logo
RU

Günün xəbərləri

9 yaşlı övladını zəncirləyən anadan XƏBƏR VAR - Valideynin problemi var, cinayət işi açıldı – VİDEO

img




Ötən gün qeydə alınan hadisə təbii ki, çoxlarını sarsıtdı. Valideyni söyən də oldu, o ananın ümumiyyətlə övladından məhrum edilməli olduğunu deyən də. Əlbəttə, məsələyə hər kəsin fərdi baxış tərzi var. Psixoloqlar isə hesab edirlər ki, bu kimi hallarda ilk növbədə valideynin psixoloji durumu yoxlanılmalıdır. Vəfa Əkbər – psixoloq: “Burada birbaşa olaraq valideynin problemi var. Birinci valideyn müayinə olmalıdır. Belə himayəçilər, insanlar mütləq şəkildə psixoloji konsultasiyadan keçməlidir”. Dünyanın bir sıra ölkələrində valideyni tərəfindən şiddət görən uşaq ondan ailəsindən alınaraq sosial sığınacağa yerləşdirilir. Və valideynə o halda qaytarılır ki, onun psixoloji vəziyyəti, uşağa baxmaq imkanları və digər tələblər qənaətbəxş olsun. Bizdə isə vəziyyət fərqlidir. “Azərbaycan uşaqları ictimai birliyinin” sədri Kəmalə Ağazadə deyir ki, bizdə əksər hallarda uşağı valideynə qaytarmaq ehtimalı az olur. Bunun səbəbinə gəlincə... Kəmalə Ağazadə - Azərbaycan uşaqları ictimai birliyinin sədri: “Ailə, valideynlərlə proflaktik söhbətlər aparılır, iş aparılır, onlara xəbərdarlıq edilir. Bu konkret fakt cinayətdir. Əgər uşağa psixoloji təzyiq göstərilirsə onda valideynlər psixoloqa yönəldilir və valideyn hazır olduqda uşaq qaytarılır, amma bu hadisədə uşağın qaytarılması yalnışdır”. Sakin: “Bizim də qurumlar alırlar təhvil verirlər. Bəli, mən onun tam tərəfdarıyam”. Sakin: “Deməli onun valideynin özü normal deyil, xəstədir. Ona görə də belə bir yeni cəmiyyət formalaşdırmaq lazımdır, ailələrdən o uşağı almaq”. Rahil Süleymanzadə - AQUPÜDK-nın təminat şöbəsinin baş məsləhətçisi: “Ana valideynlik hüququndan məhrum ola bilər və uşğı daimi olaraq dövlət öz himayəsinə götürür”. Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev deyir ki, ictimai təhlükəsizliyin qorunması hüquq-mühafizə orqanları ilə yanaşı cəmiyyətin üzərinə düşən bir məsuliyyətdir. Elşad Hacıyev – BŞBPİ-nin mətbuat xidmətinin rəisi: “Biz hər birimiz polisin fəaliyyətinin genişlənməsinə fayda verməklə yanaşı, eyni zamanda sosial-neqativ halların polisə məlumatlandırılması ilə bağlı üzərimizə düşən vətəndaşlıq mövqeyini nümayiş etdirməliyik”. Qeyd edək ki, işə gedərkən 9 yaşlı övladını pəncərənin dəmir barmaqlığına zəncirləyən ana barəsində cinayət işi açılıb. Uşaq isə sosial sığınacağa təhvil verilib.  








Xəbər lenti

img Günün xəbərləri
Azərbaycanda daha 531 nəfər COVID-19-a yoluxub, 6 nəfər vəfat edib

2020-07-11 / 16:59:33
img Cəmiyyət
Aqolli millimizdə çalışa bilər

2020-07-11 / 16:04:45
img Cəmiyyət
"Öz balalarına Amerikada toy edirlər, burdakılara qadağa qoyurlar” - Baloğlan

2020-07-11 / 16:03:14
img Günün xəbərləri
Dərslər sentyabrda açılır? - RƏSMİ CAVAB

2020-07-11 / 16:01:04
img Dünya
Bloomberg: İlon Mask milyarderlərin reytinqində Uorren Baffeti ötdü

2020-07-11 / 15:58:54
img Cəmiyyət
"Mayda yubileyimi pandemiyaya görə keçirə bilmədim, qaldı, sentyabrda görək necə olur"

2020-07-11 / 15:56:57
img Cəmiyyət
Millət vəkili ilə bağlı sevindirici xəbər: “Səhhəti yaxşı və stabildir”

2020-07-11 / 15:55:30
img Ölkə
Sabah külək olacaq, yağış yağacaq

2020-07-11 / 15:53:57
img Günün xəbərləri
Arif Qasımovun işdən çıxarılmasına səbəb olan - Video

2020-07-11 / 15:51:06
img Manşet xəbərləri
2 saatlıq SMS icazə ilə bağlı dəyişiklik: sutkada 2 və ya 3 dəfə...

2020-07-11 / 14:00:41
img Günün xəbərləri
8 şəhər və 8 rayonda ictimai nəqliyyatın hərəkəti dayandırıldı

2020-07-11 / 10:30:02
img Qafqaz
Gürcüstanda əkiz qardaşlar illər sonra imtahanda görüşüblər

2020-07-11 / 10:27:24
img Dünya
Koronavirusla bağlı son STATİSTİKA

2020-07-11 / 10:26:12
img Günün xəbərləri
“15 faizlik gömrük rüsumu alınır, bu da süni qiymət artımı ilə nəticələnir” - ekspert

2020-07-11 / 10:25:16
img Günün xəbərləri
“Sentyabr ayında dərslərə başlamaq mümkündür” - GƏLİŞMƏ

2020-07-11 / 10:24:27
img Sosial
Elektrik enerjisinin güzəşt limiti artırılacaq? - AÇIQLAMA

2020-07-11 / 10:15:56
img Günün xəbərləri
“1-2 il cəzası qalan şəxsin koronavirusa yoluxaraq ağır duruma düşməsi heç kimə lazım deyil” - Novella Cəfəroğlu

2020-07-11 / 10:13:40
img Manşet xəbərləri
Azərbaycanda 526 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb

2020-07-10 / 18:19:20
img Günün xəbərləri
Sabahdan bütün ictimai nəqliyyat dayandırılır – RƏSMİ

2020-07-10 / 16:24:19
img Günün xəbərləri
Dənizə getsəniz, koronavirusa yoluxa bilərsiniz – SƏBƏB AÇIQLANDI

2020-07-10 / 16:13:57
img Manşet xəbərləri
İnsanlar restoranlara, iş yerlərinə belə buraxıla bilər – YENİ TƏKLİF

2020-07-10 / 16:12:57
img Günün xəbərləri
NK-nın kreditlərlə bağlı qərarının detalları – Ekspert AÇIQLADI

2020-07-10 / 16:11:56
img Manşet xəbərləri
MƏMMƏDYAROVDAN DTX-nın ƏMƏLİYYATI İLƏ BAĞLI AÇIQLAMA - "İstefa verəcəyimlə bağlı..."

2020-07-10 / 16:09:36
img Günün xəbərləri
Azərbaycanda rəis müavini ailəsi ilə birgə koronavirusa yoluxdu

2020-07-10 / 16:08:19
img Dünya
İranda COVID-19-a yoluxanların sayı 252 720 nəfər olub

2020-07-10 / 16:07:24

Bütün xəbərlər