logo
RU

Qafqaz

Polis postlarındakı bu otaqlar sürücülər üçündür - Sükan arxasında yox, burada yatın

img




Bir neçə gün öncə Masallıda baş verən və səkkiz nəfərin ölümünə səbəb olan qəza rayonlararası taksi xidməti kimi fəaliyyət göstərən avtomobillərə nəzarət məsələsini yenidən gündəmə gətirib.  Məlum qəzadan sonra iddia olunur ki, sürücü yuxulu olub, sürət həddini aşıb. Qəzanın videosu iddiaların doğruluğuna şübhə yaratmır.  Bu halların qarşısını almaq və belə sürücülərlə mübarizə üçün nə edilməlidir? Bir çoxları rayonlararası hərəkətdə olan taksi sürücülərinin yol hərəkəti qaydalarını kobud şəkildə pozduğunu bildirirlər. Təbii ki, bu, bütün sürücülərə aid deyil.  Dünən yayılan video da bəzi sürücülərin məsuliyyətsiz hərəkətində yoxlanışların qaçılmaz olduğunu təsdiqləyir. Videoda “Mercedes Vito” markalı maşının sürücüsünün ayağını pəncərədən çıxararaq, sürətli yolda maşını idarə etməsi əks olunub. Sürücü sükan arxasında siqaret çəkir və digər əli ilə onu çəkən şəxsə əl edir. Bu zaman sürücü sükana nəzarət etmir və həm özü üçün, həm də digər hərəkət iştirakçıları üçün təhlükə yaradır.  Nəqliyyat üzrə ekspert Tural Yusifov bu kimi hallarla mübarizə üçün iki yol təklif edir: ictimai və polis postlarında nəzarət. “Yol polisi əməkdaşları həmin sürücünün bir radardan digərinə hansı müddətdə çatdığı vaxta baxmaqla, onun hansı sürətlə hərəkət etdiyini müəyyən edə bilər. Bu zaman sürücünün sürət həddini aşdığını aydınlaşdırmaq mümkündür. Fikrimcə, postlarda rayonlar istiqamətində sərnişin daşıyan və taksi kimi fəaliyyət göstərən avtomobillər yoxlanılmalıdır, sürücülərlə söhbətlər aparılmalıdır.  Əgər sürücü qaydaları kobud sürətdə pozubsa, sərnişinlər postlarda avtomobildən endirilməlidir. Düzdür, bu, sərnişinlərin narazılığına səbəb ola bilər. Ancaq postda endirilmə ölümdən yaxşıdır. Bundan başqa, ictimai nəzarət məsələsi var. Sərnişin qismində əyləşən şəxs sürücünün yüksək sürətlə avtomobili idarə etməsinə irad bildirməlidir. Əgər sürücü bu iraddan nəticə çıxarmırsa, o zaman sərnişin avtomobili saxlayıb enməlidir. Çünki bu, onun həyatı üçün vacib məsələdir”, - ekspert bildirib.  Avtomobillərin sazlığı da vacib məsələdir. Əgər sürücü uzaq yol gedəcəksə, o zaman avtomobilin texniki sazlığına diqqət yetirməlidir. Bu, təkcə taksi sürücülərinə deyil, bütün hərəkət iştirakçılarına aiddir.  Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev Oxu.Az-a açıqlamasında profilaktik tədbirlərə baxmayaraq, bəzi hərəkət iştirakçılarının bu tövsiyələrə əməl etmədiyini bildirib: “Sürücülərə müraciət edərək bildirmək istərdik ki, hər hansı sürücü səfərə çıxmazdan əvvəl avtomobilinə xüsusi diqqət yetirməlidir. Sürücü və sərnişinlər təhlükəsizlik kəmərindən istifadə etməlidir və təbii ki, hərəkət zamanı sürət rejiminə, manevretmə qaydalarına, eləcə də, digər təhlükəsizlik tədbirlərinə ciddi əməl olunmalıdır. Yorğun və yuxusuz halda sükan arxasında əyləşmək yolverilməzdir. Yay ayları olması ilə əlaqədar soyuducu sistemi olmayan avtomobilin sürücülərinə tövsiyə edirik ki, günün sərin vaxtlarında yola çıxsınlar”. Bəzi hallarda baş verən qəzalarda sürücünün yuxulu olması məsələsi önə çəkilir. Yəqin ki, bir çoxları yollardakı polis postlarında sürücülər üçün istirahət otaqlarının olmasından xəbərsizdir. İstənilən sürücü yorğun olduğu halda, postlarda avtomobillərini saxlayıb, bu otaqlardan istifadə edə bilər. Bu da baş verə biləcək qəzaların sayının azalmasında mühüm rol oynayacaq. 







