logo
RU

Ölkə

Roberto Bordin: "Ulduz xəstəliyinə tutulsa, onu tez sağaldarıq"

img




"Çətin oyun olacağını bilirdik. Futbolçularıma tapşırmışdım ki, rəqibə yuxarıdan aşağı baxmasınlar". Qaynarinfo xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin Bakıda Moldovanın "Sperantsa" klubunu 6:0 hesabı ilə məğlub etdikləri Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra deyib. İtaliyalı mütəxəssis "Bakcell Arena"da təşkil olunan mətbuat konfransında bildirib ki, görüşün əvvəlində çətinlik çəkiblər: "Bu cür nəticədən sonra bəziləri düşünə bilər ki, asan qələbə qazandıq. Bu, heç də belə deyil. Oyunun əvvəli istədiyimiz kimi getmirdi. Buna baxmayaraq, futbolçularımın oyuna yanaşması yaxşı oldu və gözəl qələbə qazandıq. Bu qələbə bütün komandanındı. Hamı gözəl oyun nümayiş etdirdi. Hamı özünü yaxşı göstərdi. İsmayıl Zülfüqarlının oyununu da yaxşı qiymətləndirirəm. Mübarizəyə yaxşı qoşuldu. İkinci oyununu keçirdi. Qol vurmasını hədiyyə hesab edirəm. Ulduz xəstəliyinə tutulsa, onu tez sağaldarıq. Belə bir şeyin olacağına inanmıram. Verdiyimiz şansdan düzgün istifadə etməlidi. Öz üzərində çox çalışmalıdı. Hücumçumuz Rauf Əliyevin iki oyunda 9 qoldan heç birini vurmamağı bizim üçün pis siqnal deyil. O, komanda üçün faydalı oyandı. Oyunçunun komandaya xeyri çox önəmlidi. Bəzi neqativ halları növbəti matça qədər düzəltməliyik".   Bordin "Bu, Azərbaycan klublarının avrokuboklar tarixində ən böyükhesablı qələbəsi oldu. Bu gün nədənsə narazı qaldınız" sualına belə cavab verib: "Sevinirəm ki, Azərbaycanın futbol tarixinə düşdük. Razı qalmadığım amil oyunçular arasında əlaqənin istənilən səviyyədə olmaması və topu tez itirməyimiz idi".







Xəbər lenti

img Ölkə
"SƏHİYYƏNİN DÜZƏLMƏSİNİ İSTƏYƏNLƏR MƏNƏ SƏS VERSİNLƏR..." - "Azərbaycanın sərvətləri xalqa məxsus olmalıdır!"

2020-01-18 / 19:26:42
img Cəmiyyət
Dəvə ilə səyahətə çıxan turist Gəncəyə çatıb - Foto

2020-01-18 / 19:24:05
img Dünya
ABŞ-dan Rusiyanı qıcıqlandıracaq kəşfiyyat uçuşu

2020-01-18 / 19:22:36
img Sosial
Azyaşlı qızlarına işgəncə verdilər

2020-01-18 / 19:03:17
img Ölkə
İşsizlər üçün FÜRSƏT: Bu ölkə Azərbaycandan işçi istədi

2020-01-18 / 19:02:04
img Günün xəbərləri
Azərbaycanda 5 vəzifəli şəxs işdən çıxarıldı

2020-01-18 / 19:00:31
img Manşet xəbərləri
Qeyri-millətlərdən olan deputatlığa namizədlər...

2020-01-18 / 16:27:29
img Günün xəbərləri
ABŞ etiraf etdi: “Rusiyaya çata bilmirik”

2020-01-18 / 16:14:54
img Cəmiyyət
Dünyaca məşhur futbolçu sui-qəsddə ittiham olunur

2020-01-18 / 16:13:44
img Dünya
Alimlər mübahisələrə son qoydu: Onları asteroid yoxsa vulkanlar məhv etdi?

2020-01-18 / 16:12:32
img Hadisə
10 dərəcə isti olacaq

2020-01-18 / 16:10:21
img Ölkə
Dövlət Komitəsi Suraxanıda uşaq evində azyaşlının döyülməsi faktını nəzarətə götürdü

2020-01-18 / 16:09:16
img Günün xəbərləri
Uşaqlara nə qədər xərclik verilməlidir? - Psixoloq məsləhəti

2020-01-18 / 16:07:51
img Dünya
Hindistanda xoruz tamaşaçını bıçaqlayıb, öldürdü Hindistanda xoruz tamaşaçını bıçaqlayıb, öldürdü

2020-01-18 / 16:01:55
img Dünya
Evdəqalma vergisinin tarixi: Osmanlıda subaylardan və evlilərdən yığılan vergilər - FOTOLAR

2020-01-18 / 15:51:36
img Manşet xəbərləri
İran şahının oğlu Rza Pəhləvi: "İrandakı etirazlar atamı devirmiş üsyanı xatırladır"

2020-01-18 / 15:42:03
img Manşet xəbərləri
AŞPA Azərbaycanda siyasi məhbuslar məsələsinə baxacaq

2020-01-17 / 23:22:04
img Dünya
İmamoğlu onlar üçün gediş haqqını ləğv etdi

2020-01-17 / 17:20:32
img Dünya
“Avon” heyvanlardan imtina etdi

2020-01-17 / 17:19:08
img Ölkə
“Sovetski”də söküntü işləri dayandırıldı

2020-01-17 / 17:17:35
img Günün xəbərləri
Nazir Kamran Əliyevi əvvəlki vəzifəsinə qaytardı

2020-01-17 / 17:14:40
img Cəmiyyət
“Bəzi oyunçular da karyerasını bitirəndən sonra Azərbaycanda futbol yoxa çıxacaq”

2020-01-17 / 17:10:10
img Günün xəbərləri
Ali Məhkəmə generalın şikayətini təmin etdi

2020-01-17 / 17:08:35
img Günün xəbərləri
Yunanıstan Türkiyənin Liviya ilə bağlı planlarını bloklamaq istəyir

2020-01-17 / 17:07:02
img Cəmiyyət
Hansı qan qrupu hansı xərçəng növünün riskini artırır?

2020-01-17 / 12:25:47

Bütün xəbərlər