logo
RU

Manşet xəbərləri

Mədəniyyət Nazirliyi: “Keşikçidağ” kompleksi Azərbaycanın dövlət tarix-mədəniyyət qoruğudur

img




“Keşikçidağ” mağara-məbədlər kompleksi Azərbaycanın dövlət tarix-mədəniyyət qoruğudur. Bunu "Report"un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildiriblər. Qeyd olunub ki, kompleks Azərbaycanla Gürcüstan sərhəd zolağı boyunca 25 km-dək uzanaraq böyük bir ərazini əhatə edir: "Ağstafa rayonunun mərkəzindən 75 km məsafədə, sonuncu yaşayış məntəqəsindən 28 km şimal-şərq istiqamətində yerləşir. Mağaralar kompleksi dəniz səviyyəsindən 750-950 metr hündürlükdə dağların cənub və cənub-şərq tərəfindəki sıldırım qayalıqları əhatə edir. Qoruq ərazisində 70-ə qədər, yaşı iki min ilə gedib çıxan təbii və süni mağaralar var. Mağaralar kompleksində Qafqaz Albaniyası zamanı keçilməz qayalıqlarda inşa edilmiş 11 metr hündürlüyündə üçmərtəbəli qala, bir-birindən 1500 metr aralıda yerləşən və yerli daş materiallardan inşa olunmuş iki alban məbədi, tarixi atəşpərəstlik çağının yadigarı olan yerli əhali arasında suyu şəfaverici bulaq kimi istifadə edilən “Qüdrət bulağı” adlı inanc yeri var. Mağaralardan 3 km cənubda Son Tunc-Erkən Dəmir dövrünə aid 100-ə yaxın kurqan aşkarlanıb. Prezident İlham Əliyevin 19 dekabr 2007-ci il tarixli sərəncamı ilə Ağstafa rayonun ərazisində Keşikçidağ silsiləsinin bir hissəsini əhatə edən mağaralar kompleksi Azərbaycan Respublikasının “Keşikçidağ” dövlət tarix-mədəniyyət qoruğu elan edilib.

Keşikçidağ mağara-məbədlər kompleksi qoruq kimi fəaliyyətə başladığı ilk gündən Mədəniyyət Nazirliyi elmi araşdırmaların aparılması üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya, Memarlıq və İncəsənət, Tarix institutları ilə əməkdaşlıq edir". Nazirlikdən bildirilib ki, qoruğun tanıdılması və ziyarətçilərin rahatlığını təmin etmək məqsədi ilə bir sıra işlər həyata keçirilib: "Turistlərin qoruğa gedişini asanlaşdırmaq məqsədi ilə yol istiqamət nişanları basdırılıb, abidə haqqında qısa məlumatlar olan yeni lövhələr qoyulub. “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu haqqında “Qədim yurdun daş kitabəsi” adlı sənədli film çəkilib. Bundan əlavə 2018-ci ildə “Virtual Keşikçidağ” adlı panoramik turun çəkilişləri istifadəyə verilərək qoruğun veb saytında yerləşdirilib".







Xəbər lenti

img Dünya
Şimali Koreya Çinlə sərhədini bağlayır

2020-01-22 / 10:59:14
img Manşet xəbərləri
Azərbaycanda həbs edilən məşhur repçi azadlığa buraxıldı

2020-01-22 / 10:54:38
img Dünya
Çində koronavirusa yoluxanların sayı 440-a, ölənlərin sayı isə 9-a çatıb

2020-01-22 / 10:45:41
img Dünya
Livanda yeni hökumətə qarşı etiraz aksiyaları keçirilir

2020-01-22 / 10:41:25
img Hadisə
“Toyota” 3,4 milyon avtomobilini geri çağırır

2020-01-22 / 10:37:16
img Dünya
Rusiyada yeni hökumətin tərkibi müəyyənləşib

2020-01-22 / 10:35:05
img Dünya
Yanvarın 22-də valyuta məzənnəsi

2020-01-22 / 10:33:27
img Manşet xəbərləri
Qışın anomal isti keçməsinin səbəbi nədir: Sinoptik açıqladı

2020-01-21 / 17:36:16
img Dünya
Krivonos: “Ukrayna Donbası silah gücünə qaytara bilər...”

2020-01-21 / 17:34:57
img Dünya
Fərhad Əhmədovdan 600 milyon istəyən xanımı oğlunu məhkəməyə verdi

2020-01-21 / 17:32:59
img Günün xəbərləri
Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılır

2020-01-21 / 17:28:25
img Cəmiyyət
Bakılı milyarder xanımın sərvəti dünya gündəmində

2020-01-21 / 17:24:17
img Günün xəbərləri
Sabah Senat Trampın impiçment məsələsinə baxmağa başlayır

2020-01-21 / 17:22:32
img Manşet xəbərləri
İran Ukrayna təyyarəsini vurması ilə bağlı hesabatı yaydı

2020-01-21 / 10:35:15
img Cəmiyyət
Dünyanın ən uzunsaçlı qızı Ginnesin rekordlar kitabına düşdü

2020-01-21 / 10:32:53
img Dünya
ABŞ-ın İrana qəzəbinin səbəbi açıqlandı

2020-01-21 / 10:32:01
img Hadisə
Bakıda qadın əri tərəfindən vəhşicəsinə döyüldü

2020-01-21 / 10:29:44
img Dünya
Ən çox istifadə edilən mesajlaşma tətbiqləri açıqlandı

2020-01-21 / 10:27:30
img Dünya
İŞİD-in yeni lideri bəlli oldu

2020-01-21 / 10:24:48
img Dünya
Haftarla bir stol arxasına oturmaram - Ərdoğan

2020-01-20 / 18:54:12
img Dünya
Çində robotlaşdırılmış restoran açıldı

2020-01-20 / 18:52:02
img Hadisə
"Fitch" Azərbaycan üzrə reytinqi təsdiqləyib

2020-01-20 / 18:50:18
img Dünya
BBC-nin baş direktoru istefaya gedir

2020-01-20 / 18:48:59
img Günün xəbərləri
DİN-dən Zirəddinə cavab: "Bu dediklərini yəqin yuxuda görüb"

2020-01-20 / 18:41:41
img Günün xəbərləri
Siqaret çəkən futbolçular Azərbaycan millisindən qovuldu

2020-01-20 / 15:34:05

Bütün xəbərlər