logo
RU

Günün xəbərləri

Gəlirsiz turizm: hara gedirik? – Məmur hərisliyi, boş qalan otellər

img




Azərbaycanda mehmanxana otaqlarının təxminən 80 faizə yaxını boşdur.   Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin yanvar-iyun aylarında Azərbaycanda mehmanxanaların birdəfəlik tutumundan (yataq yerlərindən) istifadə səviyyəsinin ölkə üzrə orta göstəricisi (doluluq nisbəti) 21,6 faiz təşkil edib. Bu göstərici Şabranda 48,6 faiz, Naftalanda 47,9 faiz, Bakıda 32,9 faiz, Beyləqanda 30,9 faiz, Qəbələdə 28,2 faiz, Qubada 24,5 faiz, digər şəhər və rayonlarda isə orta ölkə göstəricisindən aşağı olub. Avropa doluluq nisbətinə görə ön yerdədir. Ən yüksək nisbəti isə İrlandiya tutur. Belə ki, 2019-cu ilin 1-ci yarısında Avropada ən yüksək doluluğa 76,1% ilə İrlandiya nail olub. İsveçrə isə 199 avro ilə ən yüksək orta otaq qiymətinə çatan ölkə olub. Avropada otellərin ən çox dolu olduğu şəhər Dublindir – 81,5%. Doluluq nisbəti 70,9%-ə çatan Cenevrədə otaq qiyməti 245 avroya qalxıb. Cenevrə otel qiymətlərinə görə Avropanın ən bahalı şəhəridir. Qonşu ölkə Türkiyə isə doluluq nisbətinə görə Avropadan geridə qalır. Avropada doluluq orta hesabla 69,7%, otaq başına əldə edilən gəlir isə 77,1 avro təşkil edib. İstanbulda doluluq nisbəti 67,2%, Antaliyada 60,3% təşkil edib. İstanbulda otaq başına əldə edilən gəlir 58,4 avroya, Antaliyada isə 40,1 avroya qalxıb. Gündəlik satılan otel otaqlarından əldə edilən gəlir İstanbulda 69,7 avro, Antaliyada isə 64,7 avro olub. Ekspertlər Azərbaycanda otellərin boş qalma səbəbini xidmət səviyyəsinin aşağı, qiymətlərin isə həddindən artıq yüksək olmasında görür. İqtisadçı-ekspert Nazim Bəydəmirli “Cümhuriyət”ə açıqlamasında deyib ki, bu məsələnin kökündə məmur sahibkarlığı, inhisarçılıq və qiymətin baha olması durur: “Otelçilik gəlirli sahədir. Düzdü otel inşasına investisiya yatıran zaman uzun müddətdə qoyulan vəsaitin geri dönəcəyi haqqında iş adamları öz planlarını qururlar. Otellərin dolma əmsalı 50 faizdən çox olursa, demək ki, gəlirlə işləyir. Türkiyə və Gürcüstan kimi dövlətlərdə dolma əmsalı 90 faizin üstündə olur. Hətta elə aylar olur ki, bu rəqəm 100 faizə çatır. Bu, təbii ki, xidmətin səviyyəsindən və otelin qiymətindən daha çox asılıdır. Sərbəstliyin, əyləncə mərkəzlərinin daha çox olması da müəyyən qədər bu məsələdə prioritet təşkil edir. Orta statistik turist ölkəyə mədəni, tarixi abidələrə baxmağa, ölkənin tarixini, mədəniyyətini və ədəbiyyatını öyrənməyə gəlir. Təəssüflər olsun ki, Azərbaycanda dəfələrlə bu mövzuda danışılıb. Amma problem həllini tapmır. Otellərin əksəriyyəti tikildikdə beş ulduzlu və VİP müştərilərə hesablanır. Adətən isə belə otellərin sahibləri heç də məqsəd güdmürlər ki, bu biznesdən, fəaliyyətdən daha çox gəlir əldə etsinlər. Sadəcə “çirkli pul”ların, bəzi mexanizmlərdən toplanan vəsaitlərin “ağardılması” prosesi gedir. Bir sözlə bu məsələdə orta və kiçik sahibkarlıqdan söhbət getmir. Burada yalnız və yalnız maliyyə mexanizmlərinin vasitəsilə büdcə vəsaitlərinin mənimsənilməsi prosesi gedir. O şəxslər də adətən otelin işlənməsinə, oradan gələn gəlilərə möhtac deyillər. Bu baxımdan məsələnin kökündə məmur sahibkarlığı, inhisarçılıq və qiymətin baha olması durur. Bu isə turizm sahəsində Azərbaycanın qonşu ölkələrə uduzmasıdır. Təsadüfi deyil ki, qonşu ölkəmiz olan 3 milyonluq Gürcüstana ildə 8 milyon turist gəlir. Azərbaycanda isə bu rəqəm gülməlidir. Statistik məlumatlara nəzər yetirdikdə görürük ki, gələnlərin çoxu beynəlxalq tədbirlərin keçirilməsinə dəvət olunmuş turistlərdir. Hansılar ki, onların gəlmə və qalma xərcləri Azərbaycan büdcəsindən ödənir. Bu mənzərədən nəticə çıxarmaq lazımdır”. Ekspertin fikrincə, problemin qismən həlli üçün ölkədə orta və kiçik sahibkarlığa dəstək verilməlidir: “Daha çox hostel, iki və üç ulduzlu səviyyələrdə otellər tikilməsi və fəaliyyətinə geniş yer verilməlidir. İri həcmdə vəsaitlər qoyularaq geniş şəbəkələrin yaradılmasına isə gərək yoxdur”.







