logo
RU

Dünya

Donald Tramp Aya göndəriləcək yeni missiyaya şübhə ilə yanaşır

img




ABŞ Prezidenti Donald Tramp NASA-nın Aya göndərəcəyi yeni kosmik missiyaya şübhə ilə yanaşır.  Xezerxeber.az CNN telekanalının saytına istinadən xəbər verir ki, ilk insanın Ayın səthinə enməsinin 50 illiyi ilə əlaqədar Ağ evdə keçirilən görüşdə Birləşmiş Ştatların dövlət başçısı birbaşa Marsa uçmağın daha məqsədəuyğun olduğunu və Yerin təbii peykinə astronavt göndərilməsinin gərəksizliyini bildirib. Görüşdə Aya ilk missiyanın iştirakçıları Bazz Oldrin və Maykl Kollinz də iştirak ediblər. D.Tramp NASA-nın rəhbəri Ceymc Braydenstayna sualla müraciət edib: "Deyirlər ki, Marsa uçmaq üçün əvvəlcə Ayın səthinə enmək lazımdır. Birbaşa Marsa uçmaq olmazmı? Bu cür imkanlar mövcuddurmu?” Astronavt Malykl Kollinz bunun mümkün olduğunu deyib. NASA-nın rəhbəri isə Ayda qurulacaq stansiyanın Marsa uçuş üçün platforma olacağını izah edib. Bununla belə, Tramp görüşün digər iştirakçılarına müraciət edib: "Siz necə düşünürsünüz?” Kollinz Prezidentin haqlı olduğunu və birbaşa Marsa uçmağın məqsədəuyğunluğunu qeyd edib. Ona təşəkkür edən D.Tramp bildirib ki, bu işi ən yaxşı Aya uçan astronavtlar bilir. Lakin digər astronavt - Bazz Oldrin Prezidenti və Kollinzi səbirsiz insanlar adlandırıb. O, Prezident üçün gözlənilməz bəyanat da verib. Oldrin deyib ki, ABŞ-ın son 10-15 ildə bu sahədə fəaliyyəti qənaətbəxş deyil. "Amerikalılar deyirlər ki, ən yaxşı raketlər və kosmik gəmilər bizim ölkəmizə məxsusdur. Amma biz orbitə çıxa bilmirik və bu, hamımızda təəssüf doğurur, -deyə astronavt vurğulayıb. NASA-nın rəhbəri C.Braydenstayn Prezidentə "Artemida” adlı ABŞ-ın yeni Ay proqramının loqotipini təqdim edib. Bu emblem ilk insanın Ayın səthinə enməsinin 50 illiyi münasibətilə hazırlanıb və mavi, qırmızı, gümüşü rənglərdən ibarətdir. Bildirilib ki, üzərində "Artemida” yazılmış mavi aypara Yerin rəmzidir. Gümüşü rəng Yerin təbii peykinin, qırmızı isə Marsın simvoludur. Xatırladaq ki, Prezident Tramp astronavtların Aya və Marsa uçuşunu təşkil etmək üçün NASA-ya 1,6 milyard dollar vəsait ayırıb. Amerika missiyasının Ayın səthinə enməsi 2024-cü il, Marsa uçuş isə 2030-cu il üçün nəzərdə tutulur.







Xəbər lenti

img Dünya
Şimali Koreya Çinlə sərhədini bağlayır

2020-01-22 / 10:59:14
img Manşet xəbərləri
Azərbaycanda həbs edilən məşhur repçi azadlığa buraxıldı

2020-01-22 / 10:54:38
img Dünya
Çində koronavirusa yoluxanların sayı 440-a, ölənlərin sayı isə 9-a çatıb

2020-01-22 / 10:45:41
img Dünya
Livanda yeni hökumətə qarşı etiraz aksiyaları keçirilir

2020-01-22 / 10:41:25
img Hadisə
“Toyota” 3,4 milyon avtomobilini geri çağırır

2020-01-22 / 10:37:16
img Dünya
Rusiyada yeni hökumətin tərkibi müəyyənləşib

2020-01-22 / 10:35:05
img Dünya
Yanvarın 22-də valyuta məzənnəsi

2020-01-22 / 10:33:27
img Manşet xəbərləri
Qışın anomal isti keçməsinin səbəbi nədir: Sinoptik açıqladı

2020-01-21 / 17:36:16
img Dünya
Krivonos: “Ukrayna Donbası silah gücünə qaytara bilər...”

2020-01-21 / 17:34:57
img Dünya
Fərhad Əhmədovdan 600 milyon istəyən xanımı oğlunu məhkəməyə verdi

2020-01-21 / 17:32:59
img Günün xəbərləri
Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılır

2020-01-21 / 17:28:25
img Cəmiyyət
Bakılı milyarder xanımın sərvəti dünya gündəmində

2020-01-21 / 17:24:17
img Günün xəbərləri
Sabah Senat Trampın impiçment məsələsinə baxmağa başlayır

2020-01-21 / 17:22:32
img Manşet xəbərləri
İran Ukrayna təyyarəsini vurması ilə bağlı hesabatı yaydı

2020-01-21 / 10:35:15
img Cəmiyyət
Dünyanın ən uzunsaçlı qızı Ginnesin rekordlar kitabına düşdü

2020-01-21 / 10:32:53
img Dünya
ABŞ-ın İrana qəzəbinin səbəbi açıqlandı

2020-01-21 / 10:32:01
img Hadisə
Bakıda qadın əri tərəfindən vəhşicəsinə döyüldü

2020-01-21 / 10:29:44
img Dünya
Ən çox istifadə edilən mesajlaşma tətbiqləri açıqlandı

2020-01-21 / 10:27:30
img Dünya
İŞİD-in yeni lideri bəlli oldu

2020-01-21 / 10:24:48
img Dünya
Haftarla bir stol arxasına oturmaram - Ərdoğan

2020-01-20 / 18:54:12
img Dünya
Çində robotlaşdırılmış restoran açıldı

2020-01-20 / 18:52:02
img Hadisə
"Fitch" Azərbaycan üzrə reytinqi təsdiqləyib

2020-01-20 / 18:50:18
img Dünya
BBC-nin baş direktoru istefaya gedir

2020-01-20 / 18:48:59
img Günün xəbərləri
DİN-dən Zirəddinə cavab: "Bu dediklərini yəqin yuxuda görüb"

2020-01-20 / 18:41:41
img Günün xəbərləri
Siqaret çəkən futbolçular Azərbaycan millisindən qovuldu

2020-01-20 / 15:34:05

Bütün xəbərlər