logo
RU

Manşet xəbərləri

“7 min nəfər təhsilhaqqını ödəyə bilmədiyi üçün ali təhsil almaqdan imtina edib”

img




“Hazırda təhsil haqqını ödəməkdə çətinlik çəkən çoxlu tələbə var”.

Bu barədə bizimyol.info-ya açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov bildirib.
Ekspert bildirib ki, Azərbaycanda hazırda fəaliyyət göstərən 50-dən çox ali təhsil müəssisəsində 160 mindən çox tələbə təhsil alır: “Onların da 70 faizi öz vəsaitləri hesabına, yəni ödənişli əsaslarla təhsil alır. Xoşagəlməz məqam ondan ibarətdir ki, ölkəmizdəki təhsil ocaqlarının ixtisas üzrə ortalama təhsil haqqı 2 min manat təşkil edir. Hətta bəzi ixtisaslar üzrə bu rəqəm 6500, 5000, 4300 manat təşkil edir ki, bu məbləğin də ödənilməsi hər insan üçün asan deyil. Məhz buna görədir ki, son 5 il ərzində 7 min şəxs təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsilini yarımçıq qoyub, ali təhsil almaqdan imtina edib”. Kamran ƏsədovKamran Əsədov Ekspert deyib ki, ölkədə ödənişli əsaslarla təhsil alan tələbələrin təhsil haqlarının ödənilməsi üçün 2015-ci ildə “Maarifçi” Kredit Fondu yaradılıb: “Amma bu təşkilat cəmi 200 nəfər tələbəyə təhsil haqlarının ödənilməsi üçün güzəştli şərtlərlə kredit verib ki, bu da olduqca az rəqəmdir.
Qeyd edim ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə BDU, Dillər, Pedaqoji, Neft və Sənaye, Texniki, Dövlət İqtisad, Memarlıq və İnşaat, Bakı Slavyan, Gəncə və Sumqayıt Dövlət universitetlərinin təsis etdiyi “Maarifçi” Tələbə Kredit Fondu reallaşdırır. Fonda Azərbaycan vətəndaşı olan, təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyac duyan tələbələr müraciət edə bilərlər. Onların yaşı 25-dən çox, ailəsinin kredit borcu, ailə gəliri il ərzində 10 min manatdan çox olmamalıdır”. Ekspert vurğulayıb ki, bu sahəyə iri şirkətlər, özəl sektorun nümayəndələri də qoşulmalıdır və özləri üçün lazım olan kadr potensialının gücləndirilməsində maraqlı mövqelərini ortaya qoymalıdırlar. “Təəssüf ki, ali məktəbləri bitirmiş məzunların 42 faizi sonra işlə təmin olunur. Bu o deməkdir ki, təhsil krediti götürmüş tələbə potensial problemli kreditliyə çevriləcək. Bu gün ölkədə 3 milyon dan çox şəxsin 4 milyard manat həcmində problemli kreditləri var. Bu o deməkdir ki, tələbələr əgər universiteti bitirdikdən sonra işlə təmin olunmasa onlar da bu siyahıya daxil olacaqlar”,-təhsil üzrə ekspert Kamran Əsədov bildirib. Ramid İbrahimov







Xəbər lenti

img Günün xəbərləri
Kasıblıqdan milyonlara doğru və aşağı

2020-01-25 / 20:08:34
img Qafqaz
"7 rayonun qaytarılma sənədi var, müzakirədədir" - Paşinyan

2020-01-25 / 20:07:16
img Hadisə
Bakıda itin dişlədiyi məktəbli öldü

2020-01-25 / 20:05:50
img Günün xəbərləri
Qurban Yetirmişli: "Azərbaycanda yaxın zamanlarda güclü zəlzələ gözlənilmir"

2020-01-25 / 20:04:52
img Cəmiyyət
Mütəxəssislərdən rusiyalılara qorxulu xahiş: “Bu qidalardan uzaq olun...”

2020-01-25 / 20:01:23
img Dünya
Eyni gündə ölən adamların meyitləri səhv düşdü

2020-01-25 / 19:59:21
img Dünya
Canlı yayıma hazırlaşan üç nazirin zəlzələyə reaksiyası – VİDEO

2020-01-25 / 17:21:15
img Dünya
"Ukrayna təyyarəsini vuran şəxs həbsdədir"

2020-01-25 / 17:20:06
img Cəmiyyət
Müəllim şagirdin çəkdiyi rəsmə müdaxilə etdi: Ölkə ayağa qalxdı!

2020-01-25 / 17:18:25
img Dünya
Özbəkistanın yeni hökuməti təsdiqləndi

2020-01-25 / 17:15:12
img Sosial
Azərbaycanlıların ən çox çalışdığı sahələr hansıdır?

2020-01-25 / 17:13:43
img Ölkə
Hava bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər

2020-01-25 / 11:13:38
img Ölkə
Tətil başladı: 9 gün dərs olmayacaq

2020-01-25 / 11:12:49
img Günün xəbərləri
Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı artdı

2020-01-25 / 11:10:54
img Dünya
Lukaşenko: “Rusiya Belarusu böyrü üstə qoydu”

2020-01-25 / 11:10:17
img Dünya
Conson Brexit sazişini imzaladı

2020-01-25 / 11:09:25
img Dünya
2020-ci ilin ən bahalı brendlərinin TOP 10-luğu

2020-01-25 / 10:59:43
img Günün xəbərləri
Bakıda dəhşət: Avtobus və maşın toqquşdu, hər ikisi körpüdən aşdı - Yaralılar var

2020-01-25 / 10:52:26
img Manşet xəbərləri
Yerə potensial təhlükəli asteroid yaxınlaşır

2020-01-25 / 10:50:50
img Günün xəbərləri
Merkelin Türkiyədə verilən hədiyyəyə maraqlı reaksiyası - FOTO

2020-01-24 / 16:45:21
img Ölkə
ANAR: “AYB sədrliyinə namizədliyimi yenidən irəli sürəcəm”

2020-01-24 / 16:42:14
img Günün xəbərləri
BMT-dən həyacan təbili: Bütün ölkələr koronavirusa qarşı hazır olsun!

2020-01-24 / 16:41:05
img Cəmiyyət
“Əli və Nino”nun mübahisəli müəllifi olan AXC səfiri kimdir? - TARİX

2020-01-24 / 16:40:21
img Manşet xəbərləri
237 nəfər deputat olmaq istəyindən imtina etdi - RƏSMİ

2020-01-24 / 16:35:17
img Dünya
Bolqarıstan iki rusiyalı casusu deşifrə etdi

2020-01-24 / 16:32:10

Bütün xəbərlər