logo
RU

Manşet xəbərləri

Jurnalistin həbsini sifariş verən general həbs olunan müstəntiqin dayısdır

img




Əlbət çoxlarının 2014-cü ilin sentyabrında uzun illər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini  işləmiş  Füzuli İsgəndərovun yaşadığı evdə amansızlıqla qətlə yetirilməsi hadisəsi  yadından çıxmayıb. Hadisədən 8 ay sonra Xalidə İsgəndərova şübhəli şəxs qismində saxlanılıb.2016-cı ilin  sentyabrında bu  qalmaqallı  qətl hadisəsi ilə bağlı  Bakı Ağır Cinayətlər Məhkəməsində  həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Bakı şəhər sakini, F.İsgəndərovun həyat yoldaşı Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesində hökm oxunub. X.İsgəndərova 18 il azadlıqdan məhrum edilib. Xatırladaq ki, sözügedən qətl hadisəsi Babək prospekti, ev 17 ünvanında baş verib. 1964-cü il təvəllüdlü F.İsgəndərov evin həyətindəki qarajda qətlə yetirilib. Qeyd etmək lazımdır ki,bu müəmmalı qətlin istintaq araşdırmasını  Prokurorluğunun İstintaq İdarəsinin sabiq böyük müstəntiqi Müşfiq Abbasov aparıb.Hansı ki,onun obyektivliyi ilk vaxtlardan şübhə doğurub. İstintaqın gəldiyi nəticəyə görə isə F.İsgəndərov elə öz həyat yoldaşı tərəfindən qətlə yetirilib. Qeyd edək ki, X.İsgəndərova istintaq zamanı ona elan olunmuş ittihamlarla razılaşmayıb, qətldə əli olmadığını deyib. 2015-ci il noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda X.İsgəndərovanın vəkili vəsatətlə çıxış edib. O, cinayət işinin materialları ilə tanış olduqlarını, cinayəti zərərçəkənin həyat yoldaşı X.İsgəndərova tərəfindən törədilmədiyini və istintaq zamanı cinayət işinin sübutlarının saxtalaşdırıldığını, kobud səhvə yol verildiyini bildirib. Qərara əsasən, vəsatət təmin edilib. Kobud qayda pozuntularının qeydə alınmasına görə iş istintaqa qaytarılıb. Həbs qətimkan tədbiri isə dəyişdirilmədən saxlanılıb. Xalidə İsgəndərovanın qardaşı Eldar İbrahimov iddia edir ki, bacısını heç bir əsas olmadan, haqsız yerə həbs ediblər: “İstintaq orqanları çox primitiv dəlil-sübuta əl atıb, bacımı şərə-böhtana salıb tutublar”.(Əvəz Ələkbərovun qohumunun qətli işində qəfil dönüş: zərərçəkən, yoxsa qatil?!- virtualaz.org)     Həbs olunan Xalidə İsgəndərova haqda məhkəmə qərarlarına, məsələ ilə bağlı yeni detalların üzə çıxması səbəbindən  yenidən baxılması üçün  vəkil  Cavanşir  Süleymanov  Ali Məhkəməyə ərizə ilə müraciət edib. Lakin Xalidə İsgəndərovanın haqsız həbsi ilə bağlı ailənin bütün şikayətləri nəticəsiz olub. Haqqin.az  bildirir ki,bu işdə ikinci dönüş  Füzuli Ələkbərovanın bacısı Cəmilə Süleymanovanın Nizami rayon məhkəməsinə müttəhimdən maddi və mənəvi ziyanın ödənilməsi  və ən əsası isə Xalidə İsgəndərovanın  və onun qızı Əmanə İsgəndərlinin “ləyaqətsiz vərəsələr” kimi vərəsəlik hüququndan məhrum edilməsi  haqda iddiasından  sonra baş verib.Bu iddiada məqsəd Füzuli İsgəndərovun  milyonlarla dəyərində ölçülən mülklərinə sahib çıxmaq olub və bu işdə  Süleymanovlara ən əsas yardımçı  Müşfiq Abbasov olub.Təbii ki,axırıncı bunu  təmənnasız etməyib.Birinci məhkəmədə hakim X.Cəmilova  bu iddianı təmin etməyib,amma 5 aydan sonra təmin edib.Və  Süleymanovların xeyrinə  qərar  haqqın.az saytının yazdığına görə məhz Müşfiq Abbasovun köməyi ilə baş tutub ki,o da bunu  yüksək vəzifədə işləyən dayılarının köməyi ilə edib. Sayt yazır ki, qətl baş verən yerdə yerdəki qanın qrupu Xalidə İsgəndərovanın ailəsinə aid olmayıb və bu da qətlin başqa adam tərəfindən törədildiyini sübut edir. Amma bütün bunlar Müşfiq Abbasovu  maraqlandırmayıb. Sayt bildirir ki, Xalidə İsgəndərovanın nümayəndəsi Elmira xanım da Müşfiq Abbasovun adamı olub.(И снова о кровавом деле Халиды Искендеровой: убивала или нет?! -haqqin.az) Müşfiq Abbasov Xalidə İsgəndərovanın qızlarını analarına qarşı ifadə verməyə sövq edərəkən vurğulayıb ki,onun dayıları  yüksək instansiyalarda-biri  Ali Məhkəmədə ,digəri isə Baş Prokurorluqda böyük vəzifədə işləyir və  buna görə bütün məhkəmələrə ələ çatır.Müşfiq Abbasovun adı təkcə bu işdə yox, bir cox işlərdə ,qanunsuzluqlarda  hallanır və bu mətbuatda  dəfələrlə işıqlanıb.       