logo
RU

Manşet xəbərləri

“Dəniz və hasar” problemi nə vaxt çözüləcək?

img




Yay fəslinin Azərbaycanda illərdir ki, gündəmə dönə-dönə qaytardığı mövzulardan biri də “Dəniz və hasar” problemidir

İllərdir ki, Abşeron yarımadasının Xəzərlə sərhədləri boyunca 5-6 metr hündürlükdə, bir neçə kilometrlik hasarlar çəkilib və bu gün proses davam edir. Dövlət qurumlarının, parlamentdən ayrı-ayrı deputatların çağırışları da kara gəlmir – hasarlar qalır, hasarlanma davam edir. Xəzərin hasarlanması problemi parlamentdə ötən il müzakirə mövzusu olmuşdu və millət vəkili, xalq artisti Zeynəb Xanlarova dəniz kənarındakı villa sahiblərinin hasarlarını dənizin ortasınadək uzatdıqlarından danışmış, tədbir görülməsini istəmişdi. 2019-cu ilin yayı da başlayar-başlamaz mövzu yenidən aktuallaşıb. Əmlak Məsələləri Dövlət Komitəsi Xəzər dənizinin 20-50 metrlik sahilboyu torpaqlarının mühafizəsi ilə bağlı nəzarəti daha da gücləndirməsi haqda məlumat yayıb. Komitə bununla əlaqədar olaraq Xəzər dənizinin Bakı şəhərinin Qaradağ, Xəzər, Suraxanı, Binəqədi rayonları, eləcə də Sumqayıt şəhərinin ərazisində olan zonalarında monitorinq qrupları yaradılıb:

“Aparılan monitorinq zamanı Xəzər dənizinin sahilboyu mühafizə zolağı torpaqlarından qanunsuz istifadə halları aşkarlanır. Xəzər dənizinin mühafizə zolağına aid ərazilərini qeyri-qanuni istifadə edən torpaq mülkiyyətçiləri barədə İnzibati Xətalar Məcəlləsinin 248-ci maddəsinə əsasən inzibati protokollar tərtib edilir. Hazırki dövrədək İnzibati Xətalar Məcəlləsinə əsasən təqsirkar şəxslər barədə 80 halla bağlı protokol tətbiq edilib, torpaq sahəsinin zəbt olunması ilə bağlı Cinayət Məcəlləsinin 188-ci maddəsinin əsasən 76 hal barəsində Daxili İşlər Nazirliyinə müraciətlər göndərilib, 39 işlə bağlı məhkəmələrdə iddia qaldırılıb. Qanunla 20-50 metr zolaqda hər hansı tikintinin aparılması üçün xüsusi razılıq olmalıdır. Dəniz sahilinin hasarlama və ya digər üsullarla bağlanılması yolverilməzdir. Hasarlama işləri yalnız qəfəsəli olmaqla uzunluğu 200 metrdən artıq olmamalıdır və hər 200 metrdən sonra dəniz sahilinə 6 metr enində gediş-gəliş yolu saxlanılmalıdır. Xəzər dənizinin (gölünün) Azərbaycana məxsus olan bölməsinin sahilboyu 20-50 metrlik zolağına aid olan torpaq sahələri ilə bağlı tələblərin pozulmasına görə fiziki, vəzifəli və hüquqi şəxslər müvafiq olaraq 4 min manat, 8 min manat və 40 min manat cərimələnir. Həmçinin Cinayət Məcəlləsində Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlara münasibətdə vəzifəli şəxslər 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulub. Bu hallar torpaq qanunvericiliyinin ciddi şəkildə pozulmasına səbəb olmaqla yanaşı, vətəndaşların Xəzər sahilində istirahət hüququnu da məhdudlaşdırır, bəzən tamamilə mümkünsüz edir. Eyni zamanda sahilboyu ərazilərin qanunsuz olaraq hasarlanması həmin yerin panoramik görünüşünü pozur. Bu isə turizm baxımından mənfi fəsadlara gətirib çıxarır.

xəzəri hasarlamaq ile ilgili görsel sonucu

Xəzər dənizinin sahilboyu torpaqlarının mühafizəsi ilə bağlı monitorinqlər davam etdiriləcək. ƏMDK vətəndaşları torpaq istifadəçiliyi ilə bağlı qanunvericiliyin tələblərinə əməl etməyə çağırır”.

Hazırda Xəzər dənizində səviyyə dəyişmələri baş verir. Aparılmış təhlillərə görə, hazırda səviyyə 1 metrdən çox aşağı düşüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə bildirib. R.Səttarzadə hesab edir ki, dəniz səviyyəsinin dəyişməsində başlıca amil iqlimi hesab olunur: “Xəzərin su balansının əsasını təşkil edən çayların hövzələrində baş verən iqlim, dəniz səthindən buxarlanma və s. faktorlar dənizdə səviyyənin artıb-azalmasına təsir göstərir”, şöbə müdiri qeyd edib.

Onun sözlərinə görə, 1977-ci ildə dənizin səviyyəsi XX əsrdə müşahidə olunmuş ən aşağı həddə qədər azalıb: “Sonradan qısa dövr ərzində (1977-1995-ci illər) 2,5 metr artıb və sonrakı illərdə yenidən azalma müşahidə olunmağa başlayıb”.

