logo
RU

Dünya

13 avqust Solaxaylar günüdür: MƏŞHUR SOLAXYLAR

img




Tanrı insanın sağ tərəfini sol tərəfindən daha qüvvətli və iqtidarlı yaradıb. Buna görə də insanlar əksər işləri sağ əllə görürlər. Amma anadan solaxay doğulanlar da olur. Demoqrafiya məsələlərilə məşğul olan beynəlxalq ekspertlərin müşahidələrinə görə, son illər dünyada solaxay doğulan insanların sayı artmaqdadır. Amma alimlər hələ ki insanların solaxay doğulmasının səbəblərini müəyyənləşdirə bilməyiblər. 

Modern.az-ın məlumatına görə, hər ilin 13 avqust tarixi dünyada Solaxaylar günü kimi qeyd olunur. 

Dünyada yaşayan solaxaylar hər il avqustun 13-də Ümumdünya Solaxaylar Gününü qeyd edirlər. Beynəlxalq Solaxaylar Günü 1992-ci ildə Britaniya solaxaylar klubunun təşəbbüsü ilə təsis edilib. 

Dünyada solaxaylar hərəkatının vüsət almasının maraqlı tarixçəsi var. 1980-ci ildə ABŞ-ın Missuri ştatından olan polis əməkdaşı Franklin Uinborn qoburu (tapança qabını) sol tərəfində daşıdığından rəhbərlik onu işdən çıxarıb. F.Uinborn solaxay olduğundan qoburu kəmərinin sol tərəfindən asırdı, halbuki, nizamnaməyə görə o, tapança qabını sağ tərəfində daşımalı idi. O zaman polis işçisinin məhz solaxay olmasına görə işdən çıxarılması Amerikada ciddi əks-səda doğurub. Amerikalı solaxaylar F.Uinbornun müdafiəsilə bağlı mitinlərə başlayandan sonra məhkəmə adı çəkilən polis əməkdaşının öz işinə bərpa edilməsinə dair qərar çıxarmağa məcbur olub. 

Beləcə dünyada solaxaylar hərəkatı baş qaldırıb. Sonralar digər ölkələrdə də solaxaylara qarşı ədalətsizlik baş verəndə, kütləvi etiraz aksiyaları keçirilib. 
Solaxaylar gününün keçirlməsində məqsəd bu qəbildən olan insanlara dəstək olmaqdır. Solaxayların Beynəlxalq Assosiasiyasının mənzil-qərargahı ABŞ-ın Kanzas ştatındakı Topika şəhərində yerləşir. Bu assosiasiya «Solaxaylar haqqında qanun layihəsi» də hazırlayıb.

Vaxtilə bir sıra ölkədə solaxaylar diskriminasiyaya məruz qalıb, onlara qarşı haqsızlıqlar edilib. Məsələn, bəzi dinlərə görə şeytan da solaxaydır və bundan sui-istifadə edənlər solaxayları şeytanla eyniləşdirməyə çalışaraq onlara qarşı hücumlar təşkil ediblər. Həm xaçpərəstlər, həm də müsəlmanlar solaxaylığı şər qüvvələrlə bağlayırdılar.

Sovet dövründə SSRİ-nin əksər məktəblərində solaxay uşaqları sağ əllə yazmağa məcbur ediliblər. Bu cür hallar xüsusilə Rusiya ərazisində müşahidə edilib. Sovet hökuməti qurulmazdan əvvəl Rusiyada hətta solaxaylara məhkəməyə müraciət etmək də yasaq edilmişdi. 

Böyük Britaniyada indi də solaxay məktəblilər sağ əllə yazmağa məcbur edilirlər. Alimlər belə məcburiyyətlərin solaxay uşaqlara psixoloji təsir etdiyini bildirirlər. Ümumiyyətlə dünyada solaxaylara qarşı münasibət heç vaxt birmənalı olmayıb. Məşhur psixoloq Lombrozo idda edib ki, guya solaxaylar potensial cinayətkarlardır və bu üzdən də onların tez-tez cəzaçəkmə müəssisələrinə düşməsi təsadüfi sayılmamalıdır.  Lakin psixoloqun bu iddiası sonradan rədd edilib. 

Bəzi məlumatlara görə, hazırda dünya əhalisinin 15-20 faizini solaxay insanlar təşkil edir. Alimlər solaxaylığın genetik səbəblərə əsaslandığını düşünürlər. Böyük Britaniya tədqiqatçıları bunu təsdiq edən genlər aşkarlayıblar. Sağəlli insanlarda beynin sol yarımkürəsi nitq və dilə, sağ tərəfi isə hissiyatlara nəzarət edir. Lakin solaxaylarda bunun tamamilə əksi müşahidə olunur. Mütəxəssislərin qənaətinə görə, solaxaylar beynin hər iki tərəfindən daha asanlıqla istifadə edə bilirlər. Solaxaylığın genlər qrupu olduğu bildirilir. Lakin hansı genlərin - hələ dəqiq məlum deyil. 

Əvvəllər belə hesab edilirdi ki, solaxaylıq pis əlamətdir, solaxaylar o qədər də sağlam adamlar deyillər, onlar epilepsiya və şizofreniya kimi xəstəliklərə sağalaylardan çox məruz qalırlar. Lakin indi alimlər başqa fikirdədirlər: solaxaylıq patologiya deyil, insan beyninin fəaliyyətinin alternativ variantıdır və problemlərin qeyri-standart həllinə imkan verir. 

