logo
RU

Ölkə

Avqust ayında hava necə olacaq? (PROQNOZ)

img




Avqust ayına olan hava proqnozu açıqlanıb.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynarinfo-ya verilən məlumata görə, avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir.  Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur. Birinci ongünlükdə ölkə ərazisində hava şəraitinin mülayim, əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağacağı gözlənilir. Abşeron yarımadasında şimal küləyi üstünlük təşkil edəcək. Bakıda və Abşeron yarımadasında Orta aylıq temperaturun 22-27 dərəcə isti (gecələr 20-25, gündüzlər 30-35 dərəcə isti, bəzi günlərdə 38 dərəcəyədək yüksələcəyi) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 6-8 mm) gözlənilir. Naxçıvan Muxtar Respublikasında Orta aylıq temperaturun 24-27 dərəcə isti (gecələr 18-23, gündüzlər 32-37, bəzi günlərdə 39-41 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 6-10 mm) gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında Orta aylıq temperaturun 17-20 dərəcə isti (gecələr 13-18, gündüzlər 21-26 dərəcə isti, bəzi günlərdə 29 dərəcəyə yüksələcəyi) gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı, bəzi yerlərdə isə bir qədər çox olacağı (32-55 mm) gözlənilir. Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında Orta aylıq temperaturun 23-25 dərəcə isti (gecələr 20-25, gündüzlər 30-35 dərəcə isti, bəzi günlərdə 38 dərəcəyə yüksələcəyi) gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı, bəzi yerlərdə isə bir qədər çox olacağı (15-27 mm) gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında Orta aylıq temperaturun 21-24 dərəcə isti (gecələr 17-22, gündüzlər 27-32, bəzi günlərdə 35-37 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı olacağı (norma 13-116 mm) gözlənilir. Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında Orta aylıq temperaturun 24-26 dərəcə isti (gecələr 22-27, gündüzlər 32-37, bəzi günlərdə 39-41 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 6-22 mm) gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında Orta aylıq temperaturun 22-25 dərəcə isti (gecələr 20-25, gündüzlər 30-35 dərəcə isti, bəzi günlərdə 37 dərəcəyə yüksələcəyi) gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 13-83 mm) gözlənilir.







Xəbər lenti

img Ölkə
Azərbaycanda orkestrin bədii rəhbəri rüşvətə görə həbs edildi

2020-07-08 / 15:27:17
img Günün xəbərləri
Azərbaycanın baş epidemioloqu istefa verdi

2020-07-08 / 14:07:39
img Qafqaz
Gürcüstanda koronavirusa yoluxanların sayı 960-ı ötdü

2020-07-08 / 10:45:03
img Günün xəbərləri
"Bu il Azərbaycanda gündəlik neft hasilatı 50-100 min barel azalacaq" - EIA

2020-07-08 / 10:44:06
img Hadisə
Bu ölkədə COVID-19-la bağlı məhdudiyyətlər iğtişaşlara YOL AÇDI

2020-07-08 / 10:41:39
img Dünya
Rusiyada Safronovu dəstəkləyən 20-dən çox jurnalist saxlanılıb

2020-07-08 / 10:40:19
img Günün xəbərləri
Türkiyədə müalicə olunan Vahid Əhmədovdan yeni xəbər var

2020-07-08 / 10:38:46
img Dünya
Jurnalistlər prezidenti məhkəməyə verəcək

2020-07-08 / 10:37:47
img Günün xəbərləri
Azərbaycanda daha 537 nəfər koronavirusa yoluxdu, 7 nəfər öldü

2020-07-07 / 19:14:32
img Günün xəbərləri
Bakıda koronavirusa ən çox yoluxma bu rayonlardadı...

2020-07-07 / 16:43:27
img Manşet xəbərləri
16 MİLYONLUQ KORRUPSIYA FAKTI İFŞA EDİLDİ - Zakir Qaralov himayə edirmiş...

2020-07-07 / 16:40:37
img Cəmiyyət
Miri Yusif xüsusi reyslə xaricə istirahətə getdi - FOTO

2020-07-07 / 16:35:29
img Cəmiyyət
Koronavirusa görə min nəfərə yaxın məhkum şərti azadlığa buraxıldı

2020-07-07 / 16:33:31
img Günün xəbərləri
Cənub küləyi əsəcək, temperatur 39 dərəcəyə yüksələcək

2020-07-07 / 16:31:57
img Ölkə
Azərbaycanda 16 milyonluq korrupsiya faktı: Vəzifəli şəxs həbs edildi - RƏSMİ

2020-07-07 / 16:31:21
img Sosial
Manat və dollar yeni günə bu MƏZƏNNƏ ilə başladı

2020-07-07 / 10:24:05
img Cəmiyyət
Koronavirusun uşaqlar üçün yeni fəsadları aşkarlandı - Diqqət!

2020-07-07 / 10:21:20
img Dünya
Hindistanda koronavirusa yoluxanların sayı 700 mini keçdi

2020-07-07 / 10:19:57
img Dünya
Britaniya 25 Rusiya vətəndaşına qarşı fərdi sanksiya tətbiq edib

2020-07-07 / 10:18:51
img Hadisə
Neft ucuzlaşıb

2020-07-07 / 10:09:12
img Günün xəbərləri
Anormal həyat tərzi ilə gündəmə gələn varlı balaları - səbəb...

2020-07-07 / 10:05:35
img Günün xəbərləri
Ağdərənin işğalından 27 il ötür

2020-07-07 / 10:04:10
img Manşet xəbərləri
Kamal Qılıcovun həyat yoldaşının mobil telefonundan Ermənistana zəng olunub?

2020-07-06 / 23:58:32
img Günün xəbərləri
190 manatın verilməsinə başlanıldı - BU QAYDALARLA VERİLƏCƏK

2020-07-06 / 18:38:47
img Günün xəbərləri
Bir neçə rayona yeni prokurorlar təyin olundu

2020-07-06 / 18:16:29

Bütün xəbərlər