logo
RU

Dünya

Adına görə “kosmosu fəth edən ilk insan” titulunu əldən verən kosmonavt – Titovun həyat yolu

img




6 avqust 1961-ci ildə dünyada ikinci dəfə insanın kosmosu fəth etməsi hadisəsi baş verib. Kosmosun növbəti fəthi də sovet kosmonavtı tərəfindən icra edilib. German Titov 25 saat “göylərin qonağı” olub. Qeyd edək ki, kosmosun ilk dəfə fəth edilməsində SSRİ-nin adını dünyada birinciliyə gətirən Yuri Qaqarin uçuşa son dəqiqələr qalmışa qədər məhz bu “səfər”ə onun seçiləcəyini özü də bilməyib. Namizədlərin sayı əvvəlcə 20, sonra 6, daha sonra isə 2 nəfər olub, Yuri Qaqarin və German Titov. Xüsusi komissiya daha çox German Titovun üzərində dayanıb. Çünki onun bütün göstəriciləri Yuri Qaqarindən üstün olub. İstər fiziki hazırlıq, istərsə də şəxsi kefiyyətlərinə görə Titov Qaqarini üstələyib. Amma buna baxmayaraq, Nikita Xruşova Qaqarin təqdim edilib və ölkə başçısı bu seçimi təsdiqləyib. Maraqlıdır, German Titov üstün olduğu halda niyə onu birincilikdən kənarda qoyublar? Bunun çox sadə bir səbəbi olub. Sovet ideologiyasının “coşub-daşdığı” bir vaxtda Titova onun adı mane olub. German alman adı olduğundan ilk dəfə kosmosu belə adda bir şəxsin fəth etməsi sovet rəhbərləri tərəfindən məqsədəuyğun sayılmayıb. German Titov 1935-ci ildə Altay diyarının Kosixin rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra Stalinqrad Hərbi Aviasiya Məktəbində, sonra isə Jukovski adına Hərbi-hava Mühəndisləri Akademiyasında təhsil alıb. Bir müddət Leninqrad hərbi dairəsində xidmət edən Titov 1960-cı ildə kosmonavtlar dəstəsinə qəbul edilib. German Titiv kosmosu fəth edən ilk şəxs olmasa da, o, kosmonavtikada digər ilklərə imza atıb. Belə ki, o, dünyada kosmosu fəth edən ən cavan kosmonavt olub. Titov kosmosa 26 yaşında “səyahət” edib. German Titov kosmosda uzun müddət qalan ilk kocmonavt olub ki, o, bununla kosmosda yaşamağın, normal qidalanmağın, yatmağın mümkün olduğunu sübut edib. Titov 1 sutka 1 saat ərzində Yer kürəsinin ətrafında “Vostok-2” gəmisi ilə 17 dəfə dövrə vuraraq 703 min kilometr məsafə qət edib. Titovun kosmosa uçuşundakı maraqlı məqamlardan biri onun yerə enişi ilə bağlı olub. Belə ki, uçuş sona çatdıqdan sonra kosmonavt Saratov vilayətinin Krasnı Kut şəhəri ərazisinə düşüb. Ətrafdakı insanlar onun xarici kəşfiyyatdan olduğunu zənn edərək kosmonavtı yaxına buraxmayıblar, yalnız dövlət təhlükəsizliyi orqanları məsələyə müdaxilə etdikdən sonra Titov yerli əhalinin “cəngindən” xilas ola bilib. Uğurli uçuşdan sonra Titov Moskvanın “Vnukovo” hava limanından Kremlə böyük təntənə ilə gətirilib. O, 26 yaşında SSRİ-nin ən yüksək mükafatıyla, Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif olunub, Kremldə şərəfinə böyük ziyafət verilib. Bir müddət German Titovun səhhəti ilə bağlı xoşagəlməz söhbətlər gəzib, onun şüalanma nəticəsində ağır xəstəliklərə düçar olması haqqında fikirlər dolaşıb, kosmonavtın heç vaxt ata ola bilməyəcəyi söylənilib. Bu fikirlər Titova mənfi təsir edib. Ancaq narahatlıq uzun sürməyib. Qızı dünyaya gələndə kosmonavtın qızı ilə şəkilləri mətbuatın birinci səhifələrini bəzəyib, beləliklə də söz-söhbətə son qoyulub. German Titov uzun illər elmi yaradıcılıqla məşğul olub, hərbi sahə ilə bağlı namizədlik və doktorluk işi müdafiə edib. General-polkovnik rütbəsini daşıyan German Titov uzun illər SSRİ Müdafiə Nazirliyində və kosmonavtika sahəsində rəhbər vəzifələrdə çalışıb. 1991-ci ildə təqaüdə çıxan kosmonavt “Kosmoflot” beynəlxalq mərkəzinə başçılıq edib. Müasirlərinin söylədiklərinə görə, Titov zəngin intellektə və dünyagörüşünə malik bir şəxs olub. Altı kitabın müəllifi olan Titov bir neçə filmə ssenari də yazıb, həmin filmlərdə özü də çəkilib. Həyatını bütövlükdə kosmonavtikaya həsr edən Titov yaşadığı illər ərzində xeyriyyəçiliklə də məşğul olmağa vaxt tapıb. Məktəblərin, uşaq bağçalarının tikintisində iştirak edib, gənclərin kosmonavtika sahəsinə cəlb edilməsində, bu sahə üzrə təhsil almasında imkanlarını əsirgəməyib. German Titov ictimai həyatda fəallığı ilə də fərqlənib. SSRİ dövründə iki, Rusiya Federasiyası dövründə isə üç dəfə deputat seçilib. Kosmonavt 2000-ci ildə, 65 yaşında qəfil keçirdiyi infarktdan vəfat edib. German Titov Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub.







