logo
RU

Ölkə

AMEA "əməkhaqqı" sözünün yeni lüğətdən çıxarılmamasına qərar verib

img




Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının iclasında yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndən "əməkhaqqı" sözünün çıxarılması müzakirə edilib. Bu barədə “Report”a İnstitutun direktoru, akademik Möhsün Nağısoylu deyib. Onun sözlərinə görə, Şuranın iclasında "əməkhaqqı" sözünün yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndə saxlanılması qərara alınıb: "Elmi Şuranın iclasında mütəxəssislərlə birlikdə "əməkhaqqı" sözü ilə bağlı müzakirələr aparıldı. Bu sözün dilimizdə artıq daşlaşması diqqətə çatdırıldı. Ümumiyyətlə, biz dilimizdə daşlaşan sözlərə toxunmayacağıq. Çünki bu söz hamı tərəfindən qəbul edilib. Cəmiyyətdə çaşqınlıqların yaranmaması üçün "əməkhaqqı" sözünün yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndən çıxarılmaması qərarı verildi”. Qeyd edək ki, M.Nağısoylu bir müddət əvvəl "əməkhaqqı" sözünün yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndən çıxarılmasının gündəmdə olduğunu deyib. Akademik “əməkhaqqı” sözünün əvvəlki lüğətlərdə (1960 və 1975-ci illərdə nəşr olunan "Azərbaycan dilinin orfoqrafiya lüğəti") olmadığını bildirib. O, bu sözün mürəkkəb söz və ikinci növ təyini söz birləşməsi olduğunu vurğulayıb. Xatırladaq ki, yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nə əvvəlki orfoqrafiya lüğətində olmayan 4000 yeni söz daxil edilib, əvvəlki lüğətdə olan, təxminən, 1000-dək söz isə yeni lüğətə salınmayıb. "Azərbaycan dilinin orfoqrafiya lüğəti", təqribən, 5 ildən bir hazırlanır.







Xəbər lenti

img Dünya
Sürücülər üçün təhlükəli sayılan mahnılar hansılardır?

2019-09-16 / 18:39:12
img Cəmiyyət
Diş məcununun insan sağlamlığına təhlükəsi açıqlandı

2019-09-16 / 18:37:46
img Cəmiyyət
Ronaldodan maraqlı etiraf: Anam da toyumu görmək istəyir

2019-09-16 / 18:36:01
img Ölkə
Azərbaycanda təcili yardım maşını qəzaya uğradı - YARALILAR VAR

2019-09-16 / 18:34:07
img Hadisə
Ukraynada uşaq valideynlərini asılmış vəziyyətdə tapıb

2019-09-16 / 18:32:46
img Dünya
PSJ - "Real Madrid" matçında bir sıra aparıcı futbolçular iştirak etməyəcək

2019-09-16 / 18:30:00
img Manşet xəbərləri
Bakıda şirkət cərimə ala-ala gedir – Məbləğ 1 milyon manata çatır

2019-09-16 / 16:44:35
img Dünya
SSRİ xalq artisti vəfat etdi

2019-09-16 / 16:43:00
img Ölkə
Bakteriyalar dolları sevirlər – Alimlər sübut ediblər

2019-09-16 / 16:41:59
img Sosial
Ürək qapağı infeksiyası nədir? - Əlamətləri, müalicəsi...

2019-09-16 / 16:40:44
img Manşet xəbərləri
“Məni bağışlayın, amma mən “kalqotka” geyinmirəm…” – Çingiz Abdullayev

2019-09-16 / 16:39:13
img Qafqaz
Həsən Ruhani Ermənistana səfər edəcək

2019-09-16 / 16:35:42
img Dünya
İran BƏƏ-nin neft tankerini saxlayıb

2019-09-16 / 16:33:48
img Ölkə
Fədayə Laçının məhkəməsi 10-cu dəfə təxirə salınıb

2019-09-16 / 16:32:42
img Manşet xəbərləri
Piyadaların ölümünə səbəb olan tikintilər - VİDEO

2019-09-16 / 13:13:36
img Dünya
“Nissan” şirkətinin rəhbəri istefa verib

2019-09-16 / 13:11:18
img Manşet xəbərləri
Qəbələdə meymun qəfəsdən qaçdı, helikopterlə axtarış başladı

2019-09-16 / 13:09:44
img Dünya
Rusiya inqilabi yeniliyin astanasında – Sınaqlar başlayır

2019-09-16 / 12:48:14
img Ölkə
Arif Əliyev açıqladı: “Press Klub qayıdır, keçmişə yox, gələcəyə...”

2019-09-16 / 12:46:41
img Dünya
Tunis yeni prezidentini seçə bilmədi

2019-09-16 / 12:41:06
img Sosial
Аzərbaycan əhalisinin sayı açıqlandı

2019-09-16 / 12:39:59
img Hadisə
Kolumbiyada təyyarə yaşayış binasının üstünə düşdü:7 nəfər öldü - VİDEO

2019-09-16 / 12:39:06
img Dünya
Ukraynada məktəb yeməkxanasında zəhərlənmə olub

2019-09-16 / 12:37:29
img Manşet xəbərləri
Məmurlarımızın və deputatlarımızın Türkiyə macəraları...

2019-09-14 / 17:25:25
img Cəmiyyət
Rusiyada sərnişin avtobusu yük maşını ilə toqquşub, xeyli insan ölüb və yaralanıb -VİDEO

2019-09-14 / 17:21:38

Bütün xəbərlər