Xəbər lenti

img Ölkə
"SƏHİYYƏNİN DÜZƏLMƏSİNİ İSTƏYƏNLƏR MƏNƏ SƏS VERSİNLƏR..." - "Azərbaycanın sərvətləri xalqa məxsus olmalıdır!"

2020-01-18 / 19:26:42
img Cəmiyyət
Dəvə ilə səyahətə çıxan turist Gəncəyə çatıb - Foto

2020-01-18 / 19:24:05
img Dünya
ABŞ-dan Rusiyanı qıcıqlandıracaq kəşfiyyat uçuşu

2020-01-18 / 19:22:36
img Sosial
Azyaşlı qızlarına işgəncə verdilər

2020-01-18 / 19:03:17
img Ölkə
İşsizlər üçün FÜRSƏT: Bu ölkə Azərbaycandan işçi istədi

2020-01-18 / 19:02:04
img Günün xəbərləri
Azərbaycanda 5 vəzifəli şəxs işdən çıxarıldı

2020-01-18 / 19:00:31
img Manşet xəbərləri
Qeyri-millətlərdən olan deputatlığa namizədlər...

2020-01-18 / 16:27:29
img Günün xəbərləri
ABŞ etiraf etdi: “Rusiyaya çata bilmirik”

2020-01-18 / 16:14:54
img Cəmiyyət
Dünyaca məşhur futbolçu sui-qəsddə ittiham olunur

2020-01-18 / 16:13:44
img Dünya
Alimlər mübahisələrə son qoydu: Onları asteroid yoxsa vulkanlar məhv etdi?

2020-01-18 / 16:12:32
img Hadisə
10 dərəcə isti olacaq

2020-01-18 / 16:10:21
img Ölkə
Dövlət Komitəsi Suraxanıda uşaq evində azyaşlının döyülməsi faktını nəzarətə götürdü

2020-01-18 / 16:09:16
img Günün xəbərləri
Uşaqlara nə qədər xərclik verilməlidir? - Psixoloq məsləhəti

2020-01-18 / 16:07:51
img Dünya
Hindistanda xoruz tamaşaçını bıçaqlayıb, öldürdü Hindistanda xoruz tamaşaçını bıçaqlayıb, öldürdü

2020-01-18 / 16:01:55
img Dünya
Evdəqalma vergisinin tarixi: Osmanlıda subaylardan və evlilərdən yığılan vergilər - FOTOLAR

2020-01-18 / 15:51:36
img Manşet xəbərləri
İran şahının oğlu Rza Pəhləvi: "İrandakı etirazlar atamı devirmiş üsyanı xatırladır"

2020-01-18 / 15:42:03
img Manşet xəbərləri
AŞPA Azərbaycanda siyasi məhbuslar məsələsinə baxacaq

2020-01-17 / 23:22:04
img Dünya
İmamoğlu onlar üçün gediş haqqını ləğv etdi

2020-01-17 / 17:20:32
img Dünya
“Avon” heyvanlardan imtina etdi

2020-01-17 / 17:19:08
img Ölkə
“Sovetski”də söküntü işləri dayandırıldı

2020-01-17 / 17:17:35
img Günün xəbərləri
Nazir Kamran Əliyevi əvvəlki vəzifəsinə qaytardı

2020-01-17 / 17:14:40
img Cəmiyyət
“Bəzi oyunçular da karyerasını bitirəndən sonra Azərbaycanda futbol yoxa çıxacaq”

2020-01-17 / 17:10:10
img Günün xəbərləri
Ali Məhkəmə generalın şikayətini təmin etdi

2020-01-17 / 17:08:35
img Günün xəbərləri
Yunanıstan Türkiyənin Liviya ilə bağlı planlarını bloklamaq istəyir

2020-01-17 / 17:07:02
img Cəmiyyət
Hansı qan qrupu hansı xərçəng növünün riskini artırır?

2020-01-17 / 12:25:47

Bütün xəbərlər