logo
RU

Günün xəbərləri

“Qarabağ” üçün həlledici gün

img




“Qarabağ” klubu bu gün Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab qarşılaşmasına çıxacaq. Oxu.Az xəbər verir ki, təmsilçimiz bu gün Bakı vaxtı ilə saat 20:30-da Tofiq Bəhramov adına Respublika stadionunda Kiprin APOEL klubunu qəbul edəcək. Kiprdə baş tutan ilk qarşılaşmada “Qarabağ” rəqibini 2:1 hesabı ilə qələbə qazanıb. Bu qələbədən sonra APOEL baş məşqçisi Paolo Trametsanini istefaya göndərib və almaniyalı mütəxəssis Tomas Doll ilə iki illik müqavilə bağlayıb.  Dünən Ağdam klubunun yaydığı məlumata görə, qarşılaşma üçün satışa çıxarılan biletlərdən 24 mini satılıb. Bu gün isə qalan altı min biletin satılacağı proqnozlaşdırılır.  Qarşılaşmanı Almaniyadan olan hakimlər briqdası idarə edəcək. Baş hakim 35 yaşlı Daniel Sibert olacaq. Ona yan xətdə Yan Seydel və Lasse Koslovski kömək edəcəklər. Dördüncü hakim funksiyasını Martin Petersen yerinə yetirəcək. Hakimlərin işinə Danimarkadan olan Yorn Vest Larsen qiymət verəcək. UEFA nümayəndəsi isə Velid İmamoviç (Bosniya və Herseqovina) olacaq. “Qarabağ” APOEL səddini keçsə, Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edəcək və Çempionlar Liqasının “pley-off” mərhələsində “Ayaks” (Niderland) - PAOK (Yunanıstan) cütünün qalibi ilə görüşəcək. Bu cütlüyün ilk oyunu 2:2 hesabı ilə başa çatıb. Əgər təmsilçimiz Kipr klubunu keçə bilməsə, Avropa Liqasının “pley-off”unda “Linfild” (Şimali İrlandiya) - “Sutyeska” (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq. Bu kollektivlərin ilk oyununda “Linfild” 2:1 hesablı qələbəyə sevinib.







Xəbər lenti

img Ölkə
Bazar gününə olan hava proqnozu

2019-08-24 / 16:54:01
img Dünya
Kosmosda ilk cinayət törədildi

2019-08-24 / 16:52:38
img Ölkə
Millimizin heyəti açıqlandı

2019-08-24 / 16:51:17
img Dünya
Abel Məhərrəmovun kürəkəni vəfat etdi

2019-08-24 / 16:49:30
img Cəmiyyət
Şeybani xanın Şah İsmayıla məktubu, Səfəvilərin Mərv zəfərinin sirri

2019-08-24 / 16:39:45
img Dünya
Makron: Demokratiya dəbdən düşüb, kapitalizm isə dəli olub

2019-08-24 / 12:32:32
img Hadisə
90-cı illərin məşhur film tərcüməçisi vəfat edib

2019-08-24 / 12:29:07
img Manşet xəbərləri
Tramp: G7 sammiti vaxt itkisidir

2019-08-24 / 12:27:47
img Dünya
Messinin Neymara görə qanı qaralıb

2019-08-24 / 12:25:40
img Cəmiyyət
Pəhrizsiz arıqlamağın sadə yolu

2019-08-24 / 12:20:15
img Günün xəbərləri
"Qarabağ"a 20 min avroluq cərimə

2019-08-24 / 12:18:13
img Manşet xəbərləri
Yoluxucu xəstəliklərin saglam insanlara kecməyəcəyinə kim zəmanət verə bilər?

2019-08-23 / 23:57:05
img Manşet xəbərləri
“Məni şərləyərək həbs ediblər”-Məhkum prezidentə müraciət edir

2019-08-23 / 17:54:02
img Manşet xəbərləri
Zelenski Belarusdan kömək istədi - Lukaşenko

2019-08-23 / 15:59:48
img Dünya
ABŞ boksçusu ilə döyüşdən sonra ölən Maksim Dadaşov qızıl medala layiq görülüb

2019-08-23 / 15:52:32
img Dünya
Başına böyük məbləğdə pul qoyulmuş PKK terrorçusu məhv olundu - Foto

2019-08-23 / 15:49:02
img Dünya
Zaxarovadan "Ləzginka" rəqsi -VİDEO

2019-08-23 / 15:46:06
img Günün xəbərləri
9 yaşlı övladını zəncirləyən anadan XƏBƏR VAR - Valideynin problemi var, cinayət işi açıldı – VİDEO

2019-08-23 / 15:42:59
img Dünya
İki ağızlı balıq tutuldu

2019-08-23 / 11:51:49
img Hadisə
“İnterpol”un axtardığı Almaniya vətəndaşı Azərbaycanda tutulub

2019-08-23 / 11:48:24
img Günün xəbərləri
Ermənistan ordusu atəşkəs rejimini 21 dəfə pozub

2019-08-23 / 11:46:33
img Dünya
Consonun Makrona qarşı hörmətsizliyi müzakirələrə səbəb olub – Video

2019-08-23 / 11:39:27
img Dünya
Aleksey Navalnıy azadlığa buraxılıb

2019-08-23 / 11:21:15
img Dünya
Qadınlar üçün dəhşətli ölkə: Ağlasığmaz 10 qadağa

2019-08-23 / 11:18:54
img Dünya
İran filmi “Oskar”a təqdim olunacaq

2019-08-23 / 11:17:10

Bütün xəbərlər