logo
RU

Manşet xəbərləri

“İlin-günün bu vaxtı 2 manata pomidor, 1 manata xiyar olmaz axı...” - Deputatdan haqlı İRAD

img




Yayın bu qızmarında kənd təsərrüfatı məhsullarının “qızan” qiymətləri vətəndaşların haqlı narazılığına səbəb olub. Bineyi-qədimdən deyirlər ki, həm geyim, həm də yemək baxımından kasıbınkı yaydır. Kasıb xiyar-pomidor, bir az da pendirlə qarnını doyurmaq üçün hər dəfə yayı gözləsə də, görünən odur ki, bu mövsüm ac qalacaq. Axı kiloqramı 2 manata pomidor, 1 manata xiyarı alıb yeməyə qıymırsan. Onsuz da mer-meyvədən əlimizi üzmüşük. Qoy bizim gilasları afrikanlar yesin, biz yeməsək də olar. Təki hesabat verəndə sinəmizi qabardıq “ixracımız artıb” deyə bilək...

Kasıbdan söz düşmüşkən parlamentdə onların hüquqlarını müdafiə edən 3-4 deputat varsa, ilkin yada düşəni Vahid Əhmədovdur. Elə bu səbəbdən də ona müraciət etdik.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, ixracdan əvvəl daxili tələbatı nəzərə almaq lazımdır:

“Əvvəl daxili bazarı təmin etmək lazımdır ki, insanlar yüksək qiymətə məhsul almağa məcbur olmasınlar. Bundan sonra ixrac məsləsinə baxmaq lazımdır. Dövlətin imkanları var, istənilən vaxt istənilən fermerdən istənilən kənd təsərrüfatı məhsulunu ala, ehtiyatda saxlaya və bazara buraxa da bilər”.

İqtisadçı deputat ixracın artması səbəbindən daxildə qiymətlərin bahalaşdırılmasının qanunauyğun olmadığını bildirib:
“İxrac artıb deyə daxildə qiymətləri niyə qaldırmalıyıq?! Hələ əməkhaqları ilə bağlı Prezident tərəfindən qərar veriləndə biz bunun süni şəkildə qiymətlərə təsir edəcəyini bildirmişdik. Əməkhaqlarının artımı sentyabrdan nəzərdə tutulub, amma indidən bahalaşma gedir. Bizdə həmişə belə olub, maaş artırılan kimi, bundan sui-istifadə edən sahibkarlar da məhsulları bahalaşdırır. Mən hesab edirəm ki, ilk növbədə daxili bazarı qorumaq və qiymətləri stabilləşdirmək lazımdır. Bundan sonra ixracı həyata keçirmək lazımdır. Heç kim ixracın əleyhinə deyil, biz də istəyirik ölkəyə daha çox valyuta daxil olsun”.

Parlamentari qeyd edib ki, kənd təsərrüfatı məhsullarının baha olması ilə bağlı vətəndaşlar tərəfindən narazılıqlar var:
“Biz özümüz də bu ölkənin vətəndaşı olaraq dükan-bazardan bazarlıq edirik və bahalığı hiss edirik. İlin-günün bu vaxtı 2 manata pomidor, 1 manata xiyar, 90 qəpiyə soğan və s. olmaz axı... İnsanlar tərəfindən bununla əlaqədar olaraq müraciətlər artmaqdadır. Ona görə də müvafiq dövlət qurumları bu işlə məşğul olub daxili bazarı stabilləşdirməlidirlər”. 







Xəbər lenti

img Dünya
Bitkoinin qiyməti yenidən 10 min dollardan aşağı düşüb

2019-07-17 / 15:12:43
img Hadisə
Bakıda geyim mağazasından oğurluq olub- VİDEO

2019-07-17 / 15:11:43
img Dünya
Türkiyə təhlükəsizlik qüvvələri başına 1.5 milyon mükafat qoyulmuş PKK-çını məhv etdi

2019-07-17 / 15:10:37
img Dünya
Ələkbərov ən varlı 59-cu iş adamıdır

2019-07-17 / 15:09:47
img Ölkə
Məzuniyyət depressiyası: normal istirahət üçün nə etməli?

2019-07-17 / 15:07:41
img Dünya
“Sotheby’s” hərracında Azərbaycan: Nobel qardaşlarının saatından Tahir Salahovun rəsm əsərinədək - FOTO

2019-07-17 / 14:35:48
img Ölkə
Sabah rayonlarda şimşək çaxacaq, dolu düşəcək

2019-07-17 / 14:07:06
img Ölkə
Azərbaycanda əhalinin sayı daha 13 133 nəfər artıb

2019-07-17 / 11:09:19
img Manşet xəbərləri
Bu ilin ilk beş ayında İstanbulu rekord sayda turist ziyarət edib

2019-07-17 / 10:04:00
img Dünya
"Telegram" və "WhatsApp"da yeni boşluq aşkar edildi

2019-07-17 / 10:00:13
img Günün xəbərləri
Manatın MƏZƏNNƏSİ

2019-07-17 / 09:57:43
img Ölkə
Təmas xəttində SON DURUM

2019-07-17 / 09:56:20
img Hadisə
Avtovağzal kassirlə bağlı ciddi ölçü götürdü - 5 yaşlı uşağa tam bilet satıb

2019-07-17 / 09:51:37
img Dünya
Dünya Səhiyyə Təşkilatı: İnternet oyunları müasir dövrün xəstəliyidir

2019-07-17 / 09:50:02
img Manşet xəbərləri
“Sədərək” Ticarət Mərkəzinin sahibi cərimələndi - Sahili hasarladığına görə

2019-07-16 / 18:08:25
img Dünya
Almaniyadan ən çox Türkiyə silah alır

2019-07-16 / 18:03:06
img Ölkə
Rusiya vətəndaşları Tbilisidə aksiya keçiriblər

2019-07-16 / 18:01:45
img Cəmiyyət
Ulduz futbolçudan daha bir nümunəvi addım

2019-07-16 / 18:00:15
img Hadisə
"Bibim oğlu böyrəyini satanda mən də satıb bəzi problemləri həll etmək istədim"- məhkəmə işi

2019-07-16 / 17:56:42
img Dünya
Nigeriyada 10 türk dənizçi girov götürülüb

2019-07-16 / 17:54:53
img Cəmiyyət
"Mənə dedi ki, özünə Şəbnur, Şəbtac adını qoy" - Şəbnəm Tovuzlu Şəbnəm Tapdıqdan danışdı

2019-07-16 / 17:52:48
img Ölkə
Dilgəm Əsgərovun oğlu atasına məktub göndərib

2019-07-16 / 17:50:17
img Cəmiyyət
Məni öldürməsələr, yaxşı olacaq – Musa Yaqub

2019-07-16 / 16:20:24
img Manşet xəbərləri
Ekspert: Bakıda meyvə-tərəvəz rayonlardan iki dəfə baha satılır

2019-07-16 / 14:37:59
img Dünya
Onların bir də “qoca” halını görün... - FOTOLAR

2019-07-16 / 14:35:46

Bütün xəbərlər