logo
RU

Manşet xəbərləri

Ədalətsiz yerə həbs həyatı yaşayan jurnalist Mahmud Rasimoğlunun ad günüdür

img




Bu gün jurnalist, “Qafqaz Xəbər Agentliyi”nin rəhbəri Mahmud Rasimoğlunun ad günüdür. Ancaq çox  əfsuslar olsun ki, bir çox uğurlara imza atan agentliyin rəhbəri olan jurnalist artıq 2-ci ildir ki,ad gününü sevdiklərinin əhatəsində keçirə bilmir. Bir neçə saytın baş redaktoru olan,çoxsaylı köşə yazıları ilə oxucuların rəğbətini qazanan,  “Qafqaz Region” İctimai Birliyinin sədri Mahmud Rasimoğlu 3 iyul 2018 tarixində şərlənərək  BMCMİ-nin əməkdaşları  tərəfindən  həbs olunub.Bu gün o azadlıqda  olub cəmiyyətə  fayda verməli ikən həbsaxana həyatı yaşayır, amma həqiqətən yeri həbsaxana olanlar, onu həbsə saldıranlar azadlıqda  öz qanunsuz əməllərini rahatca davam edir. Hökmdən jurnalistin müdafiəçiləri tərəfindən apellyasiya şikayəti verilmişdir. Ona verilən hökm özbaşınalığın məhsuludur  . Belə ki, qərar cinayət mühakimə icraatının vəzifə ,prinsip və şərtlərinə ziddir,falsifkasiyalara,saxtalıqlara ,uydurma fikir  və fantaziyalara məntiqi cəhətdən əsassız ehtimallara yol,verilməz sübutlara əsaslanıb ,müdafiə hüququnun ,insan və vətandaşların digər konstitusion hüquq və azadlıqlarının kobud pozulması ilə cıxarılıb. Bu qərar bir daha onu göstərir ki, Mahmud Rasimoğlunun (Tağıyevin)  cinayət təqibi şəxsi sifariş qaydasında həyata keçirilib və məhkəmə bunda bilavasitə iştirak edib.  Mahmud Tağıyev general Kamal Qılıcovun sifarişi ilə həbs olunub. Cinayət işində Toğrul Tağıyevin şantaj edilməsi barədə sübut olmadığı üçün, istintaq orqanı işə digər şəxslərlə bağlı epizodlar da əlavə edib.Bu da Mahmud Rasimoğlu barəsində sifarişli qərar çıxarılmasının  daha bir sübutudur. Təsəvvür edin ki,Togrul Tagıyev qərardan apellyasiya şikayəti verib  və şikayətində jurnalistə 15 il cəza verilməsini  istəyib ki ,bu artıq qarşı tərəfin nə qədər haqsız və  hansı insani keyfiyyətlərə sahib olmasından xəbər verir. Jurnalistin hökmü sifarişli olduğundan onun apellyasiya şikayətinin  təmin olunmaması heç də təəcüblü deyil.Ancaq Mahmud Rasimoğlunun hüquqları uğrunda mübarizə təbii ki,sona qədər davam etdiriləcək. M.Rasimoğlu əmindir ki, o məhz peşə fəaliyyətinə- jurnalist fəaliyyətinə görə həbs olunub.Sadəcə onun müstəqil jurnalist kimi apardığı araşdırmalar bəzi məmurların xoşuna gəlməyib və onlar vəzifə səlahiyyətlərindən sui-istifadə edərək  onun həbsinə, “qərar” veriblər. Amma dünyada bir ədalət  anlamı var.Və güclü insanlarda o heç vaxt ölmür. Təbii ki,haqq-ədalət öz yerini gec-tez tutacaq və Mahmud Rasimoğluna qarşı edilən bu haqsızlıqlar cəzasız qalmayacaq,jurnalist azadlığa çıxacaq və çox güman ki,bəraət də alacaq. Şərlənərək absurd ittiham əsasında həbs edillən