Xəbər lenti

img Günün xəbərləri
Kasıblıqdan milyonlara doğru və aşağı

2020-01-25 / 20:08:34
img Qafqaz
"7 rayonun qaytarılma sənədi var, müzakirədədir" - Paşinyan

2020-01-25 / 20:07:16
img Hadisə
Bakıda itin dişlədiyi məktəbli öldü

2020-01-25 / 20:05:50
img Günün xəbərləri
Qurban Yetirmişli: "Azərbaycanda yaxın zamanlarda güclü zəlzələ gözlənilmir"

2020-01-25 / 20:04:52
img Cəmiyyət
Mütəxəssislərdən rusiyalılara qorxulu xahiş: “Bu qidalardan uzaq olun...”

2020-01-25 / 20:01:23
img Dünya
Eyni gündə ölən adamların meyitləri səhv düşdü

2020-01-25 / 19:59:21
img Dünya
Canlı yayıma hazırlaşan üç nazirin zəlzələyə reaksiyası – VİDEO

2020-01-25 / 17:21:15
img Dünya
"Ukrayna təyyarəsini vuran şəxs həbsdədir"

2020-01-25 / 17:20:06
img Cəmiyyət
Müəllim şagirdin çəkdiyi rəsmə müdaxilə etdi: Ölkə ayağa qalxdı!

2020-01-25 / 17:18:25
img Dünya
Özbəkistanın yeni hökuməti təsdiqləndi

2020-01-25 / 17:15:12
img Sosial
Azərbaycanlıların ən çox çalışdığı sahələr hansıdır?

2020-01-25 / 17:13:43
img Ölkə
Hava bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər

2020-01-25 / 11:13:38
img Ölkə
Tətil başladı: 9 gün dərs olmayacaq

2020-01-25 / 11:12:49
img Günün xəbərləri
Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı artdı

2020-01-25 / 11:10:54
img Dünya
Lukaşenko: “Rusiya Belarusu böyrü üstə qoydu”

2020-01-25 / 11:10:17
img Dünya
Conson Brexit sazişini imzaladı

2020-01-25 / 11:09:25
img Dünya
2020-ci ilin ən bahalı brendlərinin TOP 10-luğu

2020-01-25 / 10:59:43
img Günün xəbərləri
Bakıda dəhşət: Avtobus və maşın toqquşdu, hər ikisi körpüdən aşdı - Yaralılar var

2020-01-25 / 10:52:26
img Manşet xəbərləri
Yerə potensial təhlükəli asteroid yaxınlaşır

2020-01-25 / 10:50:50
img Günün xəbərləri
Merkelin Türkiyədə verilən hədiyyəyə maraqlı reaksiyası - FOTO

2020-01-24 / 16:45:21
img Ölkə
ANAR: “AYB sədrliyinə namizədliyimi yenidən irəli sürəcəm”

2020-01-24 / 16:42:14
img Günün xəbərləri
BMT-dən həyacan təbili: Bütün ölkələr koronavirusa qarşı hazır olsun!

2020-01-24 / 16:41:05
img Cəmiyyət
“Əli və Nino”nun mübahisəli müəllifi olan AXC səfiri kimdir? - TARİX

2020-01-24 / 16:40:21
img Manşet xəbərləri
237 nəfər deputat olmaq istəyindən imtina etdi - RƏSMİ

2020-01-24 / 16:35:17
img Dünya
Bolqarıstan iki rusiyalı casusu deşifrə etdi

2020-01-24 / 16:32:10

Bütün xəbərlər