logo
RU

Qafqaz

Gürcüstana sərfəli səyahətin yolları

img




Azərbaycanın qonşusu olan Gürcüstan son vaxtlar dünyanın hər yerindən olan turistlər üçün ən sevimli ölkələrdən birinə çevrilib. İmkan yaranan kimi, bakılılar da tozlu meqapolisin narahatlıqlarından uzaqlaşaraq bu kiçik dağlıq ölkədə istirahət etməyə can atırlar.   Qaynarinfo indiyədək Gürcüstanda olmayanlar üçün qonşu ölkəyə səyahət zamanı zəruri olan bilgiləri təqdim edir:  Gürcüstanın şəhərləri: haranı seçməli? Tiflis - həm ölkənin paytaxtı, həm də onun turizm mərkəzidir. Bu seçim Gürcüstanda heç olmayanların, eləcə də, bizim eranın birinci minilliyində tikilmiş dörd məşhur məbədi sayəsində ölkənin başlıca turist Məkkəsi hesab edilən – Tiflis yaxınlığındakı Mtsxetanı ziyarət etmək arzusunda olanlar üçündür.     Batumi – yay mövsümündə istirahət üçün ən əlverişli seçimdir. Burada Gürcüstanın ən yaxşı çimərlikləri yerləşir, şəhərdə isə kurort ab-havası hökm sürür. Kutaisi - Gürcüstanın ikinci paytaxtı hesab edilir. Bu, sakitliyi və əmin-amanlığı ilə seçilən, ilin istənilən fəslində istirahət etmək üçün şəhərdir. Bakuriani - dağ-xizək kurortu kimi tanınmış şəhər tipli qəsəbədir. Qış fəslində ailəvi istirahət üçün yaxşı seçimdir. Qudauri - qəsəbə olub, həmçinin ən uzun trasları ilə məşhur olan dağ-xizək kurortudur. Buraya yüksək səviyyədə təşkil edilmiş istirahəti qiymətləndirən bütün qış idmanı həvəskarları gedə bilərlər. Gürcüstanda bu siyahıya düşməyən bir çox gözəl yerlər var. "Çabuki” ekskursiya bürosunun sahibi bu barədə deyir: "Əgər siz heç bir əhəmiyyətli yeri buraxmadan bütün Gürcüstanı bir dəfəyə gəzmək istəyirsinizsə, bunun üçün sizə iki həftə vaxt lazımdır. Adi məzuniyyət üçün Tiflisdə bir həftə qalmağı və diqqətəlayiq yerləri görmək üçün imkan daxilində yaxın şəhərlərə səfər etməyi məsləhət görərdim”.  
Viza lazımdırmı? Gürcüstan viza rejiminə görə dünyanın ən azad ölkələrindən biridir. Azərbaycan, Belarus, Ukrayna və bəzi digər ölkələrin pasportlarının sahibləri Gürcüstanda istədikləri qədər qala bilərlər. ABŞ, Avropa Birliyi ölkələri, Avstraliya və bir çox ölkələrin vətəndaşlarının qalma müddəti 360 günlə məhdudlaşır. Rusiya, Qazaxıstan və Türkiyədən olan qonaqlar isə ölkədə 90 gün rahat qala bilərlər.     Yeganə məhdudiyyəti işğal olunmuş ərazilərin - Abxaziya və Cənubi Osetiyanın möhürlərinin pasportunuzda olması yarada bilər: sizi böyük miqdarda cərimə və ya həbs təhlükəsi gözləyir. Rusiya Federasiyasının vətəndaşları qeydiyyat yeri və səfərin məqsədi kimi əlavə suallara cavab verməyə hazır olmalıdırlar. Nəqliyyat seçimi Bakıdan Gürcüstana təyyarə, qatar və ya avtobusla getmək olar. Bakıdan Tiflisə müntəzəm birbaşa reysləri AZAL və QatarAirways aviaşirkətləri təşkil edir. Ekonom-klasda bir tərəfə biletin qiyməti 120-250 AZN arasındadır. Uçuş vaxtı - 1 saat təşkil edir. Qatar variantı ucuz səyahət üçün münasibdir. Biletlərin qiymətləri: plaskart - 22 AZN, kupe - 33 AZN, SV - 55 AZN. Yola sərf edilən vaxt - 15 saat. Yaxşı olar ki, biletləri əvvəldən alasınız. İnternet vasitəsilə də bilet almaq olar, lakin yol biletini