logo
RU

Günün xəbərləri

Əhalisinin sayı azalan ölkələrin TOP 10-luğu

img




Hazırda Yer kürəsində7,7 milyard insan yaşayır.  Lakin əhali heç də bütün dünya üzrə bərabər paylanılmayıb. Müharibə, quraqlıq, qaçqın böhranı, iş üçün şəraitin dəyişməyi  - bütün bu amillər bir ölkədə əhalinin sayının azalmağına, digərlərində isə artmağına gətirib çıxarır. Oxu.Az 1950-ci ildən bəri əhalisinin sayı ən çox azalan 10 ölkəni təqdim edir: 1.Niue 1950-ci ildən bəri əhali artımı: -1,51% İlk növbədə, Niue əhalisinin sayının onsuz da az olduğunu vurğulamaq lazımdır. Lakin bu göstərici 1960-cı illə müqayisədə 5 mindən 1600 nəfərədək azalıb. Bu, əhalinin bir hissəsinin daha yaxşı iş tapmaq məqsədi ilə Yeni Zelandiyaya miqrasiyası ilə bağlıdır.   2. Monserrat 1950-ci ildən bəri əhali artımı: -1,42% Monserratda əhalinin sayının azalmağına təsir edən əsas amillərdən biri 1995-ci ildə Sufrier-Hils vulkanının püskürməyi olub. O zaman adanın üçdən ikisi dağılmışdı, minlərlə insan isə oranı tərk etməli olmuşdu. 3. Tokelau     1950-ci ildən bəri əhali artımı: -0,21% Tokelaunun əhalisinin sayının azalmağına təsir edən vacib amillərdən biri sakinlərin Samoa və Yeni Zelandiyaya miqrasiyasıdır. Belə ki,  insanlar iş və yaşayış üçün daha yaxşı şərait axtarışındadırlar. 4. Vatikan 1950-ci ildən bəri əhali artımı: -0,17% Vatikanda yaşayan 800 nəfərin Roma Katolik kilsəsində işlədiyi, yəni rahibə və keşişlər olduğu üçün doğuşun göstəriciləri burada olduqca aşağıdır. 5. Bolqarıstan 1950-ci ildən bəri əhali artımı: -0,06% Mühacirət Bolqarıstan əhalisinin sayının aşağı düşməsinə təsir göstərən əsas səbəbdir. Avropa İttifaqı dövlətləri arasında ən aşağı aylıq əmək haqqı və pensiya məhz bu ölkədədir. Ölkə sakinlərinin 40%-i yoxsulluq səviyyəsindədir. 6. Latviya 1950-ci ildən bəri əhali artımı: -0,03% Ölkədə aşağı əmək haqlarına görə, mühacirət bu ölkədə də əhali sayına təsir göstərən amildir. Lakin bu, heç də yeganə səbəb deyil. Belə ki, Latviyada da doğuş səviyyəsi olduqca aşağıdır. 7. Macarıstan 1950-ci ildən bəri əhali artımı:  0,05% Macarıstan KİV-ə əsasən, əhalinin sayının aşağı düşməyinə təsir göstərən əsas səbəb ölkədə ölənlərin sayının doğulanlara nisbətən çox olmağıdır. Bundan başqa, əhalinin böyük hissəsi miqrasiya edir. Ali təhsil ocaqlarını bitirənlərin 8%-dən çoxu xarici ölkələrdə işə düzəlirlər. Qeyd edilir ki, hər altıncı macar körpəsi xaricdə doğulur. 8. Litva 1950-ci ildən bəri əhali artımı: 0,08% Litva əhalisinin sayı, demək olar ki, dəyişməyib. Bu, insanların əsasən Böyük Britaniya olmaqla, xarici ölkələrə üz tutması ilə bağlıdır. Eyni zamanda, ölkədə doğuşun da səviyyəsi çox aşağıdır. Litva 1989-cu ildə Sovet İttifaqının tərkibindən çıxan zaman ölkədə  3,7 mln insan yaşayırdı. Hazırda isə ölkə əhalisinin sayı 2,8 mln nəfərədək azalıb. 9. Xorvatiya 1950-ci ildən bəri əhali artımı: 0,09% Xorvatiya əhalisinin sayı 1950-ci ildən bəri, demək olar ki, dəyişməyib.  Hazırda əhali sayının azalmağı müşahidə olunur ki, bu həm də doğuşun səviyyəsinin aşağı düşməyi, həm də mühacirətlə əlaqədardır. Bəzi mənbələr 2015-2017-ci illər arasında ölkənin 200 min insan itirdiyini bildirir. Sonuncu dəfə Xorvatiya əhalisinin sayında artım 1997-ci ildə müşahidə olunub. 10. Gürcüstan  1950-ci ildən bəri əhali artımı:0,18% Ekspertlər Gürcüstanda əhalinin sayının azalmağına əsas səbəb kimi SSRİ-i dağıldıqdan sonra ölkəni bir milyondan çox insanın daha yaxşı iş və həyat axtarışında tərk etməyini gətirirlər.







