logo
RU

Cəmiyyət

"13-14 yaşında qız əgər 45-50 yaşında kişiyə ərə gedirsə, bu, faciədir..."

img




Bizim qadınlarımız 14-15 yaşında, yaxud cavan gəlinlərimiz iki uşağını evdə qoyub sosial mediada tanış olduğu adamla qoşulub qaçır. Sonra bu işin üstü açılanda qadın sorğu-suala çəkiləndə bunu qaynananın, qaynatanın boynuna atır... Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Afaq Bəşirqızı son vaxtlar artan məişət zorakılığı haqda danışarkən deyib. Xalq artisti etik normalara sığmayan görüntülərin sosial şəbəkələrdə açıq şəkildə paylaşılmasının yolverilməz olduğunu bildirib: “Bu haqda artıq düşünməyin vaxtı deyil, hərəkətə keçmək lazımdır. Qarşımızda çox böyük problemlər var və bu da sosial şəbəkələrdə gedən lazımsız proqramlardı. Biabırçı xəbərlər, etik normaların heç birinə uyğun gəlməyən, şəxsən bizim özümüzün içində, şou aləmdə müğənnilər arasında baş verənlərin hamısı ovuc boyda respublikaya təsirini göstərməyə bilməz və hətta deyərdim ki, təsirindən də o tərəf keçib. Amma çox qəribəsi budur ki, sosial mediada göstərilən bu biabırçılığın üstündən 10-15 dəqiqə keçən kimi həmin görüntü televiziyalarımızda da işıqlandırılır. Bu cür biabırçı hərəkətlərin icraçısı çox böyük rəğbətlə qarşılanır və deyir ki, burda nə var ki? Yəni biri verilişinin reytinqi, digəri isə əxlaqsızlığının nümayişi üçün çalışır. Səhəri gün də toylar, tamaşalar dalbadal dayanır. Ona görə də bu haqda mənə elə gəlir ki, çox güclü qanun olmalıdır. Biz sivil ölkədə yaşayırıq, amma hər bir yaxşı və yaxud pis hərəkətin cavabı və yaxud cəzası olduğu kimi, çox vaxt yaxşı sayılan hərəkətin də çox böyük cəzası olur və bunu da cəmiyyət çəkir. Düşdüyü şəraitdən asılı olaraq zorakılıq da, nəvaziş də, hegemonluq da insana məxsusdur”. Xalq artisti deyib ki, əslində hamı bu barədə danışsa da heç birimiz üzərimizə düşən vəzifəni icra etmək istəmirik:  “Bizim qadınlarımız 14-15 yaşında, yaxud cavan gəlinlərimiz iki uşağını evdə qoyub sosial mediada tanış olduğu adamla qoşulub qaçır. Sonra bu işin üstü açılanda qadın sorğu-suala çəkiləndə bunu qaynananın, qaynatanın boynuna atır. Amma heç kəs də buna sual vermir ki, əgər sən anasansa, gəlinliyi qəbul edə bilmədin-bilmədin, analığı da qəbul edə bilmirsənsə, sən necə qadın, necə insansan? Ötən dəfə bunu demişdim ki, aprel döyüşlərində bizim hamımızın ürəyi yanırdı. Döyüşçülərlə, şəhid ailələriylə görüşlər keçirirdik. Belə bir vaxtda bizim biqeyrətlər o çılpaq qızların videosunu yaydılar. Bu həyatda bəzi suallara ağıllı cavab vermək üçün bizim qeyrətimiz çatırmı? Düzgün çıxarış, düzgün düzəliş etmək üçün şəxsiyyətimizi təsdiq edə bilmişikmi? Biz həqiqətən özümüzü cəmiyyətə tanıda bilmişikmi ki, deyək biz insanıq, bütün bu qeyri-insani hərəkətlərə qiymət verməyə haqqımız var. Heç birimiz üzərimizə düşən vəzifəni yerinə yetirmək istəmirik. Biz sadəcə kreslo, gözəl kabinet, əyri yollarla pul qazanmaq, kiminsə haqqını yemək istəyirik. Bu dəqiqə bizdə həyat şüarı bu gedir”.  Xalq artisti məktəbli qızların nişanlı olmasının da faciə olduğunu bildirib: “Bir vaxtlar korrupsiyadan iyirmi dörd saat danışmağa azlıq edən ölkələrdə bu dəqiqə korrupsiya o qədər qabarıq şəkildə özünü göstərir ki, bilmirəm dünyanın, yoxsa insanlığın axırıdır. Ona görə də bütün bunlara cavab vermək çox çətin məsələdir. Bütün bu hadisələrin kökündən dəyişəcəyinə və bunların bir də olmamasına heç cür zəmanət verə bilmərəm. Əksinə, qorxuram ki, bu get-gedə daha geniş şəkil ala. Amma qadınların zoraklığı və uşaqların şiddət görməsi kimi məsələlər müzakirədən əvvəl ailə daxilində həll olunmalıdır ki, bunun səbəbləri araşdırılsın. 13-14 yaşında qız əgər 45-50 yaşında kişiyə ərə gedirsə, əgər məktəbə gələn qız 7-8 sinifdə nişanlıdırsa, bütün bunlar hamısı faciədir. Bir vaxtlar biz “Ağ atlı oğlan”, “Məlikməmməd” nağılı oxuyub özümüz üçün belə bir gələcək həyat yoldaşı arzulayırdıq, amma indi bütün bunların hamısı qızların 35-40 yaşında gördükləri kişilərin xəyalına keçib. Bunun axırı nə olacaq, bilmirəm. Cavanlarımız restoranlarda yemək paylayırlar və soruşanda da deyirlər ki, iki diplomum var, amma iş tapa bilmirəm. Əgər sən iki diplomla bu həyatda mübarizə aparıb qalibiyyət əldə edə bilməmisənsə, şüşə silməklə, təkər qaraltmaqla nə edəcəksən? Azərbaycanın gələcəyi bu cür gəncliyin əlindədirsə, vay bizim halımıza”.