Müşfiq Abbasovun adı ümumiyyətlə bir qayda olaraq  qaranlıq işlərdə hallanıb. Belə ki, virtualaz.org xəbər verir ki,  müstəntiq Müşfiq Abbasov mərhum müğənni İlhamə Quliyevaya sui-qəsd cəhdi üzrə istintaqı aparıb və bu iş üzrə şahid qismində dindirilən qadından hədə-qorxu, dələduzluq yolu ilə 3 min manat alıb. Bu barədə qadın özünün sosial şəbəkələrdə yayılan açıqlamasında bildirir. “M.Abbasov məni qorxuzduraraq, ilkin 5000 manat, daha sonra 4000 manat tələb edirdi. Və nəhayət sonda 3000 manatımı ala bildi. Həmin pulun bir qismini yaxın rəfiqəm Aygündən alaraq, 2000 (iki min) manatını isə özümə məxsus olan qızıl əşyalarımı lombarda qoyaraq götürmüşəm və şəxsən Müşfiq Abbasovaya vermişəm. Bundan sonra aldandığmı bildikdən sonra dəfələrlə Müşfiqdən pulumu istəsəm də, o, buna əhəmiyyət vermədi”-Z.Məhərrəmova bildirir.(Müstəntiqin həbsi: Müşfiq Abbasov mərhum “primaddona”nın güdazına getdi- virtualaz.org) Z.Məhərrəmova  Mehriban Hüseynovanın səs yazılarının yer aldığı telefonları və notbuku da müstəntiqə verdiyini deyib. O İddia edir ki, müstəntiq həmin əşyaları da qaytarmayıb, mənimsəyib. Z.Məhərrəmova onu da bildirir ki, Bakı İstintaq Təcridxanasında Müşfiq Abbasovla üzləşdirilib, müstəntiqin ondan 3 min manat aldığı barədə şikayətini təsdiq edib və ondan pullarını geri istəyib. Belə ki, qadının iddia etdiyi kimi, o, Mehriban Hüseynovanın İlhamə Quliyevanın adından hazırladığı saxta vəsiyyətnaməni əlindən alaraq müğənniyə verib. Həmin vəsiyyətnamədə “primadonna”nın əmlakı onun köməkçisinə vəsiyyət olunurdu. Ancaq müstəntiq bu iş üzrə şahid qismində dindirilən Zəminə Məhərrəmovanı qorxudub, onun özünün də məsuliyyətə cəlb oluna biləcəyini bildirib. Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin sabiq böyük müstəntiqi Müşfiq Abbasov  barəsində  2017-ilin avqustunda Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178-ci (dələduzluq) maddələr ilə cinayət işi başlanıb barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilərək həbs edilmişdi. Sonradan onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənmişdi. Bakı şəhər Prokurorluğunun dələduzluqda təqsirləndirilən sabiq müstəntiqi Səbail Rayon Məhkəməsinin hökmü ilə 3 il sınaq müddəti təyin edilməklə, şərti cəza alıb.Bundan başqa Unikal.org xəbər verir ki, Bakı şəhər sakini Natəvan Şükür qızı Natəvan Əsədova Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin sabiq böyük müstəntiqi Müşfiq Abbasovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək onların 57 min manatını mənimsəməkdə ittiham edib.     Legion.az-ın əldə etdiyi məlumata görə  Müşfiq Abbasovun  qanunsuzluqlar edərkən həmişə güvəndiyi  dayılarından biri  Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi, general Kamal Qılıcovdur. Hansı ki, onun sifarişi əsasında Mahmud Tağıyev həbs olunub. Xatıtladaq ki,“Qafqaz Xəbər Agentliyi”nin rəhbəri ,“Qafqaz Region” İctimai Birliyinin sədri Mahmud Rasimoğlu 3 iyul 2018 tarixində şərlənərək  BMCMİ-nin əməkdaşları  tərəfindən  həbs olunub. Legion.az-ın əldə etdiyi digər məlumata  görə  Müşfiq Abbasov, biznes-ledi Ruhinin(Ruhiyyə Əliyeva) bacısının həyat yoldaşıdır.     Bu il aprelin 30-da Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmə əsasən M. Tağıyev  12 il müddətə azadlıqdan məhrum edilib. Hakim Fikrət Qəribov məhkəmə iclası başlayandan cəmi 15-20 dəqiqə sonra 12 vərəqli möhürlü sənəddən hökm oxumuşdur. Məhkəmədə prokuror Mahmud Rasimoğluna  12 il həbs cəzası verilməsini istəyib,hakim də onun 12 il müddətinə azadlıqdan məhrum edilməsi haqda qərar çıxarıb. M.Rasimoğlu məhz jurnalist fəaliyyətinə görə həbs olunub.Onun müstəqil jurnalist kimi apardığı araşdırmalar bəzi məmurların xoşuna gəlməyib və onlar vəzifə səlahiyyətlərindən sui-istifadə edərək jurnalistin həbsinə, “qərar” veriblər. Bu qərar bir daha onu göstərir ki, Mahmud Rasimoğlunun (Tağıyevin)  cinayət təqibi şəxsi sifariş qaydasında həyata keçirilib və məhkəmə bunda bilavasitə iştirak edib.  Mahmud Tağıyev general Kamal Qılıcovun sifarişi ilə , Toğrul Tağıyevin  şikayəti əsasında həbs olunub. Cinayət işində Mahmud Rasimoğlunun  yeznəsi Toğrul Tağıyevin şantaj edilməsi barədə sübut olmadığı üçün, istintaq orqanı işə digər şəxslərlə bağlı epizodlar da əlavə edib. Mahmud Rasimoğlunun ailəsi ümid edir ki,sonda haqq-ədalət bərqərar olacaq ,jurnalisti sifarişlə həbs etdirənlər dələduzluq maddəsi ilə həbs olunan Müşfiq Abbasov kimi ifşa olunaraq cəzasına çatacaq ,Mahmud Rasimoğlu  tez bir zamanda azadlılğa çıxacaq.        

