logo
RU

Dünya

“Sotheby’s” hərracında Azərbaycan: Nobel qardaşlarının saatından Tahir Salahovun rəsm əsərinədək - FOTO

img




Londonun məşhur “Sotheby’s” hərracında Azərbaycana aid, yaxud Azərbaycana həsr olunmuş xalçaları, rəsm əsərlərini, heykəlləri və digər əl işlərini tez-tez görmək mümkündür. Təkcə son illər onlarla müxtəlif xalça hərracda satılıb. Onların yekun qiyməti bir çox halda lot üzrə start qiymətini bir neçə dəfə üstələyib. milletinsesi.info “Sotheby’s” hərraclarında satılmış Azərbaycana aid ən maraqlı lotları təqdim edir. “Bakıda Qız qalası”, Paul fon Franken Alman rəssam Paul fon Frankenin “Bakıda Qız qalası” rəsm əsəri 2019-cu il iyunun 4-də hərracda 225 min funt sterlinqə (təqribən 477 min manat – red.) satılıb. Hərçənd hərracdan əvvəl ona 60-80 min funt sterlinq (128-170 min manat – red.) qiymət verirdilər. Hazırda bu, Azərbaycana həsr edilmiş və “Sotheby’s”də satılmış ən bahalı lotdur. Bu rəsm əsəri onun 1853-1861-ci illərdə Qafqaza səyahət zamanı eskizlərinin əsasında çəkdiyi işlərdən biridir. Rəsm əsəri rəssamın ölümündən 4 il əvvəl, 1880-ci ildə çəkilib. “Bakıda liman”, Aleksey Petroviç Boqolyubov 1861-ci ildə çəkilmiş bu rəsm əsəri 2007-ci il noyabrın 7-də satılıb. 20-30 min funt sterlinqə satılması planlaşdırılan əsərin qiməti 50 min 900 funt-sterlinqə (təqribən 108 min manat (burada və sonra işlərin qiyməti cari məzənnə üzrə göstərilib) – red.) çatıb. A.Bolqolyubov dəfələrlə Bakıda olub və şəhərə heyran qalıb: O, “Dənizçi - rəssamın məktubları”nda öz xatirələrini belə təsvir edir: “Bakı mənim çox xoşuma gəldi. Dənizin sahilində çox gözəl qədim qala dayanır və əlbəttə ki, əfsanəvi (...) Böyük olmasa da gözəl bazar, məscidlər var və ümumiyyətlə, Şərqin koloriti tam hiss olunur”. Azərbaycanın ipək xalçası XVII əsrin II yarısına aid olan bu xalça hərracda satılmış ən bahalı xalçalardan biri olub. Lotun qiyməti 25-35 min dollar qiymətləndirilib. Yeni sahib ona görə 87 min 500 dollar ödəyib. Hərrac 2014-cü il yanvarın 31-də Nyu-Yorkda baş tutub. “Bakı yaxınlığında neft buruqları”, Anna Petrovna Ostroumova-Lebedeva Anna Petrovna Ostroumova-Lebedeva ilk dəfə Bakıda 1916-cı ilin payızında olub və bu rəsm əsəri həmin il çəkilib. O, 61 min 250 funt sterlinqə (təqribən 130 min manat – red.) satılıb. Hərçənd 30-50 min funt sterlinq həcmində (64-106 min manat – red.) qiymətləndirilirdi. Bakıda “BraNobel” şirkəti üçün “H.Moser & Cie” saatı Bu saatın hazırlanması Nobel qardaşlarının Bakıda (Rusiyada “BraNobel” kimi qeydiyyata alınmışdı) 25 illik fəaliyyətinə həsr olunub. Qızıldan düzəldilmiş saat 1890-cı ildə hazırlanıb. O, 2019-cu il iyulun 2-də 25 min funt sterlinqə (53 min manat – red.) satılıb. Saat 26-42 min funt sterlinq (55-90 min manat – red.) həcmində dəyərləndirilirdi. Saatın qapağında “Atəşgah” kompleksi təsvir olunub və o, şirkətin loqotipi qismində istifadə olunub. “Aydan”, Tahir Salahov Azərbaycanlı rəssam Tahir Salahovun rəsm əsəri hərraca 2015-ci il dekabrın 1-də çıxarılıb. Əsərdə rəssamın qızı Aydan təsvir edilib. Rəsm əsəri 250-350 min funt sterlinq (532-745 min manat – red.) dəyərində qiymətləndirilsə də, 269 min funt sterlinqə (təqribən 570 min manat – red.) alıcı tapıb.







