logo
RU

Cəmiyyət

Məşhur professorlar alkoqolun beyinə inanılmaz təsirlərini açıqladı

img




Alkoqol asılılığı olan bir çox insan xəstələndiyi zaman ağırlaşmasının səbəbini bilmir. Və yalnız tibbi ekspertiza spirtin bədənə nə dərəcədə təsir etdiyini müəyyən edir. Soyuqdəymə və infeksiya isə bu faciəni sonlandıran son damla olur. "Legion"  Publika.az-a istinadla bu yazıda oxucuları alkoqolun beyinə təsirləri ilə tanış edib. Alkoqolun orqanizmə təsiri Alkoqolun sağlamlığa ziyanı nədən ibarətdir? Bu sualın cavabı sadə deyil və elmi izahlar tələb edir. Alkoqol iki əsas halda təhlükəlidir. Birincisi, akloqol narkotik zəhərdir, ikincisi bu, elə bir zəhərdir ki, insan orqanizminə yavaş-yavaş, amma davamlı şəkildə daxil olaraq onun məhv olmasına gətirib çıxarır. Rusiyanın keçmiş baş sanitar müfəttişi Qennadiy İnişenko deyir ki, alkoqol zəhərdir, odur ki, onun keyfiyyətindən bəhs ediriksə, biz həm də zəhərin keyfiyyətinin yaxşılaşdırılmasından danışırıq. Bu zəhər ilk olaraq mədəyə zərər verir, çünki ilk zərbəni o, qəbul edir. İçki nə qədər tünddürsə, insan bir o qədər tez xəstələnir və müalicəsi bi qədər çətinləşir. Alkoqol və həzm xəstəlikləri Spritli içkilərin təsiri ilə bütün həzm sistemində dərin dərişiklik baş verir. Mədə onun divarlarını qoruyan muçin maddəsi ifraz etməyə başlayır. Alkoqol isə bu funksiyanın qarşısını alır və praktiki olaraq mədəni insanın yediyi hər şeyə qarşı müdafiəsiz edir. Mədədə həzm prosesi tam getmir, qidalar qatılaşır və oradan birbaşa bağırsaqlara daxil olur. Bunun qarşısı vaxtında alınmazsa və ciddi müalicə olunmazsa, qasrit nəticədə mədə xərçənginə çevrilə bilər. Qaraciyər bütün qanı gündə 400 dəfə süzür və spirt də daxil olmaqla bütün zəhərli maddələri təmizləyir. Qaraciyərdən keçən etil spirti onun təsiri altında ölən qaraciyər hüceyrələrinə zərər verə bilər. Onların yerlərində birləşdirici toxuma, ya da sadəcə yara yaranır. Bu zaman qaraciyər sanki balacalaşır, qaraciyər damarları sıxılır və qan onlardan keçə bilmir. Dolayısı ilə təzyiq 3-4 dəfə yüksəlir. Bu damarların partlaması isə bir çox hallarda ölümlə nəticələnən güclü qanaxmaya səbəb olur. Qaraciyərdə baş verən bu dəyişikliyə qaraciyər sirrozu deyilir. Qaraciyər sirozu xəstəliklər arasında ən çətin və ən ümidsiz müalicəsi olan xəstəlikdir. Alkoqol və beyin Etil spirti su ilə yaxşı həll olunur, odur ki, bədəndə qanın ən çox yuyulduğu orqan və toxumalarda maksimal konsentrasiyaya çatır. Bunlardan biri də qanın daha çox olduğu beyindir. Professor Fedor Qruqoryeviş Uqlovun sözlərinə görə, alkoqolun beyinə vurduğu zərərləri ancaq kəllə-beyin travması ilə müqayisə etmək olar. Etanol asanlıqla beyinə daxil olan zəhərli maddələrin qarşısını alan yeganə qoruyucu mexanizm olan hemato-ensefalik qan-beyin baryerini aşır. Əgər qanda spirtin konsentrasiyası vahid olaraq alınırsa, o, bədəndə aşağıdakı kimi paylanır: qaraciyər – 1.45; serebrospinal maye – 1,5; beyin – 1.75. Alkoqolun təsiri ilə beyində neyronların kütləvi ölümü baş verir. Bununla belə yadda saxlamaq lazımdır ki, spirt həm də qanın tərkibinə təsir göstərir. Nəticədə beyin kifayət qədər oksigen qəbul etmir, bu da hipoksiyaya gətirib çıxarır. Hüceyrələrin qəbiristanlığı hər dəfə, hətta az miqdarda içki qəbul etdikdən sonra genişləşir, mütəmadi olaraq içki içən insan beyni isə digər orqanlardan daha ciddi dəyişikliyə məruz qalır. Əgər alkoqol asıllığı olan insan ilə sağlam insan beynini müqayisə etsək, nəzərə çarpacaq fərqlər üzə çıxacaq. Məhz bu səbəbdən də içki içən insanların psixikasında pozğunluq müşahidə olunur. Zehni bulanıqlıq və konsentrasiyanın olmaması, unutqanlıq, əsəbilik kimi hallar özünü göstərir. Alkoqol və ürək Bir çox içki həvəskarları elə hesab edir ki, alkoqol ürək-damar xəstəliklərinin vəziyyətini yaxşılaşdırır. Əslində, hər şey tamamilə əksinə baş verir. Orqanizmə daxil olan etil spirti sürətlə qana keçir və burada 6-7 saat dövr edir, təzyiq dərhal artır və ürək döyüntüləri sürətlənir. Spirt və onun zəhərli metabolitləri qanın qatılaşmasına gətirib çıxarır, odur ki, qan ürəyin kiçik damarlarına çox çətinliklə daxil olur. Miyokardiya toxuması hipoksiyaya (oksigen çatışmazlığına) məruz qalır, bu da ölümə səbəb olur. Daimi spirtli içki qəbul edən insan ürəyi yumşaq və atonik olur. Ürək qanı tam vura (nasoslaya) bilmir. Ürəyin bədənin ehtiyacını qarşılayacaq səviyyədə qanı nasosla vura bilməməsinə ürək çatmazlığı deyilir. Zəif ürək qan dövranını normal yerinə yetirə bilmir. Alkoqoldan sonra ürək müalicə üçün uyğun olmayan dəyişikliklərə məruz qalır. Miyokardın normal strukturunu bərpa etmək mümkün olmadığı üçün yalnız simptomatik terapiya aparmaq, yəni ortaya çıxan ağırlaşmaları müalicə etmək qalır. Alkoqol və xərçəng Ümumdünya Səhiyyə Təşkilatı iddia edir ki, spirt ən azı 60 müxtəlif xəstəliklərin, o cümlədən bağırsaq, döş xərçəngi, mədə, qaraciyər, ağız və boğaz xərçənginin inkişafına səbəb olur. Təşkilatın ekspertləri əmindir ki, hər gün 4 qədəh şərab içən qadın süd vəzi xərçənginin yaranma risikini 50 faiz artırır. “Alkoqolun zərərsiz “dozası” mövcud deyil, hətta ən kiçik qədəh də sağlamlığımıza zərər verir” , deyə səhiyyə təşkilatı vurğulayır. Yeri gəlmişkən, 1975-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı alkoqolu narkotik vasitə qəbul etmişdi. İnsanları az miqdarda içməyə təşviq etmək və bunun zərərsiz olduğunu söyləmək kifayətdir ki, onlar bu məsləhətləri sevinclə yerinə yetirsin. Belə bir kədərli nəticədən necə qaçmaq olar? Spirtdən tamamilə imtina etmək ən yaxşı yoldur.