jurnalist uzun neçə illərdir jurnalist fəaliyyəti ilə məşğul olub.Həyətda çox səmimi insan  ,gözəl ailə başçısı olan ,hər bir sahədə öz işinə çox məsuliyyətlə yanaşan Mahmud Rasimoğlu cəmiyyətin aktiv nümayəndəsi olaraq o öz fəaiyyətində dövlətçiliyi , obyektliyi  əsas götürüb , məmur özbaşınalığı kimi neqativ halları  mətbuatda tənqid edib.Onun  rəhbərlik etdiyi  agentliyin fəaliyyəti əsasən vətəndaşların sosial problemlərini ictimailəşdirməkdən və onların həllinə nail olmaqdan ibarət olub.Amma  onun özünün bu gün cəmiyyətin müdafiəsinə ehtiyacı var.Onun buna haqqı da var.Çünki o daima mətbuat vasitəsilə cəmiyyətin müdafiəsinə qalxıb. O ixtisasca hüquqşünas olsa da az bir vaxtda ölkə medaisında söz sahibi olan xəbər agentliyini yarada bilib. Təsis edilən gündən onun rəhbərliyi  ilə Qafqaz Xəbər Agentliyi ölkənin  elektron  mətbuatında   öz mövqeyini ortaya qoymağı bacarmışdır.  Agentliyin saytları özünəməxsus  dəsti-xətti ilə seçilərək  həqiqi müstəqilliyi ilə digər xəbər portallarından fərqlənə bilmiş  və bir çox mühüm məsələləri işıqlandıraraq gündəmə gətirmişdir. Düzdür ,ölkə ictimaiyyətini narahat edən   məsələlərə görə baş redaktor Mahmud Rasimoğlu dəfələrlə təyziqlərə məruz qalmışdır.Amma sonda Mahmud Rasimoğlu günahsız olduğuna görə yenə də vqalib gəlmişdir. Mahmud  Rasimoğlu deyir ki,o  8 il əvvəl bu sənəti seçəndə bilirdi ki, nə vaxtsa hansısa məmurun fəaliyyətində tapılan nöqsanlar barədə araşdırma aparanda  həbs oluna bilərəm. Sonda elə də oldu. Ancaq Mahmud Rasimoğlu və içtimaiyyət  inanır ki, ona qarşı edilən bu haqsızlığa,məmur özbaşınalığına son qoyulacaq və onu həbsə atanlara qarşı  hüquqi qiymət veriləcək. Onun həbsə salınması müəyyən mənada azad mətbuatın həbsə salınmasıdır.O bəlkə də heç zaman inanmazdı ki,nə vaxtsa həbsxanaya düşəcək. Çox vaxt insan kitablardakı,kinolardakı obrazların həyatını öz  həyatında yaşamalı olur.Və insanı da yaşadan ,ona şirin gələn onun sarsılmağa qoymayan ,qalib çıxaran məhz haqlı olduğun üçün mübarizə aparıb sonda qalib gəlməyinə olan inamdır. Nə qədər  haqsızlıq olsa belə,nə qədər  çətin olsa belə,bu gün o təklənsə də bu inam insana güc verir. Bəlkə də bəzi yaxşı günün dostları kimi  bir çoxları həbsxanaya düşəni tələsərək tez tarixin yaddaşına , qara siyahıya atırlar. Çünki hər şey qurtarmayıb,əksinə ola bilir ki,daha yaxşı olacaq… Ona həyatının bu çətin anlarında  ən böyük  dayaq sevdiyi ailəsi,yaxınlarıdır. Əgər o azadlıqda olsaydı təbrik şablon təbriklər kimi ola bilərdi.Amma bugünkü təbrik, onun özü kimi  bir qədər fərqlidir… Bu çətin dövrlərdə jurnalistə ilk növbədə cansağlığı,səbr ,dözüm arzulayırıq!Allah qapını açsın!Hər şey yaxşı olacaq!   Ad günün mübarək!  
Qafqaz Xəbər Agentliyi







