logo
RU

Hadisə

Türkiyədən gələn avtobus Şəmkirdə yük maşını ilə toqquşub, ölən və yaralananlar var

img




Şəmkir rayonunda sərnişin avtobusunun yük maşınına çırpılması nəticəsində ölən və xəsarət alanların adları məlum olub.

Qəza nəticəsində 1983-cü il təvəllüdlü Elbrus Hüseyn oğlu Məhərrəmov hadisə yerində ölüb. Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Çinarə Eyub qızı İmamxanova, 1992-ci il təvəllüdlü Xəyyam Ümidvar oğlu Mirəliyev, 1966-cı il təvəllüdlü Göyçək Mehralı qızı Sərxanova, 1946-cı il təvəllüdlü Qələm Cavad qızı Süleymanova, 1978-ci il təvəllüdlü Arzu Mətləb qızı Kazımova, 1957-ci il təvəllüdlü Gülsüm Məhəmmdağa qızı Əliyeva, 1989-cu il təvəllüdlü Növrəstə Qardaşxan qızı Babayeva, 1997-ci il təvəllüdlü Nicad Gəray oğlu Əliyev, Günel Qurbanəliyeva, Sevinc Əmiraslanova, Türkiyə vətəndaşları Darmış Ruzin və 1983-cü il təvəllüdlü Şener Yavuz Süleyman müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan ikisinin vəziyyəti ağır olduğundan Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulub. *** 07:37 Şəmkir rayonu ərazisində baş verən ağır yol nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olum. Qəzaya düşən “Mercedes” markalı avtobus İstanbul-Bakı marşrut xətti üzrə hərəkət edirmiş. Avtobusda sürücü, sürücünün köməkçisi və 52 sərnişin olub. Şahidlərin bildirdiyinə görə, qəzaya səbəb “Şaqman” markalı yük maşınının avtobusa çırpılması olub. Qəzada yaralanan qadın açıqlamasında deyib ki, qəza nəticəsində sürücünün köməkçisi elə hadisə yerində keçinib: “ Hər kəs bir-birini tapdalayıb avtobusdan düşməyə çalışırdı. Avtobusda uşaqlar da vardı. Hamımız düşüb baxdıq ki, yük maşını avtobusa çırpılıb. Bəzi sərnişinlər yolda maşın saxlayıb minib evlərinə getdilər. Mən qəzada ciddi xəsarət almamışdım, sadəcə düşmək istəyəndə sərnişinlər itələdilər yıxıldım. Üzərimdən keçdikləri üçün xəsarət aldım. Məncə yük maşını bizi vurub. Günah onda olub.” ***05:34 Bakı-Qazax magistiral avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Sarıtəpə kəndi ərazisində qeydə alınıb. Belə ki, Türkiyədən gələn avtobus yük maşını ilə toqquşub. Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. 15 nəfərə yaxın yaralı Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir. Qəza yerində bir nəfər (kişi) ölüb. 10-dan çox sərnişinə isə ambulator yardım göstərilib. Faktla bağlı araşdırma aparılır. (Report.az)







Xəbər lenti

img Dünya
Sürücülər üçün təhlükəli sayılan mahnılar hansılardır?

2019-09-16 / 18:39:12
img Cəmiyyət
Diş məcununun insan sağlamlığına təhlükəsi açıqlandı

2019-09-16 / 18:37:46
img Cəmiyyət
Ronaldodan maraqlı etiraf: Anam da toyumu görmək istəyir

2019-09-16 / 18:36:01
img Ölkə
Azərbaycanda təcili yardım maşını qəzaya uğradı - YARALILAR VAR

2019-09-16 / 18:34:07
img Hadisə
Ukraynada uşaq valideynlərini asılmış vəziyyətdə tapıb

2019-09-16 / 18:32:46
img Dünya
PSJ - "Real Madrid" matçında bir sıra aparıcı futbolçular iştirak etməyəcək

2019-09-16 / 18:30:00
img Manşet xəbərləri
Bakıda şirkət cərimə ala-ala gedir – Məbləğ 1 milyon manata çatır

2019-09-16 / 16:44:35
img Dünya
SSRİ xalq artisti vəfat etdi

2019-09-16 / 16:43:00
img Ölkə
Bakteriyalar dolları sevirlər – Alimlər sübut ediblər

2019-09-16 / 16:41:59
img Sosial
Ürək qapağı infeksiyası nədir? - Əlamətləri, müalicəsi...

2019-09-16 / 16:40:44
img Manşet xəbərləri
“Məni bağışlayın, amma mən “kalqotka” geyinmirəm…” – Çingiz Abdullayev

2019-09-16 / 16:39:13
img Qafqaz
Həsən Ruhani Ermənistana səfər edəcək

2019-09-16 / 16:35:42
img Dünya
İran BƏƏ-nin neft tankerini saxlayıb

2019-09-16 / 16:33:48
img Ölkə
Fədayə Laçının məhkəməsi 10-cu dəfə təxirə salınıb

2019-09-16 / 16:32:42
img Manşet xəbərləri
Piyadaların ölümünə səbəb olan tikintilər - VİDEO

2019-09-16 / 13:13:36
img Dünya
“Nissan” şirkətinin rəhbəri istefa verib

2019-09-16 / 13:11:18
img Manşet xəbərləri
Qəbələdə meymun qəfəsdən qaçdı, helikopterlə axtarış başladı

2019-09-16 / 13:09:44
img Dünya
Rusiya inqilabi yeniliyin astanasında – Sınaqlar başlayır

2019-09-16 / 12:48:14
img Ölkə
Arif Əliyev açıqladı: “Press Klub qayıdır, keçmişə yox, gələcəyə...”

2019-09-16 / 12:46:41
img Dünya
Tunis yeni prezidentini seçə bilmədi

2019-09-16 / 12:41:06
img Sosial
Аzərbaycan əhalisinin sayı açıqlandı

2019-09-16 / 12:39:59
img Hadisə
Kolumbiyada təyyarə yaşayış binasının üstünə düşdü:7 nəfər öldü - VİDEO

2019-09-16 / 12:39:06
img Dünya
Ukraynada məktəb yeməkxanasında zəhərlənmə olub

2019-09-16 / 12:37:29
img Manşet xəbərləri
Məmurlarımızın və deputatlarımızın Türkiyə macəraları...

2019-09-14 / 17:25:25
img Cəmiyyət
Rusiyada sərnişin avtobusu yük maşını ilə toqquşub, xeyli insan ölüb və yaralanıb -VİDEO

2019-09-14 / 17:21:38

Bütün xəbərlər