logo
RU

Günün xəbərləri

Azərbaycanda su ehtiyatları azalır, Qanıx-Əyriçay vadisində bulaqlar kütləvi surətdə quruyur

img




“Azərbaycanda bəzi çaylarda su ehtiyatlarının azalması müşahidə edilir”. Bunu APA-ya açıqlamasında AMEA-nın Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov deyib. O bildirib ki, son zamanlar çiləmə üsulu ilə, yəni müasir metodlarla suvarmaya daha çox meyl edilir: “Çünki sular azalır. Əgər belə etməsək, bizə su çatmaz. Bəzi göllərimiz quruyur. Bu, problemdir. Qanıx-Əyriçay vadisində bulaqların kütləvi surətdə quruması müşahidə edilir. Bunlar hamısı su ehtiyatlarına qarşı ciddi mübarizə tədbirlərinin aparılmasını və suya qənaət edilməsini vacib edir. Biləsuvar, Cəlilabad, Qax və Şəkinin Acınohur hissəsində su ehtiyatları azalır. Son zamanlar Ağstafa, Tovuz rayonunun Ceyrançöl ərazisində yaşayan əhalinin suya tələbatları çoxalıb". M.İsmayılov qeyd edib ki, Kür çayı və kanal sahillərini çıxmaqla, əksər rayonlarda su problem olaraq qalır: “Son zamanlar müəyyən tədbirlər görülsə də, iqlimdə gedən istiləşmə suya tələbatı artırır. Bu da su ehtiyatlarına münasibəti dəyişməyi tələb edir”. Şöbə müdiri bildirib ki, Bakının əhalisi çoxaldıqca yeni su mənbələrinin tapılması, paytaxta gətirilməsi lazımdır: "Bakıda suya olan tələbat gətirilmə su hesabına ödənilir. Yəni Şollar, Bakı, Oğuz-Qəbələ-Bakı, Kür-Bakı su kəmərləri və kanalların hesabına Bakı və Abşeronun suya olan tələbatı ödənilir. Davamlı suya tələbatın ödənilməsi üçün tədbirlər həyata keçirilməlidir". M.İsmayılov qeyd edib ki, Mingəçevir su anbarından Bakıya su gətirmək olar: “Şollar-Bakı su kəmərində yeni qolların yaradılmasına ehtiyac var. Suvarma məqsədilə Abşeron yarımadasında da suya ehtiyac duyulur. İçməli sulardan suvarma məqsədilə istifadə edilməsi Bakının hazırda mühüm su problemidir. Bunun qarşısını almaq, suvarma suları ilə Abşeron yarımadasını təmin etmək lazımdır. Düzdür, Samur-Abşeron kanalı var, amma mövcud problemi tam ödəyə bilmir”.







Xəbər lenti

img Ölkə
Bazar gününə olan hava proqnozu

2019-08-24 / 16:54:01
img Dünya
Kosmosda ilk cinayət törədildi

2019-08-24 / 16:52:38
img Ölkə
Millimizin heyəti açıqlandı

2019-08-24 / 16:51:17
img Dünya
Abel Məhərrəmovun kürəkəni vəfat etdi

2019-08-24 / 16:49:30
img Cəmiyyət
Şeybani xanın Şah İsmayıla məktubu, Səfəvilərin Mərv zəfərinin sirri

2019-08-24 / 16:39:45
img Dünya
Makron: Demokratiya dəbdən düşüb, kapitalizm isə dəli olub

2019-08-24 / 12:32:32
img Hadisə
90-cı illərin məşhur film tərcüməçisi vəfat edib

2019-08-24 / 12:29:07
img Manşet xəbərləri
Tramp: G7 sammiti vaxt itkisidir

2019-08-24 / 12:27:47
img Dünya
Messinin Neymara görə qanı qaralıb

2019-08-24 / 12:25:40
img Cəmiyyət
Pəhrizsiz arıqlamağın sadə yolu

2019-08-24 / 12:20:15
img Günün xəbərləri
"Qarabağ"a 20 min avroluq cərimə

2019-08-24 / 12:18:13
img Manşet xəbərləri
Yoluxucu xəstəliklərin saglam insanlara kecməyəcəyinə kim zəmanət verə bilər?

2019-08-23 / 23:57:05
img Manşet xəbərləri
“Məni şərləyərək həbs ediblər”-Məhkum prezidentə müraciət edir

2019-08-23 / 17:54:02
img Manşet xəbərləri
Zelenski Belarusdan kömək istədi - Lukaşenko

2019-08-23 / 15:59:48
img Dünya
ABŞ boksçusu ilə döyüşdən sonra ölən Maksim Dadaşov qızıl medala layiq görülüb

2019-08-23 / 15:52:32
img Dünya
Başına böyük məbləğdə pul qoyulmuş PKK terrorçusu məhv olundu - Foto

2019-08-23 / 15:49:02
img Dünya
Zaxarovadan "Ləzginka" rəqsi -VİDEO

2019-08-23 / 15:46:06
img Günün xəbərləri
9 yaşlı övladını zəncirləyən anadan XƏBƏR VAR - Valideynin problemi var, cinayət işi açıldı – VİDEO

2019-08-23 / 15:42:59
img Dünya
İki ağızlı balıq tutuldu

2019-08-23 / 11:51:49
img Hadisə
“İnterpol”un axtardığı Almaniya vətəndaşı Azərbaycanda tutulub

2019-08-23 / 11:48:24
img Günün xəbərləri
Ermənistan ordusu atəşkəs rejimini 21 dəfə pozub

2019-08-23 / 11:46:33
img Dünya
Consonun Makrona qarşı hörmətsizliyi müzakirələrə səbəb olub – Video

2019-08-23 / 11:39:27
img Dünya
Aleksey Navalnıy azadlığa buraxılıb

2019-08-23 / 11:21:15
img Dünya
Qadınlar üçün dəhşətli ölkə: Ağlasığmaz 10 qadağa

2019-08-23 / 11:18:54
img Dünya
İran filmi “Oskar”a təqdim olunacaq

2019-08-23 / 11:17:10

Bütün xəbərlər