logo
RU

Manşet xəbərləri

Cahangir Hacıyev:2 milyard “Akkord”dadır

img




“Akkord”un  kecmiş rəhbəri jurnalistin  həbsində necə iştirak edib
  Bildiyiniz kimi  Bakı Ağır Cinayətlər məhkəməsinin 30 aprel 2019 tarixli hökmü ilə  jurnalist Mahmud   Rasimoğlu(Tagıyev) 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökm kobud qanun pozuntuları ilə çıxarılıb. Xatırladaq ki,Mahmud Tağıyev  Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi, general  Kamal Qılıcovun sifarişi ilə  həbs olunub. Cinayət işində Mahmud Rasimoğlunun Toğrul Tağıyevi şantaj etməsi barədə sübut olmadığı üçün, istintaq orqanı işə digər şəxslərlə bağlı epizodlar da əlavə edilib ki,onların da biri “Nort Vest Konstrakşn” MMC-nin icraçı direktoru Elçin Tofiq oğlu Bədəlovdur. Elçin Bədəlov zərərəçəkmiş şəxs qismində ittiham irəli sürüb. Baş redaktor guya ki, Elçin Bədəlovdan hədə-qorxu ilə pul tələb edərək almaqda ittiham olunur.     Amma  “Qafqaz Xəbər Agentliyi”nin rəhbərinə 12 il il həbs cəzası verilsə də nə bu ittiham,nə də ki digər ittihamlar sübuta yetirilməyib. Maraqlıdır ki, Elçin Bədəlov bu işdə zərəçəkmiş kimi tanınsa da onun adı ölkə mətbuatında  dəfələrlə  mənfi mənada hallanıb. Mətbuatda gedən yazılarda  bildirlir ki,Elçin Bədəlov “Nortvest” şirkətinin rəhbəri vəzifəsinə təyin olunmamışdan əvvəl, -2009-2012-ci illər ərzində, -- “Akkord” şirkətində məsul rəhbər vəzifəsində çalışıb.  Elçin Bədəlovun adı   2014-cü ildə-"Akkord"un “bərkgedən” vaxtlarında   korrupsiya qalmaqalında  gedib. Bildirilir ki,“Akkord” şirkəti dövlət əhəmiyyətli bir-neçə tikinti-inşaat lahiyələrini həyata keçirən zaman, Elçin Bədəlov həmin lahiyələrdən 20 milyon manat pul mənimsənilməsində iştirak edib. “Akkord”un təsisçilərindən biri olan İlqar Hacıyevin tələbi ilə, prokurorluq şirkətdə yoxlamalara başlasa da, Elçin Bədəlovun törətdiyi cinayətin izinə nədənsə düşməyib. Cumhuriyyet.net  saytında  gedən “"Akkord"da şok korrupsiya faktları…” başlıqlı  yazıda bildirilir ki, üç ildə “Akkord” şirkəti  Azərbaycan Beynəlxalq Bankından yarım milyard manatdan çox kredit götürərək bölgələrdə müxtəlif layihələrə başlayıb.
Həmçinin bildirilir ki, kreditlər“Akkord”a rəhbəri , onun tikinti üzrə müavini Elçin Bədəlov  və digərləri tərəfindən mənimsənilib. Kreditlərin qaytarılması məsələsi gündəmə gələndə şirkət çətin vəziyyətə düşüb.  “Krediti  qaytarmaq lazımdır, pul isə yoxdur. Kreditin qaytarılmamasını görən Beynəlxalq Bank rəhbərliyi üz tutur bankın əsl sahiblərinə. Bunlar isə çox qüdrətli insanlardır və kim olduqlarını xatırlatmağa ehtiyac yoxdur. Məhz bu qüdrətli əlin köməyi ilə “Akkord”un əsas səhmdarı Almaniyadan gətirilib və ona şirkəti bu
günə salmış adamları təmizləmək tapşırığı verilib”,- deyə məlumatda qeyd edilir.         