Xəbər lenti

img Ölkə
Sahil Babayev: “Birdəfəlik yardım onlara verilməyəcək”

2020-04-07 / 19:23:12
img Cəmiyyət
Maskalarla bağlı gözlənilməz açıqlama: Yeddi gün…

2020-04-07 / 19:16:10
img Dünya
Lukaşenko Belarusda COVID-19-la bağlı yeni statistikanı açıqladı

2020-04-07 / 19:14:02
img Dünya
Koronavirusun hüceyrələrə yayılmasının görüntüləri - FOTO

2020-04-07 / 19:10:18
img Manşet xəbərləri
İşsiz şəxslərin qeydiyyata alınmaları üçün müraciət günləri açıqlandı - CƏDVƏL

2020-04-07 / 19:08:26
img Sosial
190 manatlıq yardım üçün belə qeydiyyatdan keçməlisiz - Video

2020-04-07 / 15:44:57
img Günün xəbərləri
“Ağır cinayət törətməyən məhkumlar şərti cəza ilə azadlığa buraxılmalıdır” – Vəkil Kamandar Nəsibov

2020-04-07 / 15:43:26
img Dünya
İran koronavirusu nəzarət altına ala bilmədiyini açıqladı

2020-04-07 / 13:51:32
img Hadisə
Bakıda polis maşını yük avtomobili ilə toqquşdu - 6 nəfər xəsarət aldı

2020-04-07 / 13:50:30
img Günün xəbərləri
Məşhur ekstrasenslə bank arasında qalmaqal - Tofiq Dadaşovun 420 min dolları geri qaytarılmır

2020-04-07 / 13:48:49
img Ölkə
Aprelin 9-dək intensiv qar yağacaq - Faktiki hava

2020-04-07 / 13:40:53
img Günün xəbərləri
Aprelin 8-nə olan teledərslərin cədvəli açıqlandı

2020-04-07 / 13:37:23
img Günün xəbərləri
Akif Çovdarov və Sübahir Qurbanov azadlığa buraxılıb

2020-04-07 / 13:30:48
img Dünya
Türkiyədə maskaları pulla satmaq qadağan edildi

2020-04-07 / 10:29:54
img Qafqaz
Gürcüstanda koronavirusa yoluxanların sayı 195 nəfərə çatdı

2020-04-07 / 10:25:31
img Hadisə
İstehlak kreditlərinə niyə güzəşt edilmədi? – Ekspert şərhi

2020-04-07 / 10:23:54
img Hadisə
KORONAVİRUSU HAZIRLAYIB ÇİNƏ SATAN ALİM HƏBS EDİLDİ - Rəsmi məlumat

2020-04-07 / 10:16:04
img Dünya
Çində karantin qadağaları azaldı

2020-04-07 / 10:13:35
img Dünya
Rusiya Premyer Liqası bərpa oluna bilər

2020-04-07 / 10:11:53
img Günün xəbərləri
Zibil atmağa getmək üçün SMS göndərməyə ehtiyac yoxdur

2020-04-07 / 10:10:55
img Dünya
“Harri Potter”in yazarı koronavirusa yoluxub

2020-04-06 / 19:34:22
img Manşet xəbərləri
Əfv sərəncamı yaşı 65-dən yuxarı olan 176 məhkuma şamil olunub

2020-04-06 / 19:32:06
img Hadisə
Nuşirəvan Məhərrəmli işdən çıxarıldı - Yeni sədr

2020-04-06 / 18:45:05
img Günün xəbərləri
Prezident general Sübahir Qurbanovu da əfv etdi

2020-04-06 / 18:23:17
img Günün xəbərləri
Prezident Akif Çovdarovu əfv etdi

2020-04-06 / 18:11:23

Bütün xəbərlər