logo
RU

Manşet xəbərləri

Generalın qohumunun qətlinə görə 3 nəfər saxlanıldı

img




  Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb. DİN-in Mətbuat xidmətindən Qaynarinfo-ya bildirilib ki, avqustun 31-də Bakı şəhər sakini Fərid Məmmədzadənin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin münaqişə zəminində törədildiyi müəyyən edilib. Görülmüş tədbirlərlə qəsdən adam öldürməkdə şübhəli bilinən Bakı şəhər sakinləri H.Babaverdiyev, C.Cavadlı və R.Bünyatzadə saxlanılıblar. Faktla bağlı araşdırma aparılır. 11.30 Bakıda iki gün əvvəl baş verən qətlin üstü açılıb. Qaynarinfo APA-ya istinadən xəbər verir ki, paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində 35 yaşlı Fərid Məmmədzadənin qətlə yetirilməsi faktı ilə bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Polis və Prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Həbib Babaverdiyev saxlanılıb. İlkin məlumata görə, H. Babaverdiyev avtomobil ilə H.Zərdabi küçəsində hərəkətdə olarkən qarşısında gedən maşının sürücüsü F. Məmmədzadənin ona yol verməsini istəyib. Bunun üstündə tərəflər arasında mübahisə düşüb və nəticədə H. Babaverdiyev F.Məmmədzadəni ürək nahiyəsindən bıçaqlayıb.  Qeyd edək ki, qətlə yetirilən F.Məmmədzadə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qaynının oğludur.   







Xəbər lenti

img Dünya
Sürücülər üçün təhlükəli sayılan mahnılar hansılardır?

2019-09-16 / 18:39:12
img Cəmiyyət
Diş məcununun insan sağlamlığına təhlükəsi açıqlandı

2019-09-16 / 18:37:46
img Cəmiyyət
Ronaldodan maraqlı etiraf: Anam da toyumu görmək istəyir

2019-09-16 / 18:36:01
img Ölkə
Azərbaycanda təcili yardım maşını qəzaya uğradı - YARALILAR VAR

2019-09-16 / 18:34:07
img Hadisə
Ukraynada uşaq valideynlərini asılmış vəziyyətdə tapıb

2019-09-16 / 18:32:46
img Dünya
PSJ - "Real Madrid" matçında bir sıra aparıcı futbolçular iştirak etməyəcək

2019-09-16 / 18:30:00
img Manşet xəbərləri
Bakıda şirkət cərimə ala-ala gedir – Məbləğ 1 milyon manata çatır

2019-09-16 / 16:44:35
img Dünya
SSRİ xalq artisti vəfat etdi

2019-09-16 / 16:43:00
img Ölkə
Bakteriyalar dolları sevirlər – Alimlər sübut ediblər

2019-09-16 / 16:41:59
img Sosial
Ürək qapağı infeksiyası nədir? - Əlamətləri, müalicəsi...

2019-09-16 / 16:40:44
img Manşet xəbərləri
“Məni bağışlayın, amma mən “kalqotka” geyinmirəm…” – Çingiz Abdullayev

2019-09-16 / 16:39:13
img Qafqaz
Həsən Ruhani Ermənistana səfər edəcək

2019-09-16 / 16:35:42
img Dünya
İran BƏƏ-nin neft tankerini saxlayıb

2019-09-16 / 16:33:48
img Ölkə
Fədayə Laçının məhkəməsi 10-cu dəfə təxirə salınıb

2019-09-16 / 16:32:42
img Manşet xəbərləri
Piyadaların ölümünə səbəb olan tikintilər - VİDEO

2019-09-16 / 13:13:36
img Dünya
“Nissan” şirkətinin rəhbəri istefa verib

2019-09-16 / 13:11:18
img Manşet xəbərləri
Qəbələdə meymun qəfəsdən qaçdı, helikopterlə axtarış başladı

2019-09-16 / 13:09:44
img Dünya
Rusiya inqilabi yeniliyin astanasında – Sınaqlar başlayır

2019-09-16 / 12:48:14
img Ölkə
Arif Əliyev açıqladı: “Press Klub qayıdır, keçmişə yox, gələcəyə...”

2019-09-16 / 12:46:41
img Dünya
Tunis yeni prezidentini seçə bilmədi

2019-09-16 / 12:41:06
img Sosial
Аzərbaycan əhalisinin sayı açıqlandı

2019-09-16 / 12:39:59
img Hadisə
Kolumbiyada təyyarə yaşayış binasının üstünə düşdü:7 nəfər öldü - VİDEO

2019-09-16 / 12:39:06
img Dünya
Ukraynada məktəb yeməkxanasında zəhərlənmə olub

2019-09-16 / 12:37:29
img Manşet xəbərləri
Məmurlarımızın və deputatlarımızın Türkiyə macəraları...

2019-09-14 / 17:25:25
img Cəmiyyət
Rusiyada sərnişin avtobusu yük maşını ilə toqquşub, xeyli insan ölüb və yaralanıb -VİDEO

2019-09-14 / 17:21:38

Bütün xəbərlər