Onu da qeyd edək ki,uzun müddət ölkə mətbuatında "Akkord" şirkətinin Baş prokurorluqda kimə məxsus olması və Beynəlxalq bankdan bir şirkətə nə üçün o boyda vəsaiti verməsi haqda məlumatlar gedirdi. Azadliq.org  saytında dərc olunan “Cahangir Hacıyev: ‘Vaxt gələcək bu müttəhimlər kürsüsündə əsl cinayətkarlar oturacaq...’”başlıqlı yazıda qeyd olunur ki, mənimsəmədə təqsirləndirilən Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev bu  ilin fevralında baş tutan  məhkəmədə  çıxış edib. Cahangir Hacıyevin sözlərinə görə, onun dövründə Beynəlxalq Bankın aktivləri 7 milyard idi. Dövlət təşkilatlarına, bir də “Akkord”a verilən kreditləri çıxanda cəmi 2 milyard qalırdı. Nəzərə alın ki,  böyük miqyasda olan  bu korrupsiya  faktları məhz  Elçin Bədəlovun “Akkord”da tikinti üzrə müavin olduğu vaxtlara təsadüf edir. Amma bu heç də   təsadüfi deyil.Ən təəcüblüsü isə odur ki, “Akkord”da aşkarlanan çoxmilyonlu yeyinti faktına görə  onun  başında duran əsas füqurlardan  biri- Elçin Bədəlov heç bir cinayət məsuluyyətinə cəlb olunmayıb,ona qarşı  Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində  iş açılmayıb.  İndi siz təsəvvür edin ki,adı bu qədər  korrupsiya olaylarında hallanan bir adam obyektiv araşdırmalar aparan bir jurnalisti saxta ittihamla həbs olunmasına  səbəbkarlardan,onun üzünə duran əsas adamlardan biri olub. Elçin Bədəlovun vəkili Cavad Cavadov  isə bundan əvvəl tez-tez məhkəmələrdə jurnalistlərin hüquqlarını qoruyan kimi tanınsa  da  görünür maddi maraq daha üstün gəldiyindən bu dəfə canfəşanlıqla haqsız yerə şərlənərək həbsə salınan jurnalistə qarşı  çıxmağı,daha doğrusu tutduğu mövqeyi ilə maddiyatı ədalətdən və insaniyyətlikdən çox üstün tutmağı normal sayır.       İş materiallarına əsasən Elçin Bədalovun Mahmud Tagıyevin barəsində, DİN BMCMİ-nə verdiyi ərizə 29.11.2018 tarixində qeydə alınıb.Lakin onun üzərinə dərkənar 23.11.2016 tarixində qoyulub. Elçin Badalov zərərşəkmiş şəxs qismində (hər hansı əsas olmadan) 2018 tarixində tanınmış və qismdə dindirilmişdir. Bu da E. Bədəlovun  M.Rasimoğlu barəsində ərizəsinin də şəxsi sifariş xarakterli olmasını  bir daha təsdiq edir.Məhkəmə materialları ilə tanış olarkən  Elçin Bədalov kimi  digər ittihamçıların da M.Rasimoğlunu məhkəməyə “göstərişlə” verməsi aşkar sezilir. Ən əsası  isə bu sifarişin məhz  Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Kamal Qılıcov tərərindən verilməsi açıq-aydın görünür. Bu qənaətə  çox sadə  məntiqi düşüncə  ilə gəlmək olur.Bütün bunlar onu deməyə əsas verir ki,M.Rasimoğlu məhz jurnalist fəaliyyətinə görə  saxta ittihamla həbs olunub.Sadəcə onun müstəqil jurnalist kimi apardığı araşdırmalar bəzi məmurların xoşuna gəlməyib və onlar vəzifə səlahiyyətlərindən sui-istifadə edərək jurnalistin həbsinə, “qərar” veriblər. Görünür Elçin Bədəlovun  prokurorluq orqanlarında  dayağı  möhkəm olduğundan və  adı bir çox korrupsiya olaylarında keçdiyindən himayədarlarının yanında gözükölgəlidir.   Elə bu  səbəbdən  o həbs olunmamağının əvəzində günahsız jurnalistin üzünə durmağa   prokurorluq orqanlarındakı himayədarlarına boyun olub. Elçin Bədəlovun  jurnalisti şərləməsinin əsas səbəbi, jurnalistlərin prokurorluq   orqanlarının məsul şəxsləri  barədə yazdıqları yazılarla əlaqədardır. Məhz bu səbəbdən Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov da, jurnalistə zəng edib, M.Rasimoğlunun həbs olunası proqnozunu əvvəlcədən deyir, hədə-qorxu xəbərdarlığı edirmiş. Eldar Sultanovun  həmin jurnalistlə telefon danışığının audio-səs yazısını da oxuculara təqdim edirik.     Legion.az