Xəbər lenti

img Ölkə
Bazar gününə olan hava proqnozu

2019-08-24 / 16:54:01
img Dünya
Kosmosda ilk cinayət törədildi

2019-08-24 / 16:52:38
img Ölkə
Millimizin heyəti açıqlandı

2019-08-24 / 16:51:17
img Dünya
Abel Məhərrəmovun kürəkəni vəfat etdi

2019-08-24 / 16:49:30
img Cəmiyyət
Şeybani xanın Şah İsmayıla məktubu, Səfəvilərin Mərv zəfərinin sirri

2019-08-24 / 16:39:45
img Dünya
Makron: Demokratiya dəbdən düşüb, kapitalizm isə dəli olub

2019-08-24 / 12:32:32
img Hadisə
90-cı illərin məşhur film tərcüməçisi vəfat edib

2019-08-24 / 12:29:07
img Manşet xəbərləri
Tramp: G7 sammiti vaxt itkisidir

2019-08-24 / 12:27:47
img Dünya
Messinin Neymara görə qanı qaralıb

2019-08-24 / 12:25:40
img Cəmiyyət
Pəhrizsiz arıqlamağın sadə yolu

2019-08-24 / 12:20:15
img Günün xəbərləri
"Qarabağ"a 20 min avroluq cərimə

2019-08-24 / 12:18:13
img Manşet xəbərləri
Yoluxucu xəstəliklərin saglam insanlara kecməyəcəyinə kim zəmanət verə bilər?

2019-08-23 / 23:57:05
img Manşet xəbərləri
“Məni şərləyərək həbs ediblər”-Məhkum prezidentə müraciət edir

2019-08-23 / 17:54:02
img Manşet xəbərləri
Zelenski Belarusdan kömək istədi - Lukaşenko

2019-08-23 / 15:59:48
img Dünya
ABŞ boksçusu ilə döyüşdən sonra ölən Maksim Dadaşov qızıl medala layiq görülüb

2019-08-23 / 15:52:32
img Dünya
Başına böyük məbləğdə pul qoyulmuş PKK terrorçusu məhv olundu - Foto

2019-08-23 / 15:49:02
img Dünya
Zaxarovadan "Ləzginka" rəqsi -VİDEO

2019-08-23 / 15:46:06
img Günün xəbərləri
9 yaşlı övladını zəncirləyən anadan XƏBƏR VAR - Valideynin problemi var, cinayət işi açıldı – VİDEO

2019-08-23 / 15:42:59
img Dünya
İki ağızlı balıq tutuldu

2019-08-23 / 11:51:49
img Hadisə
“İnterpol”un axtardığı Almaniya vətəndaşı Azərbaycanda tutulub

2019-08-23 / 11:48:24
img Günün xəbərləri
Ermənistan ordusu atəşkəs rejimini 21 dəfə pozub

2019-08-23 / 11:46:33
img Dünya
Consonun Makrona qarşı hörmətsizliyi müzakirələrə səbəb olub – Video

2019-08-23 / 11:39:27
img Dünya
Aleksey Navalnıy azadlığa buraxılıb

2019-08-23 / 11:21:15
img Dünya
Qadınlar üçün dəhşətli ölkə: Ağlasığmaz 10 qadağa

2019-08-23 / 11:18:54
img Dünya
İran filmi “Oskar”a təqdim olunacaq

2019-08-23 / 11:17:10

Bütün xəbərlər