Xəbər lenti

img Ölkə
Bazar gününə olan hava proqnozu

2019-08-24 / 16:54:01
img Dünya
Kosmosda ilk cinayət törədildi

2019-08-24 / 16:52:38
img Ölkə
Millimizin heyəti açıqlandı

2019-08-24 / 16:51:17
img Dünya
Abel Məhərrəmovun kürəkəni vəfat etdi

2019-08-24 / 16:49:30
img Cəmiyyət
Şeybani xanın Şah İsmayıla məktubu, Səfəvilərin Mərv zəfərinin sirri

2019-08-24 / 16:39:45
img Dünya
Makron: Demokratiya dəbdən düşüb, kapitalizm isə dəli olub

2019-08-24 / 12:32:32
img Hadisə
90-cı illərin məşhur film tərcüməçisi vəfat edib

2019-08-24 / 12:29:07
img Manşet xəbərləri
Tramp: G7 sammiti vaxt itkisidir

2019-08-24 / 12:27:47
img Dünya
Messinin Neymara görə qanı qaralıb

2019-08-24 / 12:25:40
img Cəmiyyət
Pəhrizsiz arıqlamağın sadə yolu

2019-08-24 / 12:20:15
img Günün xəbərləri
"Qarabağ"a 20 min avroluq cərimə

2019-08-24 / 12:18:13
img Manşet xəbərləri
Yoluxucu xəstəliklərin saglam insanlara kecməyəcəyinə kim zəmanət verə bilər?

2019-08-23 / 23:57:05
img Manşet xəbərləri
“Məni şərləyərək həbs ediblər”-Məhkum prezidentə müraciət edir

2019-08-23 / 17:54:02
img Manşet xəbərləri
Zelenski Belarusdan kömək istədi - Lukaşenko

2019-08-23 / 15:59:48
img Dünya
ABŞ boksçusu ilə döyüşdən sonra ölən Maksim Dadaşov qızıl medala layiq görülüb

2019-08-23 / 15:52:32
img Dünya
Başına böyük məbləğdə pul qoyulmuş PKK terrorçusu məhv olundu - Foto

2019-08-23 / 15:49:02
img Dünya
Zaxarovadan "Ləzginka" rəqsi -VİDEO

2019-08-23 / 15:46:06
img Günün xəbərləri
9 yaşlı övladını zəncirləyən anadan XƏBƏR VAR - Valideynin problemi var, cinayət işi açıldı – VİDEO

2019-08-23 / 15:42:59
img Dünya
İki ağızlı balıq tutuldu

2019-08-23 / 11:51:49
img Hadisə
“İnterpol”un axtardığı Almaniya vətəndaşı Azərbaycanda tutulub

2019-08-23 / 11:48:24
img Günün xəbərləri
Ermənistan ordusu atəşkəs rejimini 21 dəfə pozub

2019-08-23 / 11:46:33
img Dünya
Consonun Makrona qarşı hörmətsizliyi müzakirələrə səbəb olub – Video

2019-08-23 / 11:39:27
img Dünya
Aleksey Navalnıy azadlığa buraxılıb

2019-08-23 / 11:21:15
img Dünya
Qadınlar üçün dəhşətli ölkə: Ağlasığmaz 10 qadağa

2019-08-23 / 11:18:54
img Dünya
İran filmi “Oskar”a təqdim olunacaq

2019-08-23 / 11:17:10

Bütün xəbərlər