logo
RU

Hadisə

"Bibim oğlu böyrəyini satanda mən də satıb bəzi problemləri həll etmək istədim"- məhkəmə işi

img




Orqan alveri ilə məşğul olmaqda ittiham edilən şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində insan orqanı alveri ilə məşğul olmaqda təqsirləndirilən Vahib Xudadatovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında böyrəyini satmaq istəyən Fərid Qocayev ifadə verib. O deyib ki, maddi çətinlik üzündən bu addımı atmaq qərarına gəlib. Həm də ondan öncə bibisi oğlu Zaur Tağıyev böyrəyini satıbmış. "Gedib onu görəndə fikirləşdim ki, mən də bu yolla bəzi problemlərimi həll edə bilərəm"- deyə F.Qocayev qeyd edib. O ifadəsində göstərib ki, böyrəyini 10 min manata satmağa razılaşıb. Müayinə üçün öncə Vahidlə birlikdə Bakıdakı “Elmed” klinikasına gedib, orada qan analizi verib. Orada çıxıb birbaşa pasport almağa gediblər. "160 manat verib mənə bir günə pasport aldı. İki gün sonra isə böyrəyini satmaq istəyən Ceyhun adlı başqa bir oğlanla birlikdə İrana gedtdik. Bizi Vahib taksi ilə göndərdi. Ora çatanda gördük ki, özü də bir qadın və oğlu, bir nəfər də nisbətən yaşlı kişi ilə birlikdə gəldi. Mənim böyrəyim qadının oğluna, Ceyhunun böyrəyi isə həmin yaşlı kişiyə köçürülməliydi. Bizi müayinə edən iranlı həkim Mohsen Tahiri gələcəyimizi öncədən bilirdi. Bizi növbəsiz qəbul elədi". Suallara cavab verən Fərid deyib ki, həkimlə V.Xudadatov arasındakı söhbətlərdən onların bir-birini çoxdan tanıdığını, yaxşı münasibətləri olduğunu başa düşüb. "Müayinələrdən sonra ona mənim qan qrupuma görə, Ceyhunun isə səhhətindəki başqa bir problemə görə donor ola bilməyəcəyim deyildi. Böyrəyimi pulsuzluqdan satmaq istəyirdim, o da belə oldu”- deyə şahid ifadəsində qeyd edib. İttihama görə, 62 yaşlı Vahib Xudadatov böyrək çatışmazlığından əziyyət çəkib orqan köçürməsinə ehtiyacı olan şəxslərlə imkansızlıqdan böyrəyini satanlar arasında vasitəçilik edib. Bunun müqabilində hər iki tərəfdən də pul alıb. Böyrəyini satanlar saytlarda, sosial şəbəkələrdəki elanlar, ortaq tanışlar vasitəsilə tapılır, xəstəlikdən əziyyət çəkənlərin özləri, yaxınlarıyla görüşdürülür və qiymət məsələsi razılaşdırılıb. Öncə Bakıda müxtəlif tibb müəssisələrində qan analizi verilib, sonra hər iki tərəf İrana həkim Mohsen Tahirinin yanına aparılıb, orada ətraflı müayinədən keçirilib, transplantasiya qərarı veriləndən sonra böyrək köçürmə əməliyyatı Gürcüstanda “Lanset” klinikasında aparılırıb. Əməliyyatı Tbilisidə Mohsen Tahiri gedib özü həyata keçirirmiş. 2016-cı ilin martından sonra Tbilisidə “Lansetnin azərbaycanlı rəhbəri Fərman Ceyranlının həbsilə əlaqədar klinikanın fəaliyyəti dayandırıldığından ondan sonra əməliyyatlar Tacikistanda Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “İnsan orqanları və toxumaları transplantasiyası Milli Mərkəzi”ndə aparılıb. Orada da əməliyyatları Mohsen Tahiri həyata keçirib. Hər əməliyyata orqan köçürülən xəstənin yaxınları böyrəyini satan donora onunla razılaşdırılmış məbləğlə yanaşı, əməliyyat həyata keçirilən klinikaya 8 min, iranlı həkimə 10 min dollar pul ödəyirmiş. Vasitəçilik edən Vahib Xudadatova isə 200 manatdan 2 min manata qədər pul verilib. Böyrəyini satanlarla onu alanlar arasında Bakıda notarial qaydada müqavilə imzalanıb. Orada göstərilib ki, guya bu adamlar qohumdular və biri digərinə böyrəyini verir. Xudadatov məhkəmədəki ifadəsində övladının böyrək əməliyyatından sonra bu problemdən əziyyət çəkən şəxslərə vasitəçilik etdiyini deyib. Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin yaydığı məlumata əsasən, DTX tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqəsində olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan Respublikası vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil edən Azərbaycan Respublikası vətəndaşı Xudadatov Vahib Fəxrəddin oğlu müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilib, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. V.Xudadatovun əlaqəsində olan şəxslər istintaqa cəlb ediliblər. Ona qarşı Cinayət Məcəlləsinin 137-ci (insan orqanları və ya toxumalarının alqı-satqısı, onların transplantasiya məqsədilə götürülməsinə məcbur etmə), 144-1-ci (insan alveri), 178 (dələduzluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittihamlar verilib.