Solaxaylar xüsusi istedada malik olurlar. Onlara idmanın müxtəlif sahələrində rast gəlmək olar. Sübut olunub ki, idmanda solaxay olmaq həmişə həmin insanların xeyrinə işləyib. Solaxayların bədii yaradıcılığa daha həssas olduğu bildirilir. Solaxaylar sənətə-rəssamlığa, musiqiçiliyə, bəstəkarlığa, memarlığa meyilli adamlar, qeyri-standart ideyalar sahibidirlər. Cinayətkar solaxaylar arasında fırıldaqçılar, dələduzlar, saxta pul kəsənlər əksəriyyət təşkil edir. Solaxay insanlar kompüter oyunları oynayarkən və ya idmanla məşğul olarkən daha sürətlə düşünə bilirlər. 

Dünyanın elə bölgələri var ki, orada solaxay insanların doğulması həmişə stabil olub. Ərəblər, çinlilər, yaponlar arasında isə solaxayların faizi daha yüksəkdir. 

Əksər valideynlər uşaqlarının solaxay olduğunu bildikdə onları sağvərdişli etməyə çalışırlar. Mütəxəssislər deyirlər ki, sağ ələ keçmə solaxaylar üçün əsl stressdir. Balaca solaxayın problemi onun əlindəki qələmi soldan sağa keçirmək istədikdə başlayır. Qətiyyən belə etmək olmaz. Əks halda uşaqda nevroz, diqqətsizlik, yaddaşın zəifləməsi və yazıda problemlər yarana bilər.

Dünyada solaxay məşhurlar çoxdur. Buna misal olaraq Janna d,Ark, Lyuis Kerroll, Nikolay Leskov, Leonardo da Vinçi, Merilin Monro, Albert Eynşteyn, Bryus Uillis, Bill Qeyts, Yuli Sezar, Mikelancelo, Pol Makkartni, Mark Tven, Bethoven, Sergey Raxmaninov, Robert De Nironu göstərmək olar. 

Məşhur siyasətçilər Yuli Sezar, Makedoniyalı İsgəndər, Napoleon Bonapart, Böyük karl, Uinston Çörçill da solaxay olublar. Amerikanın keçmiş prezidentləri Ronald Reyqan, ata Corc Buş, Bill Klinton, Barak Obama da solaxay siyasətçilər sırasına daxildirlər. 

Bəzi məlumatlara görə, Rusiya prezidenti Vladimir Putin də solaxaydır, Lakin xüsusi xidmət orqanlarının şinelindən çıxmış Putin solaxaylığını gizlədə bilib.







Xəbər lenti

img Ölkə
Bazar gününə olan hava proqnozu

2019-08-24 / 16:54:01
img Dünya
Kosmosda ilk cinayət törədildi

2019-08-24 / 16:52:38
img Ölkə
Millimizin heyəti açıqlandı

2019-08-24 / 16:51:17
img Dünya
Abel Məhərrəmovun kürəkəni vəfat etdi

2019-08-24 / 16:49:30
img Cəmiyyət
Şeybani xanın Şah İsmayıla məktubu, Səfəvilərin Mərv zəfərinin sirri

2019-08-24 / 16:39:45
img Dünya
Makron: Demokratiya dəbdən düşüb, kapitalizm isə dəli olub

2019-08-24 / 12:32:32
img Hadisə
90-cı illərin məşhur film tərcüməçisi vəfat edib

2019-08-24 / 12:29:07
img Manşet xəbərləri
Tramp: G7 sammiti vaxt itkisidir

2019-08-24 / 12:27:47
img Dünya
Messinin Neymara görə qanı qaralıb

2019-08-24 / 12:25:40
img Cəmiyyət
Pəhrizsiz arıqlamağın sadə yolu

2019-08-24 / 12:20:15
img Günün xəbərləri
"Qarabağ"a 20 min avroluq cərimə

2019-08-24 / 12:18:13
img Manşet xəbərləri
Yoluxucu xəstəliklərin saglam insanlara kecməyəcəyinə kim zəmanət verə bilər?

2019-08-23 / 23:57:05
img Manşet xəbərləri
“Məni şərləyərək həbs ediblər”-Məhkum prezidentə müraciət edir

2019-08-23 / 17:54:02
img Manşet xəbərləri
Zelenski Belarusdan kömək istədi - Lukaşenko

2019-08-23 / 15:59:48
img Dünya
ABŞ boksçusu ilə döyüşdən sonra ölən Maksim Dadaşov qızıl medala layiq görülüb

2019-08-23 / 15:52:32
img Dünya
Başına böyük məbləğdə pul qoyulmuş PKK terrorçusu məhv olundu - Foto

2019-08-23 / 15:49:02
img Dünya
Zaxarovadan "Ləzginka" rəqsi -VİDEO

2019-08-23 / 15:46:06
img Günün xəbərləri
9 yaşlı övladını zəncirləyən anadan XƏBƏR VAR - Valideynin problemi var, cinayət işi açıldı – VİDEO

2019-08-23 / 15:42:59
img Dünya
İki ağızlı balıq tutuldu

2019-08-23 / 11:51:49
img Hadisə
“İnterpol”un axtardığı Almaniya vətəndaşı Azərbaycanda tutulub

2019-08-23 / 11:48:24
img Günün xəbərləri
Ermənistan ordusu atəşkəs rejimini 21 dəfə pozub

2019-08-23 / 11:46:33
img Dünya
Consonun Makrona qarşı hörmətsizliyi müzakirələrə səbəb olub – Video

2019-08-23 / 11:39:27
img Dünya
Aleksey Navalnıy azadlığa buraxılıb

2019-08-23 / 11:21:15
img Dünya
Qadınlar üçün dəhşətli ölkə: Ağlasığmaz 10 qadağa

2019-08-23 / 11:18:54
img Dünya
İran filmi “Oskar”a təqdim olunacaq

2019-08-23 / 11:17:10

Bütün xəbərlər