Xəbər lenti

img Ölkə
"SƏHİYYƏNİN DÜZƏLMƏSİNİ İSTƏYƏNLƏR MƏNƏ SƏS VERSİNLƏR..." - "Azərbaycanın sərvətləri xalqa məxsus olmalıdır!"

2020-01-18 / 19:26:42
img Cəmiyyət
Dəvə ilə səyahətə çıxan turist Gəncəyə çatıb - Foto

2020-01-18 / 19:24:05
img Dünya
ABŞ-dan Rusiyanı qıcıqlandıracaq kəşfiyyat uçuşu

2020-01-18 / 19:22:36
img Sosial
Azyaşlı qızlarına işgəncə verdilər

2020-01-18 / 19:03:17
img Ölkə
İşsizlər üçün FÜRSƏT: Bu ölkə Azərbaycandan işçi istədi

2020-01-18 / 19:02:04
img Günün xəbərləri
Azərbaycanda 5 vəzifəli şəxs işdən çıxarıldı

2020-01-18 / 19:00:31
img Manşet xəbərləri
Qeyri-millətlərdən olan deputatlığa namizədlər...

2020-01-18 / 16:27:29
img Günün xəbərləri
ABŞ etiraf etdi: “Rusiyaya çata bilmirik”

2020-01-18 / 16:14:54
img Cəmiyyət
Dünyaca məşhur futbolçu sui-qəsddə ittiham olunur

2020-01-18 / 16:13:44
img Dünya
Alimlər mübahisələrə son qoydu: Onları asteroid yoxsa vulkanlar məhv etdi?

2020-01-18 / 16:12:32
img Hadisə
10 dərəcə isti olacaq

2020-01-18 / 16:10:21
img Ölkə
Dövlət Komitəsi Suraxanıda uşaq evində azyaşlının döyülməsi faktını nəzarətə götürdü

2020-01-18 / 16:09:16
img Günün xəbərləri
Uşaqlara nə qədər xərclik verilməlidir? - Psixoloq məsləhəti

2020-01-18 / 16:07:51
img Dünya
Hindistanda xoruz tamaşaçını bıçaqlayıb, öldürdü Hindistanda xoruz tamaşaçını bıçaqlayıb, öldürdü

2020-01-18 / 16:01:55
img Dünya
Evdəqalma vergisinin tarixi: Osmanlıda subaylardan və evlilərdən yığılan vergilər - FOTOLAR

2020-01-18 / 15:51:36
img Manşet xəbərləri
İran şahının oğlu Rza Pəhləvi: "İrandakı etirazlar atamı devirmiş üsyanı xatırladır"

2020-01-18 / 15:42:03
img Manşet xəbərləri
AŞPA Azərbaycanda siyasi məhbuslar məsələsinə baxacaq

2020-01-17 / 23:22:04
img Dünya
İmamoğlu onlar üçün gediş haqqını ləğv etdi

2020-01-17 / 17:20:32
img Dünya
“Avon” heyvanlardan imtina etdi

2020-01-17 / 17:19:08
img Ölkə
“Sovetski”də söküntü işləri dayandırıldı

2020-01-17 / 17:17:35
img Günün xəbərləri
Nazir Kamran Əliyevi əvvəlki vəzifəsinə qaytardı

2020-01-17 / 17:14:40
img Cəmiyyət
“Bəzi oyunçular da karyerasını bitirəndən sonra Azərbaycanda futbol yoxa çıxacaq”

2020-01-17 / 17:10:10
img Günün xəbərləri
Ali Məhkəmə generalın şikayətini təmin etdi

2020-01-17 / 17:08:35
img Günün xəbərləri
Yunanıstan Türkiyənin Liviya ilə bağlı planlarını bloklamaq istəyir

2020-01-17 / 17:07:02
img Cəmiyyət
Hansı qan qrupu hansı xərçəng növünün riskini artırır?

2020-01-17 / 12:25:47

Bütün xəbərlər