Xəbər lenti

img Manşet xəbərləri
Həbsdə saxlanılan jurnalist prezidentə müraciət etdi

2019-09-23 / 01:53:05
img Manşet xəbərləri
Jurnalist prezidentə müraciət etdi

2019-09-23 / 00:42:32
img Günün xəbərləri
“Qarabağ” azarkeşlərə görə cərimələndi – UEFA-dan qərar

2019-09-21 / 16:34:43
img Günün xəbərləri
Elçin Şıxlı İctimai Televiziyadakı işindən DANIŞDI

2019-09-21 / 16:31:20
img Cəmiyyət
Səslərə qıcıq olmaq nevroloji xəstəlik ola bilər?!

2019-09-21 / 16:29:28
img Günün xəbərləri
“Tokio-2020” Olimpiadasına lisenziya qazanan 5 idmançımız kimdi? - SİYAHI

2019-09-21 / 16:27:36
img Dünya
Hər şey göründüyü kimi deyil...

2019-09-21 / 16:25:30
img Dünya
“Yadplanetlilərin bölgəsi”nə yürüş festivala çevrildi - FOTO

2019-09-21 / 10:41:47
img Ölkə
Premyer Liqa Sumqayıtda başlayıb, Zirədə başa çatacaq

2019-09-21 / 10:39:52
img Cəmiyyət
Məşhur aktrisanın erotik filmi qadağan edildi

2019-09-21 / 10:37:27
img Ölkə
Güclü külək əsəcək, intensiv yağışlar yağacaq - XƏBƏRDARLIQ

2019-09-21 / 10:34:01
img Dünya
Husilər Səudiyyə Ərəbistanına hava hücumlarını dayandırıblar

2019-09-21 / 10:33:03
img Dünya
“Oskar”a namizəd olmuş məşhur amerikalı aktyor Ukraynada dəfn olunmaq istəyir

2019-09-21 / 10:30:45
img Dünya
Dubay şahzadəsi ilə sevgi yaşadığı deyilən Hollivud ulduzundan şok etiraf

2019-09-20 / 19:21:08
img Dünya
Maduro Rusiyaya səfər edəcək

2019-09-20 / 19:19:22
img Ölkə
Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

2019-09-20 / 19:17:57
img Cəmiyyət
Almaniyada 500-dən çox aksiya və nümayiş keçiriləcək

2019-09-20 / 14:20:36
img Hadisə
Nobel mükafatı laureatlarının adlarının açıqlanacağı tarixlər bilinib

2019-09-20 / 14:19:44
img Dünya
İran Səudiyyə Ərəbistanına sülh əlini uzatdı

2019-09-20 / 14:18:32
img Cəmiyyət
“Uşaqları universitetə tapşırıqla götürürlər” - Xalq artistindən ağır ittihamlar

2019-09-20 / 14:13:28
img Ölkə
Cahangir Hacıyevlə birgə ittiham olunan keçmiş direktorla bağlı çıxarılan qərar ləğv edildi

2019-09-20 / 14:11:48
img Cəmiyyət
Xalq artisti Arif Babayev Türkiyədə xəstəxanaya yerləşdirildi

2019-09-20 / 14:09:36
img Günün xəbərləri
Şərqşünas alim: “Bu barədə heç kim bir ayə, istinad göstərə bilməz”

2019-09-20 / 13:59:34
img Qafqaz
Gürcüstan prezidenti barədə istintaq başladı

2019-09-20 / 13:57:56
img Cəmiyyət
Şagirdlərin nəqliyyatdan pulsuz istifadəsi mümkündürmü?

2019-09-20 / 13:56:59

Bütün xəbərlər