Xəbər lenti

img Dünya
Sürücülər üçün təhlükəli sayılan mahnılar hansılardır?

2019-09-16 / 18:39:12
img Cəmiyyət
Diş məcununun insan sağlamlığına təhlükəsi açıqlandı

2019-09-16 / 18:37:46
img Cəmiyyət
Ronaldodan maraqlı etiraf: Anam da toyumu görmək istəyir

2019-09-16 / 18:36:01
img Ölkə
Azərbaycanda təcili yardım maşını qəzaya uğradı - YARALILAR VAR

2019-09-16 / 18:34:07
img Hadisə
Ukraynada uşaq valideynlərini asılmış vəziyyətdə tapıb

2019-09-16 / 18:32:46
img Dünya
PSJ - "Real Madrid" matçında bir sıra aparıcı futbolçular iştirak etməyəcək

2019-09-16 / 18:30:00
img Manşet xəbərləri
Bakıda şirkət cərimə ala-ala gedir – Məbləğ 1 milyon manata çatır

2019-09-16 / 16:44:35
img Dünya
SSRİ xalq artisti vəfat etdi

2019-09-16 / 16:43:00
img Ölkə
Bakteriyalar dolları sevirlər – Alimlər sübut ediblər

2019-09-16 / 16:41:59
img Sosial
Ürək qapağı infeksiyası nədir? - Əlamətləri, müalicəsi...

2019-09-16 / 16:40:44
img Manşet xəbərləri
“Məni bağışlayın, amma mən “kalqotka” geyinmirəm…” – Çingiz Abdullayev

2019-09-16 / 16:39:13
img Qafqaz
Həsən Ruhani Ermənistana səfər edəcək

2019-09-16 / 16:35:42
img Dünya
İran BƏƏ-nin neft tankerini saxlayıb

2019-09-16 / 16:33:48
img Ölkə
Fədayə Laçının məhkəməsi 10-cu dəfə təxirə salınıb

2019-09-16 / 16:32:42
img Manşet xəbərləri
Piyadaların ölümünə səbəb olan tikintilər - VİDEO

2019-09-16 / 13:13:36
img Dünya
“Nissan” şirkətinin rəhbəri istefa verib

2019-09-16 / 13:11:18
img Manşet xəbərləri
Qəbələdə meymun qəfəsdən qaçdı, helikopterlə axtarış başladı

2019-09-16 / 13:09:44
img Dünya
Rusiya inqilabi yeniliyin astanasında – Sınaqlar başlayır

2019-09-16 / 12:48:14
img Ölkə
Arif Əliyev açıqladı: “Press Klub qayıdır, keçmişə yox, gələcəyə...”

2019-09-16 / 12:46:41
img Dünya
Tunis yeni prezidentini seçə bilmədi

2019-09-16 / 12:41:06
img Sosial
Аzərbaycan əhalisinin sayı açıqlandı

2019-09-16 / 12:39:59
img Hadisə
Kolumbiyada təyyarə yaşayış binasının üstünə düşdü:7 nəfər öldü - VİDEO

2019-09-16 / 12:39:06
img Dünya
Ukraynada məktəb yeməkxanasında zəhərlənmə olub

2019-09-16 / 12:37:29
img Manşet xəbərləri
Məmurlarımızın və deputatlarımızın Türkiyə macəraları...

2019-09-14 / 17:25:25
img Cəmiyyət
Rusiyada sərnişin avtobusu yük maşını ilə toqquşub, xeyli insan ölüb və yaralanıb -VİDEO

2019-09-14 / 17:21:38

Bütün xəbərlər