xəbərləri
237 nəfər deputat olmaq istəyindən imtina etdi - RƏSMİ

2020-01-24 / 16:35:17
img Dünya
Bolqarıstan iki rusiyalı casusu deşifrə etdi

2020-01-24 / 16:32:10

Bütün xəbərlər