logo
RU

Manşet xəbərləri

Qubadlı 26 ildir düşmən tapdağı altındadır - işğal günü

img




Azərbaycanın daha bir rayonunun işğalından 26 il ötür.  26 il öncə Qubadlını itirməklə Azərbaycan iqtisadi, mədəni, tarixi itkilərlə də üz-üzə qalıb. Ermənilər Qubadlıda 94 kənd və qəsəbəni, 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni yandırıb və talan ediblər. İşğala qədər 33 800 əhalisi olan Qubadlıda 21 orta, 15 səkkizillik, 15 ibtidai məktəb, 7 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib, bu təlim-tərbiyə və təhsil müəssisələrində 1280 nəfər müəllim çalışıb. Rayonda 111 mədəni-maarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi və 28 klub, 6 avtoklub olub. 

Qubadlı uğrunda gedən döyüşlərdə 54 nəfər şəhid olub. Erməni təcavüzü zamanı Qubadlı 5 il müddətində 238 şəhid verib, 146 nəfər əlil olub. Şəhidlərdən Əliyar Əliyev, Vasili Əliyev, Aslan Atakişiyev, Ələkbər Məmmədov, Kərəm Mirzəyev, Aqil Məmmədov, Bəylər Ağayev, Kazımağa Kərimov, Səfa Axundov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

 

Qeyd edək ki, zəngin yeraltı sərvətlərə və əsrarəngiz təbii gözəlliyə malik olan, Zəngəzur dağları ilə Dağlıq Qarabağ silsiləsi arasında yerləşən Qubadlı rayonu ərazisində müxtəlif növ ağaclardan ibarət 13160 hektar dövlət meşə fondu mövcud idi. Qubadlı rayonunda 150-1600 illər arasında olan nadir növlərdən ibarət olan 10-dan artıq iri diametrli ağaclar təbiət abidəsi kimi qorunurdu. Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən və sahəsi 20 min hektar olan, zəngin flora və faunaya malik Qubadlı Dövlət Təbiət Yasaqlığında nəsli kəsilməkdə olan bir çox heyvan və quş növləri mühafizə olunurdu. Erməni işğalçıları tərəfindən rayon ərazisində geniş sahələri əhatə edən qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, mineral maddələrlə zəngin su mənbələri istismar olunmuş, özünün qeyri-adi flora və faunası ilə seçilən əsrarəngiz təbiət guşələri dağıdılmış və məhv edilib.

 

Qeyd edək ki, ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini də talan ediblər. IV əsrə aid “Gavur dərəsi”ndəki ibadətgah, V əsrə aid “Qalalı” və “Göyqala” abidələri, 14-cü əsrdə tikilmiş “Dəmirçilər” Türbəsi, Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr hazırda işğal altındadır.







Xəbər lenti

img Manşet xəbərləri
Həbsdə saxlanılan jurnalist prezidentə müraciət etdi

2019-09-23 / 01:53:05
img Manşet xəbərləri
Jurnalist prezidentə müraciət etdi

2019-09-23 / 00:42:32
img Günün xəbərləri
“Qarabağ” azarkeşlərə görə cərimələndi – UEFA-dan qərar

2019-09-21 / 16:34:43
img Günün xəbərləri
Elçin Şıxlı İctimai Televiziyadakı işindən DANIŞDI

2019-09-21 / 16:31:20
img Cəmiyyət
Səslərə qıcıq olmaq nevroloji xəstəlik ola bilər?!

2019-09-21 / 16:29:28
img Günün xəbərləri
“Tokio-2020” Olimpiadasına lisenziya qazanan 5 idmançımız kimdi? - SİYAHI

2019-09-21 / 16:27:36
img Dünya
Hər şey göründüyü kimi deyil...

2019-09-21 / 16:25:30
img Dünya
“Yadplanetlilərin bölgəsi”nə yürüş festivala çevrildi - FOTO

2019-09-21 / 10:41:47
img Ölkə
Premyer Liqa Sumqayıtda başlayıb, Zirədə başa çatacaq

2019-09-21 / 10:39:52
img Cəmiyyət
Məşhur aktrisanın erotik filmi qadağan edildi

2019-09-21 / 10:37:27
img Ölkə
Güclü külək əsəcək, intensiv yağışlar yağacaq - XƏBƏRDARLIQ

2019-09-21 / 10:34:01
img Dünya
Husilər Səudiyyə Ərəbistanına hava hücumlarını dayandırıblar

2019-09-21 / 10:33:03
img Dünya
“Oskar”a namizəd olmuş məşhur amerikalı aktyor Ukraynada dəfn olunmaq istəyir

2019-09-21 / 10:30:45
img Dünya
Dubay şahzadəsi ilə sevgi yaşadığı deyilən Hollivud ulduzundan şok etiraf

2019-09-20 / 19:21:08
img Dünya
Maduro Rusiyaya səfər edəcək

2019-09-20 / 19:19:22
img Ölkə
Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

2019-09-20 / 19:17:57
img Cəmiyyət
Almaniyada 500-dən çox aksiya və nümayiş keçiriləcək

2019-09-20 / 14:20:36
img Hadisə
Nobel mükafatı laureatlarının adlarının açıqlanacağı tarixlər bilinib

2019-09-20 / 14:19:44
img Dünya
İran Səudiyyə Ərəbistanına sülh əlini uzatdı

2019-09-20 / 14:18:32
img Cəmiyyət
“Uşaqları universitetə tapşırıqla götürürlər” - Xalq artistindən ağır ittihamlar

2019-09-20 / 14:13:28
img Ölkə
Cahangir Hacıyevlə birgə ittiham olunan keçmiş direktorla bağlı çıxarılan qərar ləğv edildi

2019-09-20 / 14:11:48
img Cəmiyyət
Xalq artisti Arif Babayev Türkiyədə xəstəxanaya yerləşdirildi

2019-09-20 / 14:09:36
img Günün xəbərləri
Şərqşünas alim: “Bu barədə heç kim bir ayə, istinad göstərə bilməz”

2019-09-20 / 13:59:34
img Qafqaz
Gürcüstan prezidenti barədə istintaq başladı

2019-09-20 / 13:57:56
img Cəmiyyət
Şagirdlərin nəqliyyatdan pulsuz istifadəsi mümkündürmü?

2019-09-20 / 13:56:59

Bütün xəbərlər