logo
RU

Cəmiyyət

Telman İsmayılova yaşıl işıq

img




Rusiya tərəfinin sorğusu əsasında məşhur azərbaycanlı biznesmen Telman İsmayılovun işini araşdıran İsveçrə prokuroru onun həmin ölkədəki bank hesablarına həbs qoyulması üçün əsas olmadığı qənaətinə gəlib. Və Rusiya tərəfinin müraciətini təmin etməyib. Bu barədə Sürix prokurorluğunun çirkli pulların yuyulmasına qarşı mübarizə şöbəsinin prokuroru S.Vinklerin Rusiya tərəfi ilə rəsmi yazışmalarına dair haqqin.az saytına daxil olmuş sənədlərə əsasən məlum olur.

"Legion" Virtualaz.org-a istinadən xəbər verir ki, bu günlərdə Rusiya KİV-lərində T.İsmayılovun milyardlarla dollarlıq kredit borclarına görə onun İsveçrədəki bank hesablarına həbs qoyulduğu haqda ziddiyyətli informasiya yayılmışdı. Habelə bildirilirdi ki, İsveçrə prokurorluğu “BM-Bank”-ın (“Keçmiş “Bank Moskva”, səhmləri VTB Bank-a məxsusdur) müraciəti əsasında İsmayılovun maliyyə fəaliyyətini araşdırır. Həmin bank bildirir ki, T.İsmayılov 2012-2014-cü illərdə ona məxsus “Rusline 2000” MMC və “Tropicano Finance B.V” şirkətlərinin adına 230 milyon dollar kredit götürüb, geri ödəməyib. T.İsmayılov Rusiya və Azərbaycan KİV-lərinə açıqlamalarında bu iddiaları təkzib edərək əslində VTB bank-ı reyder metodu ilə onun dəyəri həmin məbləğdən xeyli yuxarı olan aktivlərini əl keçirməkdə günahlandırmışdı. İndi prokuror Vinklerin Rusiya bankının maraqlarını müdafiə edən vəkil Endryu Qarbarskiyə göndərdiyi rəsmi məktublardan məlum olur ki, İsveçrə prokurorluğu T.İsmayılovun bank hesablarına həbs qoyulması üçün hüquqi əsasın olmadığı qənaətinə gəlib. Və sübutların olmamasını əsas gətirərək çirkli pulların yuyulması iddiası üzrə T.İsmayılovun barəsində cinayət işinin qaldırılmasını rədd edib. Belə məlum olur ki, prokuror 2018-ci il fevralın 19-da Rusiya bankının nümayəndəsi ilə telefon danışığı aparanda onu İsmayılovun işi üzrə ciddi sübutların olduğuna əmin ediblər. Amma daha sonra prokuror Rusiya tərəfinin təqdim etdiyi dəlillərin yetərsiz olduğuna əmin olub. Vinkler qeyd edir ki, Rusiyada bankdan götürülmüş kreeditlər üzrə T.İsmayılovun barəsində mülki iddia qaldırılıb və hökm çıxarılıb. Amma kredit borcuna görə mülki iddia üzrə çıxarılmı. hökm çirkli pulların yuyulmasına dair ittiham üzrə cinayət iinin qaldırılmasına əsas vermir. Prokurora bank tərəfindən habelə Rusiyada T.İsmayılovun barəsində çoxsaylı sifarişli qətllər və silah alveri ittihamları üzrə qaldırılan, qurama dəlillərə söykənən cinayət işləri barədə də informasiyalar təqdim olunub. Və Vinkler bu cinayət işləri barədə Rusiya tərəfindən əlavə dəlil-sübutlar istəsə də tutarlı cavablar ala bilməyib. “Telman İsmayılova qarşı irəli sürülmüş bu ittihamların hüquqi əsasları hansılardır? Bu ittihamlar üzrə hökm çıxarılıbmı və onun məzmunu nədir? Yeni ittihamların çirkli pulların yuyulması ittihamları ilə hansı əlaqəsi var? Əsaslı şübhələr varmı ki, silah alveri yolu ilə əldə edilmiş pullar İsveçrədə yerləşdirilib?”,-prokuror Rusiya tərəfinə belə suallar ünvanlayır. Nəhayət bütün yazışmaların, sorğu-sualın yekununda prokuror İsmayılovun hesablarının dondurulması və onun barəsində cinayət işinin qaldırılması üçün əsas olmadığı qənaətinə gəlib. “Hazırda bütün xüsusatları nəzərə almaqla prokurorluğun Telman İsmayılova qarşı çirkli pulların yuyulması ittihamı üzrə cinayət işi qaldırmağa əsası yoxdur. Həmin fonda eləcə də hazırda sizin sorğu etdiyiniz tədbirlərin seçilməsi-aktivlərin bloklanması və onların müsadirə edilməsi üçün də əsas yoxdur”,-prokuror bildirir.