Legion.az              







Xəbər lenti

img Manşet xəbərləri
Həbsdə saxlanılan jurnalist prezidentə müraciət etdi

2019-09-23 / 01:53:05
img Manşet xəbərləri
Jurnalist prezidentə müraciət etdi

2019-09-23 / 00:42:32
img Günün xəbərləri
“Qarabağ” azarkeşlərə görə cərimələndi – UEFA-dan qərar

2019-09-21 / 16:34:43
img Günün xəbərləri
Elçin Şıxlı İctimai Televiziyadakı işindən DANIŞDI

2019-09-21 / 16:31:20
img Cəmiyyət
Səslərə qıcıq olmaq nevroloji xəstəlik ola bilər?!

2019-09-21 / 16:29:28
img Günün xəbərləri
“Tokio-2020” Olimpiadasına lisenziya qazanan 5 idmançımız kimdi? - SİYAHI

2019-09-21 / 16:27:36
img Dünya
Hər şey göründüyü kimi deyil...

2019-09-21 / 16:25:30
img Dünya
“Yadplanetlilərin bölgəsi”nə yürüş festivala çevrildi - FOTO

2019-09-21 / 10:41:47
img Ölkə
Premyer Liqa Sumqayıtda başlayıb, Zirədə başa çatacaq

2019-09-21 / 10:39:52
img Cəmiyyət
Məşhur aktrisanın erotik filmi qadağan edildi

2019-09-21 / 10:37:27
img Ölkə
Güclü külək əsəcək, intensiv yağışlar yağacaq - XƏBƏRDARLIQ

2019-09-21 / 10:34:01
img Dünya
Husilər Səudiyyə Ərəbistanına hava hücumlarını dayandırıblar

2019-09-21 / 10:33:03
img Dünya
“Oskar”a namizəd olmuş məşhur amerikalı aktyor Ukraynada dəfn olunmaq istəyir

2019-09-21 / 10:30:45
img Dünya
Dubay şahzadəsi ilə sevgi yaşadığı deyilən Hollivud ulduzundan şok etiraf

2019-09-20 / 19:21:08
img Dünya
Maduro Rusiyaya səfər edəcək

2019-09-20 / 19:19:22
img Ölkə
Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

2019-09-20 / 19:17:57
img Cəmiyyət
Almaniyada 500-dən çox aksiya və nümayiş keçiriləcək

2019-09-20 / 14:20:36
img Hadisə
Nobel mükafatı laureatlarının adlarının açıqlanacağı tarixlər bilinib

2019-09-20 / 14:19:44
img Dünya
İran Səudiyyə Ərəbistanına sülh əlini uzatdı

2019-09-20 / 14:18:32
img Cəmiyyət
“Uşaqları universitetə tapşırıqla götürürlər” - Xalq artistindən ağır ittihamlar

2019-09-20 / 14:13:28
img Ölkə
Cahangir Hacıyevlə birgə ittiham olunan keçmiş direktorla bağlı çıxarılan qərar ləğv edildi

2019-09-20 / 14:11:48
img Cəmiyyət
Xalq artisti Arif Babayev Türkiyədə xəstəxanaya yerləşdirildi

2019-09-20 / 14:09:36
img Günün xəbərləri
Şərqşünas alim: “Bu barədə heç kim bir ayə, istinad göstərə bilməz”

2019-09-20 / 13:59:34
img Qafqaz
Gürcüstan prezidenti barədə istintaq başladı

2019-09-20 / 13:57:56
img Cəmiyyət
Şagirdlərin nəqliyyatdan pulsuz istifadəsi mümkündürmü?

2019-09-20 / 13:56:59

Bütün xəbərlər