yalnız nəzərdə tutulan səfərdən əvvəlki 10 gün ərzində sənədləşdirmək mümkündür. Avtobusla da səfərə çıxmaq olar, amma yalnız o halda ki, təyyarəyə və ya qatara bilet tapılmasın. Mərkəzi avtovağzaldan birbaşa Tiflisə 15 AZN-a getmək olar, lakin təbii ki, bu zaman heç bir komfortdan söhbət gedə bilməz. Avtomobillə səyahət etmək istəyənlər gərək nəqliyyat vasitəsinin qeydiyyatı haqqında şəhadətnaməni və sürücülük vəsiqəsini özləri ilə götürsünlər. Otellər: harada qalmalı? Tiflisdə qonaqlara pansionlardan başlamış beşulduzlu otellərə kimi mehmanxanaların geniş seçimi təklif edilir. Xüsusi evlərin və ya böyük mənzillərin kirayəsi də mümkündür. Yaxşı olar ki, qalacağınız yeri əvvəlcədən xüsusi saytlar vasitəsilə bronlaşdırasınız. Otellərdə və ya ayrıca sanitar qovşağı olan mehmanxanalarda bir günlük orta qiymət 50-60 avrodur. Yerli Valyuta Gürcüstanın milli valyutası – laridir. Manatın lariyə görə məzənnəsi dəyişsə də, təxminən həmişə 1:2 nisbətindədir. Yəni 1 manat = 2 lari. Mobil rabitə və İnternet Azərbaycanın bütün mobil rabitə operatorları sizin səyahətiniz zamanı avtomatik rouminq xidmətini qoşmur. Buna görə də bu məsələni əvvəldən xidmət mərkəzləri ilə əlaqə yaradaraq həll etmək lazımdır. Tiflisin demək olar ki, bütün mərkəzi turist məkanları ödənişsiz Wi-Fi şəbəkələri ilə təchiz edilib. Tibbi yardım Səyahətə, xüsusən də, travma təhlükəsi olan idman növləri ilə məşğul olacaqsınızsa, əvvəldən tibbi sığorta əldə edərək çıxmaq daha əlverişlidir. Lakin, əgər siz bu vəziyyəti nəzərə almamısınızsa, Gürcüstanda bir sıra dövlət klinikaları və özəl klinikalar var ki, sizə kommersiya əsasları ilə adekvat qiymətə xidmət edə bilərlər. Həkim qəbulu 10 avrodan başlayan qiymətlərlədir. Mətbəx və hədiyyələr Ümumilikdə gürcü mətbəxi Qafqaz regionundakı qonşularının mətbəxinə oxşasa da, bir sıra fərqli cəhətləri də var. Gürcü mətbəxinin məşhur yeməklərinə acar xaçapurisi, xingəl, paxladan hazırlanan lobio, quş ətindən raqu - çaxoxbili və s. aiddir. Lakin, milli xörəklərdən bezsəniz, siz Tiflisdə planetin ən müxtəlif regionlarına məxsus xörəklərin verildiyi restoranlar tapa bilərsiniz. Əlbəttə, gürcülərin milli fəxri - şərabı da unutmaq olmaz. Ölkənin bütün şəhərlərində bu məhsulu əldə etməklə bərabər, həm də dadına baxmağın mümkün olduğu mağazalar var. Hətta otellər və turist agentlikləri sizin üçün "şərab turu” təşkil edə və sizi bu içkinin istehsal edildiyi yerlərə apara bilərlər. Bununla yanaşı, gözəlliyi və istehsalının çətinliyi ilə məşhur olan, xüsusi şüşəyəbənzər örtük - arakəsməli emaldan hazırlanan bəzək əşyaları xanımları maraqlandıra bilər. Səyahətə nə zaman getməli Mülayim iqlimi və müxtəlif çeşidli istirahət imkanları sayəsində Gürcüstanda turist mövsümü ilin bütün fəsillərində açıqdır. Tiflisin "Aroma Jazz” kafesinin meneceri Nino Qvişiani bununla bağlı belə deyir: "İl boyu turist axını kəsilmir, lakin hər dəfə Yeni il bayramını qeyd etmək üçün buraya gələn çoxlu sayda azərbaycanlı ailəyə xidmət edirik. İlin bu vaxtında Avropadan gələn qonaqlarımız dəfələrlə az olur”.   Nərmin Həsənli