Xəbər lenti

img Manşet xəbərləri
Həbsdə saxlanılan jurnalist prezidentə müraciət etdi

2019-09-23 / 01:53:05
img Manşet xəbərləri
Jurnalist prezidentə müraciət etdi

2019-09-23 / 00:42:32
img Günün xəbərləri
“Qarabağ” azarkeşlərə görə cərimələndi – UEFA-dan qərar

2019-09-21 / 16:34:43
img Günün xəbərləri
Elçin Şıxlı İctimai Televiziyadakı işindən DANIŞDI

2019-09-21 / 16:31:20
img Cəmiyyət
Səslərə qıcıq olmaq nevroloji xəstəlik ola bilər?!

2019-09-21 / 16:29:28
img Günün xəbərləri
“Tokio-2020” Olimpiadasına lisenziya qazanan 5 idmançımız kimdi? - SİYAHI

2019-09-21 / 16:27:36
img Dünya
Hər şey göründüyü kimi deyil...

2019-09-21 / 16:25:30
img Dünya
“Yadplanetlilərin bölgəsi”nə yürüş festivala çevrildi - FOTO

2019-09-21 / 10:41:47
img Ölkə
Premyer Liqa Sumqayıtda başlayıb, Zirədə başa çatacaq

2019-09-21 / 10:39:52
img Cəmiyyət
Məşhur aktrisanın erotik filmi qadağan edildi

2019-09-21 / 10:37:27
img Ölkə
Güclü külək əsəcək, intensiv yağışlar yağacaq - XƏBƏRDARLIQ

2019-09-21 / 10:34:01
img Dünya
Husilər Səudiyyə Ərəbistanına hava hücumlarını dayandırıblar

2019-09-21 / 10:33:03
img Dünya
“Oskar”a namizəd olmuş məşhur amerikalı aktyor Ukraynada dəfn olunmaq istəyir

2019-09-21 / 10:30:45
img Dünya
Dubay şahzadəsi ilə sevgi yaşadığı deyilən Hollivud ulduzundan şok etiraf

2019-09-20 / 19:21:08
img Dünya
Maduro Rusiyaya səfər edəcək

2019-09-20 / 19:19:22
img Ölkə
Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

2019-09-20 / 19:17:57
img Cəmiyyət
Almaniyada 500-dən çox aksiya və nümayiş keçiriləcək

2019-09-20 / 14:20:36
img Hadisə
Nobel mükafatı laureatlarının adlarının açıqlanacağı tarixlər bilinib

2019-09-20 / 14:19:44
img Dünya
İran Səudiyyə Ərəbistanına sülh əlini uzatdı

2019-09-20 / 14:18:32
img Cəmiyyət
“Uşaqları universitetə tapşırıqla götürürlər” - Xalq artistindən ağır ittihamlar

2019-09-20 / 14:13:28
img Ölkə
Cahangir Hacıyevlə birgə ittiham olunan keçmiş direktorla bağlı çıxarılan qərar ləğv edildi

2019-09-20 / 14:11:48
img Cəmiyyət
Xalq artisti Arif Babayev Türkiyədə xəstəxanaya yerləşdirildi

2019-09-20 / 14:09:36
img Günün xəbərləri
Şərqşünas alim: “Bu barədə heç kim bir ayə, istinad göstərə bilməz”

2019-09-20 / 13:59:34
img Qafqaz
Gürcüstan prezidenti barədə istintaq başladı

2019-09-20 / 13:57:56
img Cəmiyyət
Şagirdlərin nəqliyyatdan pulsuz istifadəsi mümkündürmü?

2019-09-20 / 13:56:59

Bütün xəbərlər