Azərbaycanda 2003-cü il yanvarın 13-də Xəzər sahillərində şəxsi evlərin və obyektlərin tikintisini qadağan edən “Azərbaycan Respublikasında Xəzər dənizi sahillərindən istifadəyə dair bir sıra tədbirlər haqqında” sərəncam imzalanıb. Sərəncama əsasən, Nazirlər Kabineti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Bakı və Sumqayıt şəhərlərinin icra hakimiyyətləri, habelə Abşeron, Siyəzən, Dəvəçi, Xaçmaz, Xızı, Neftçala, Salyan, Lənkəran, Masallı, Astara rayon icra hakimiyyətləri Xəzər dənizi sahillərində 130 metrlik məsafədə tikilən obyektləri sökməli idilər.

2003-cü il avqustun 4-də isə Azərbaycan prezidenti “Azərbaycan Respublikasında Torpaq Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsini imzalamışdı. Hələ də qüvvədə olan həmin qanuna görə, Xəzər dənizinin sahillərinin 80-130 metrliyi dövlətə məxsusdur. Deməli, həmin ərazi satıla və özəlləşdirilə bilməz. Sonradan dəniz sahilində tikililər üçün normativ 30 metr təyin edildi. Hazırda 30 metrlik normativ də pozulub, bir çox rayonların ərazisində dəniz sahilinə, çimərliklərə gediş-gəliş son dərəcə məhdudlaşdırılıb. Vətəndaşların dəniz sahilinə çatımlılığı problemi açıq olaraq qalır.


Musavat.com 







Xəbər lenti

img Ölkə
"SƏHİYYƏNİN DÜZƏLMƏSİNİ İSTƏYƏNLƏR MƏNƏ SƏS VERSİNLƏR..." - "Azərbaycanın sərvətləri xalqa məxsus olmalıdır!"

2020-01-18 / 19:26:42
img Cəmiyyət
Dəvə ilə səyahətə çıxan turist Gəncəyə çatıb - Foto

2020-01-18 / 19:24:05
img Dünya
ABŞ-dan Rusiyanı qıcıqlandıracaq kəşfiyyat uçuşu

2020-01-18 / 19:22:36
img Sosial
Azyaşlı qızlarına işgəncə verdilər

2020-01-18 / 19:03:17
img Ölkə
İşsizlər üçün FÜRSƏT: Bu ölkə Azərbaycandan işçi istədi

2020-01-18 / 19:02:04
img Günün xəbərləri
Azərbaycanda 5 vəzifəli şəxs işdən çıxarıldı

2020-01-18 / 19:00:31
img Manşet xəbərləri
Qeyri-millətlərdən olan deputatlığa namizədlər...

2020-01-18 / 16:27:29
img Günün xəbərləri
ABŞ etiraf etdi: “Rusiyaya çata bilmirik”

2020-01-18 / 16:14:54
img Cəmiyyət
Dünyaca məşhur futbolçu sui-qəsddə ittiham olunur

2020-01-18 / 16:13:44
img Dünya
Alimlər mübahisələrə son qoydu: Onları asteroid yoxsa vulkanlar məhv etdi?

2020-01-18 / 16:12:32
img Hadisə
10 dərəcə isti olacaq

2020-01-18 / 16:10:21
img Ölkə
Dövlət Komitəsi Suraxanıda uşaq evində azyaşlının döyülməsi faktını nəzarətə götürdü

2020-01-18 / 16:09:16
img Günün xəbərləri
Uşaqlara nə qədər xərclik verilməlidir? - Psixoloq məsləhəti

2020-01-18 / 16:07:51
img Dünya
Hindistanda xoruz tamaşaçını bıçaqlayıb, öldürdü Hindistanda xoruz tamaşaçını bıçaqlayıb, öldürdü

2020-01-18 / 16:01:55
img Dünya
Evdəqalma vergisinin tarixi: Osmanlıda subaylardan və evlilərdən yığılan vergilər - FOTOLAR

2020-01-18 / 15:51:36
img Manşet xəbərləri
İran şahının oğlu Rza Pəhləvi: "İrandakı etirazlar atamı devirmiş üsyanı xatırladır"

2020-01-18 / 15:42:03
img Manşet xəbərləri
AŞPA Azərbaycanda siyasi məhbuslar məsələsinə baxacaq

2020-01-17 / 23:22:04
img Dünya
İmamoğlu onlar üçün gediş haqqını ləğv etdi

2020-01-17 / 17:20:32
img Dünya
“Avon” heyvanlardan imtina etdi

2020-01-17 / 17:19:08
img Ölkə
“Sovetski”də söküntü işləri dayandırıldı

2020-01-17 / 17:17:35
img Günün xəbərləri
Nazir Kamran Əliyevi əvvəlki vəzifəsinə qaytardı

2020-01-17 / 17:14:40
img Cəmiyyət
“Bəzi oyunçular da karyerasını bitirəndən sonra Azərbaycanda futbol yoxa çıxacaq”

2020-01-17 / 17:10:10
img Günün xəbərləri
Ali Məhkəmə generalın şikayətini təmin etdi

2020-01-17 / 17:08:35
img Günün xəbərləri
Yunanıstan Türkiyənin Liviya ilə bağlı planlarını bloklamaq istəyir

2020-01-17 / 17:07:02
img Cəmiyyət
Hansı qan qrupu hansı xərçəng növünün riskini artırır?

2020-01-17 / 12:25:47

Bütün xəbərlər