Xəbər lenti

img Dünya
Sürücülər üçün təhlükəli sayılan mahnılar hansılardır?

2019-09-16 / 18:39:12
img Cəmiyyət
Diş məcununun insan sağlamlığına təhlükəsi açıqlandı

2019-09-16 / 18:37:46
img Cəmiyyət
Ronaldodan maraqlı etiraf: Anam da toyumu görmək istəyir

2019-09-16 / 18:36:01
img Ölkə
Azərbaycanda təcili yardım maşını qəzaya uğradı - YARALILAR VAR

2019-09-16 / 18:34:07
img Hadisə
Ukraynada uşaq valideynlərini asılmış vəziyyətdə tapıb

2019-09-16 / 18:32:46
img Dünya
PSJ - "Real Madrid" matçında bir sıra aparıcı futbolçular iştirak etməyəcək

2019-09-16 / 18:30:00
img Manşet xəbərləri
Bakıda şirkət cərimə ala-ala gedir – Məbləğ 1 milyon manata çatır

2019-09-16 / 16:44:35
img Dünya
SSRİ xalq artisti vəfat etdi

2019-09-16 / 16:43:00
img Ölkə
Bakteriyalar dolları sevirlər – Alimlər sübut ediblər

2019-09-16 / 16:41:59
img Sosial
Ürək qapağı infeksiyası nədir? - Əlamətləri, müalicəsi...

2019-09-16 / 16:40:44
img Manşet xəbərləri
“Məni bağışlayın, amma mən “kalqotka” geyinmirəm…” – Çingiz Abdullayev

2019-09-16 / 16:39:13
img Qafqaz
Həsən Ruhani Ermənistana səfər edəcək

2019-09-16 / 16:35:42
img Dünya
İran BƏƏ-nin neft tankerini saxlayıb

2019-09-16 / 16:33:48
img Ölkə
Fədayə Laçının məhkəməsi 10-cu dəfə təxirə salınıb

2019-09-16 / 16:32:42
img Manşet xəbərləri
Piyadaların ölümünə səbəb olan tikintilər - VİDEO

2019-09-16 / 13:13:36
img Dünya
“Nissan” şirkətinin rəhbəri istefa verib

2019-09-16 / 13:11:18
img Manşet xəbərləri
Qəbələdə meymun qəfəsdən qaçdı, helikopterlə axtarış başladı

2019-09-16 / 13:09:44
img Dünya
Rusiya inqilabi yeniliyin astanasında – Sınaqlar başlayır

2019-09-16 / 12:48:14
img Ölkə
Arif Əliyev açıqladı: “Press Klub qayıdır, keçmişə yox, gələcəyə...”

2019-09-16 / 12:46:41
img Dünya
Tunis yeni prezidentini seçə bilmədi

2019-09-16 / 12:41:06
img Sosial
Аzərbaycan əhalisinin sayı açıqlandı

2019-09-16 / 12:39:59
img Hadisə
Kolumbiyada təyyarə yaşayış binasının üstünə düşdü:7 nəfər öldü - VİDEO

2019-09-16 / 12:39:06
img Dünya
Ukraynada məktəb yeməkxanasında zəhərlənmə olub

2019-09-16 / 12:37:29
img Manşet xəbərləri
Məmurlarımızın və deputatlarımızın Türkiyə macəraları...

2019-09-14 / 17:25:25
img Cəmiyyət
Rusiyada sərnişin avtobusu yük maşını ilə toqquşub, xeyli insan ölüb və yaralanıb -VİDEO

2019-09-14 / 17:21:38

Bütün xəbərlər