Xəbər lenti

img Dünya
Şimali Koreya Çinlə sərhədini bağlayır

2020-01-22 / 10:59:14
img Manşet xəbərləri
Azərbaycanda həbs edilən məşhur repçi azadlığa buraxıldı

2020-01-22 / 10:54:38
img Dünya
Çində koronavirusa yoluxanların sayı 440-a, ölənlərin sayı isə 9-a çatıb

2020-01-22 / 10:45:41
img Dünya
Livanda yeni hökumətə qarşı etiraz aksiyaları keçirilir

2020-01-22 / 10:41:25
img Hadisə
“Toyota” 3,4 milyon avtomobilini geri çağırır

2020-01-22 / 10:37:16
img Dünya
Rusiyada yeni hökumətin tərkibi müəyyənləşib

2020-01-22 / 10:35:05
img Dünya
Yanvarın 22-də valyuta məzənnəsi

2020-01-22 / 10:33:27
img Manşet xəbərləri
Qışın anomal isti keçməsinin səbəbi nədir: Sinoptik açıqladı

2020-01-21 / 17:36:16
img Dünya
Krivonos: “Ukrayna Donbası silah gücünə qaytara bilər...”

2020-01-21 / 17:34:57
img Dünya
Fərhad Əhmədovdan 600 milyon istəyən xanımı oğlunu məhkəməyə verdi

2020-01-21 / 17:32:59
img Günün xəbərləri
Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılır

2020-01-21 / 17:28:25
img Cəmiyyət
Bakılı milyarder xanımın sərvəti dünya gündəmində

2020-01-21 / 17:24:17
img Günün xəbərləri
Sabah Senat Trampın impiçment məsələsinə baxmağa başlayır

2020-01-21 / 17:22:32
img Manşet xəbərləri
İran Ukrayna təyyarəsini vurması ilə bağlı hesabatı yaydı

2020-01-21 / 10:35:15
img Cəmiyyət
Dünyanın ən uzunsaçlı qızı Ginnesin rekordlar kitabına düşdü

2020-01-21 / 10:32:53
img Dünya
ABŞ-ın İrana qəzəbinin səbəbi açıqlandı

2020-01-21 / 10:32:01
img Hadisə
Bakıda qadın əri tərəfindən vəhşicəsinə döyüldü

2020-01-21 / 10:29:44
img Dünya
Ən çox istifadə edilən mesajlaşma tətbiqləri açıqlandı

2020-01-21 / 10:27:30
img Dünya
İŞİD-in yeni lideri bəlli oldu

2020-01-21 / 10:24:48
img Dünya
Haftarla bir stol arxasına oturmaram - Ərdoğan

2020-01-20 / 18:54:12
img Dünya
Çində robotlaşdırılmış restoran açıldı

2020-01-20 / 18:52:02
img Hadisə
"Fitch" Azərbaycan üzrə reytinqi təsdiqləyib

2020-01-20 / 18:50:18
img Dünya
BBC-nin baş direktoru istefaya gedir

2020-01-20 / 18:48:59
img Günün xəbərləri
DİN-dən Zirəddinə cavab: "Bu dediklərini yəqin yuxuda görüb"

2020-01-20 / 18:41:41
img Günün xəbərləri
Siqaret çəkən futbolçular Azərbaycan millisindən qovuldu

2020-01-20 / 15:34:05

Bütün xəbərlər