Xəbər lenti

img Dünya
“Yadplanetlilərin bölgəsi”nə yürüş festivala çevrildi - FOTO

2019-09-21 / 10:41:47
img Ölkə
Premyer Liqa Sumqayıtda başlayıb, Zirədə başa çatacaq

2019-09-21 / 10:39:52
img Cəmiyyət
Məşhur aktrisanın erotik filmi qadağan edildi

2019-09-21 / 10:37:27
img Ölkə
Güclü külək əsəcək, intensiv yağışlar yağacaq - XƏBƏRDARLIQ

2019-09-21 / 10:34:01
img Dünya
Husilər Səudiyyə Ərəbistanına hava hücumlarını dayandırıblar

2019-09-21 / 10:33:03
img Dünya
“Oskar”a namizəd olmuş məşhur amerikalı aktyor Ukraynada dəfn olunmaq istəyir

2019-09-21 / 10:30:45
img Dünya
Dubay şahzadəsi ilə sevgi yaşadığı deyilən Hollivud ulduzundan şok etiraf

2019-09-20 / 19:21:08
img Dünya
Maduro Rusiyaya səfər edəcək

2019-09-20 / 19:19:22
img Ölkə
Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

2019-09-20 / 19:17:57
img Cəmiyyət
Almaniyada 500-dən çox aksiya və nümayiş keçiriləcək

2019-09-20 / 14:20:36
img Hadisə
Nobel mükafatı laureatlarının adlarının açıqlanacağı tarixlər bilinib

2019-09-20 / 14:19:44
img Dünya
İran Səudiyyə Ərəbistanına sülh əlini uzatdı

2019-09-20 / 14:18:32
img Cəmiyyət
“Uşaqları universitetə tapşırıqla götürürlər” - Xalq artistindən ağır ittihamlar

2019-09-20 / 14:13:28
img Ölkə
Cahangir Hacıyevlə birgə ittiham olunan keçmiş direktorla bağlı çıxarılan qərar ləğv edildi

2019-09-20 / 14:11:48
img Cəmiyyət
Xalq artisti Arif Babayev Türkiyədə xəstəxanaya yerləşdirildi

2019-09-20 / 14:09:36
img Günün xəbərləri
Şərqşünas alim: “Bu barədə heç kim bir ayə, istinad göstərə bilməz”

2019-09-20 / 13:59:34
img Qafqaz
Gürcüstan prezidenti barədə istintaq başladı

2019-09-20 / 13:57:56
img Cəmiyyət
Şagirdlərin nəqliyyatdan pulsuz istifadəsi mümkündürmü?

2019-09-20 / 13:56:59
img Sosial
Azərbaycanda çörəyin qiyməti bahalana bilər: – 23 faiz artım var

2019-09-20 / 13:50:40
img Günün xəbərləri
Sabahın hava proqnozu - temperatur aşağı düşəcək, qar yağacaq

2019-09-20 / 13:44:24
img Manşet xəbərləri
Millət vəkili 300 min dollar borca görə deputat vəsiqəsini girov qoyub

2019-09-20 / 13:43:18
img Manşet xəbərləri
Hacı Əliyev DÇ-ni medalsız başa vurdu

2019-09-20 / 13:41:02
img Sosial
Uşaqlar nədən bu qədər çox ölür? - BMT açıqladı

2019-09-20 / 13:39:51
img Hadisə
Zabit Səmədov “Diriliş Osman”ın çəkiliş meydanında

2019-09-20 / 13:38:11
img Dünya
ABŞ donanması UNO videolarının real olduğunu təsdiqlədi - VİDEO

2019-09-19 / 18:26:21

Bütün xəbərlər