logo
RU

Ölkə

Qubanın icra başçısının intihar edən sabiq müavini əvvəllər iki dəfə intihara cəhd edib - RƏSMİ

img




Qubada baş verən intihar hadisəsi ilə bağlı cinayət işi başlanıb.  Baş Prokurorluğun Mətbuat xidmətindən  verilən məlumatda qeyd olunur ki, avqustun 15-də Quba şəhərində yaşayıb, 1959-cu il təvəllüdlü Abbasov Canpolad Şıxmurad oğlunun yaşadığı evin həyətində yardımçı tikilidə özünü asaraq intihar etməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.  Meyitin xarici müayinəsi zamanı boyun nahiyəsində stranqulyasiya şırımından başqa hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmayıb.  Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.  İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb.  Aparılmış araşdırmalarla müəyyən edilib ki, Canpolad Abbasov 2000-2002-ci illərdə Quba rayon İcra Hakimiyyəti başçısının müavini, 2006-2009-cu illərdə müxtəlif vəzifələrdə çalışıb, 2009-cu ildən isə təqaüdə çıxıb. İlkin istintaqla sağlığında C.Abbasovla amansız rəftar edən, mütəmadi olaraq ləyaqətini alçaltmaqla hədə-qorxu gələrək özünü öldürmə həddinə çatdıran şəxs olmayıb, eləcə də mərhumun hər hansı şəxsə borcu olmaması müəyyən edilib. Mərhumun ailə üzvləri və qohumları ifadələrində C.Abbasovun intihar etməsinə səbəb kimi 2014-cü ildə oğlunun intihar etməsi ilə bağlı günahkar olmasını, özünə qapanmasını, hətta əvvəllər də bu səbəbə görə 2 dəfə intihara cəhd etməsini bildiriblər. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Baş Prokurorluq sonda KİV təmsilçilərinə müraciət edib: “Bəzi media nümayəndələri, intihar etmiş şəxsin əvvəllər bu və ya digər vəzifədə olmasını xüsusi qabardaraq yayılan məlumatlarda həmin şəxsi yüksək çinli məmur kimi təqdim edirlər. Xahiş edirik ki, məlumatları ictimailəşdirərkən diqqətli olaq”.







Xəbər lenti

img Manşet xəbərləri
Həbsdə saxlanılan jurnalist prezidentə müraciət etdi

2019-09-23 / 01:53:05
img Manşet xəbərləri
Jurnalist prezidentə müraciət etdi

2019-09-23 / 00:42:32
img Günün xəbərləri
“Qarabağ” azarkeşlərə görə cərimələndi – UEFA-dan qərar

2019-09-21 / 16:34:43
img Günün xəbərləri
Elçin Şıxlı İctimai Televiziyadakı işindən DANIŞDI

2019-09-21 / 16:31:20
img Cəmiyyət
Səslərə qıcıq olmaq nevroloji xəstəlik ola bilər?!

2019-09-21 / 16:29:28
img Günün xəbərləri
“Tokio-2020” Olimpiadasına lisenziya qazanan 5 idmançımız kimdi? - SİYAHI

2019-09-21 / 16:27:36
img Dünya
Hər şey göründüyü kimi deyil...

2019-09-21 / 16:25:30
img Dünya
“Yadplanetlilərin bölgəsi”nə yürüş festivala çevrildi - FOTO

2019-09-21 / 10:41:47
img Ölkə
Premyer Liqa Sumqayıtda başlayıb, Zirədə başa çatacaq

2019-09-21 / 10:39:52
img Cəmiyyət
Məşhur aktrisanın erotik filmi qadağan edildi

2019-09-21 / 10:37:27
img Ölkə
Güclü külək əsəcək, intensiv yağışlar yağacaq - XƏBƏRDARLIQ

2019-09-21 / 10:34:01
img Dünya
Husilər Səudiyyə Ərəbistanına hava hücumlarını dayandırıblar

2019-09-21 / 10:33:03
img Dünya
“Oskar”a namizəd olmuş məşhur amerikalı aktyor Ukraynada dəfn olunmaq istəyir

2019-09-21 / 10:30:45
img Dünya
Dubay şahzadəsi ilə sevgi yaşadığı deyilən Hollivud ulduzundan şok etiraf

2019-09-20 / 19:21:08
img Dünya
Maduro Rusiyaya səfər edəcək

2019-09-20 / 19:19:22
img Ölkə
Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

2019-09-20 / 19:17:57
img Cəmiyyət
Almaniyada 500-dən çox aksiya və nümayiş keçiriləcək

2019-09-20 / 14:20:36
img Hadisə
Nobel mükafatı laureatlarının adlarının açıqlanacağı tarixlər bilinib

2019-09-20 / 14:19:44
img Dünya
İran Səudiyyə Ərəbistanına sülh əlini uzatdı

2019-09-20 / 14:18:32
img Cəmiyyət
“Uşaqları universitetə tapşırıqla götürürlər” - Xalq artistindən ağır ittihamlar

2019-09-20 / 14:13:28
img Ölkə
Cahangir Hacıyevlə birgə ittiham olunan keçmiş direktorla bağlı çıxarılan qərar ləğv edildi

2019-09-20 / 14:11:48
img Cəmiyyət
Xalq artisti Arif Babayev Türkiyədə xəstəxanaya yerləşdirildi

2019-09-20 / 14:09:36
img Günün xəbərləri
Şərqşünas alim: “Bu barədə heç kim bir ayə, istinad göstərə bilməz”

2019-09-20 / 13:59:34
img Qafqaz
Gürcüstan prezidenti barədə istintaq başladı

2019-09-20 / 13:57:56
img Cəmiyyət
Şagirdlərin nəqliyyatdan pulsuz istifadəsi mümkündürmü?

2019-09-20 / 13:56:59

Bütün xəbərlər