logo
RU

Hadisə

Dünya rekordçusu Azərbaycan millisindən imtina etdi

img




Slovakiya əsilli voleybolçu Yana Kulanın Azərbaycan milli komandasının Olimpiya Təsnifat Turniri üçün açıqlanan heyətdə yer almamasının səbəbi məlum olub. APA-nın məlumatına görə, 2012-ci ildə milliləşdirilərək komandamıza cəlb olunan hücumçu Braziliyada keçiriləcək yarışın hazırlıqlarına yığma karyerasını başa vurduğu üçün qatılmayıb. Belə ki, voleybolçularımız Qızıl Avropa Liqasından sonra Tokio-2020-yə lisenziya üçün hazırlığa start veriblər. Lakin 30 nəfərlik namizədlər arasında Y.Kulanın adı olsa da, o, yekun siyahıdan kənarda qalıb. Dünya rekordçusunun Azərbaycan Voleybol Federasiyasının dəvətindən imtinasının səbəbi isə yığmadan ayrılmaq istəyidir. Bunu 32 yaşlı hücumçunun meneceri də əməkdaşımızla söhbətində təsdiqləyib: "Bəli, onu yığmaya çağırmışdılar. Lakin Yana daha əvvəldən federasiyanı milli karyerasını başa vuracağı barədə məlumatlandırmışdı. Bundan əlavə, tibbi baxımdan da onun iyulda oynaması mümkün deyildi. Yaponiyadakı gərgin mövsümdən sonra həkim də buna icazə vermirdi. Kulan hər zaman Azərbaycan pasportu daşımasından qürur duyur. Lakin idmançı milli ilə vidalaşmaq, gənclərə yol verməyin vaxtı olduğu qənaətinə gəlib”.  Beləliklə, 198 sm boya malik Y.Kulan bir daha əsas komandamızda forma geyinməyəcəyi barədə qərar qəbul edib. O, son bir ildə belə addım atan ikinci voleybolçumuzdur. Ötən il keçirilən dünya çempionatından sonra Natalya Məmmədova da milli karyerasını bitirdiyini rəsmən elan etmişdi. Azərbaycana Matiasovska kimi gəlib, ardınca Ağayeva, sonra Kulan soyadını daşıyan slovakiyalı əsas komandamızla 2 dəfə dünya, 7 dəfə Avropa çempionatı, 1 dəfə Avropa Oyunlarında və 3 dəfə Avropa Liqasında çıxış edib. Qeyd edək ki, Y.Kulan Yaponiyanın "Toray” klubunda keçirdiyi 2018/19 mövsümünün gedişində bir oyunda 60 xal toplayaraq dünya voleybolu tarixində ən yüksək göstəriciyə imza atıb. O, kişi voleybolçuların rekordçusu, bir matçda 59 xal toplayan Leonardo Levanı da arxada qoyub. Y.Kulana qədər qadınların rekordu yığmamızın digər milliləşmiş legioneri Polina Rəhimovaya məxsus olub – 58 xal.







Xəbər lenti

img Dünya
Bitkoinin qiyməti yenidən 10 min dollardan aşağı düşüb

2019-07-17 / 15:12:43
img Hadisə
Bakıda geyim mağazasından oğurluq olub- VİDEO

2019-07-17 / 15:11:43
img Dünya
Türkiyə təhlükəsizlik qüvvələri başına 1.5 milyon mükafat qoyulmuş PKK-çını məhv etdi

2019-07-17 / 15:10:37
img Dünya
Ələkbərov ən varlı 59-cu iş adamıdır

2019-07-17 / 15:09:47
img Ölkə
Məzuniyyət depressiyası: normal istirahət üçün nə etməli?

2019-07-17 / 15:07:41
img Dünya
“Sotheby’s” hərracında Azərbaycan: Nobel qardaşlarının saatından Tahir Salahovun rəsm əsərinədək - FOTO

2019-07-17 / 14:35:48
img Ölkə
Sabah rayonlarda şimşək çaxacaq, dolu düşəcək

2019-07-17 / 14:07:06
img Ölkə
Azərbaycanda əhalinin sayı daha 13 133 nəfər artıb

2019-07-17 / 11:09:19
img Manşet xəbərləri
Bu ilin ilk beş ayında İstanbulu rekord sayda turist ziyarət edib

2019-07-17 / 10:04:00
img Dünya
"Telegram" və "WhatsApp"da yeni boşluq aşkar edildi

2019-07-17 / 10:00:13
img Günün xəbərləri
Manatın MƏZƏNNƏSİ

2019-07-17 / 09:57:43
img Ölkə
Təmas xəttində SON DURUM

2019-07-17 / 09:56:20
img Hadisə
Avtovağzal kassirlə bağlı ciddi ölçü götürdü - 5 yaşlı uşağa tam bilet satıb

2019-07-17 / 09:51:37
img Dünya
Dünya Səhiyyə Təşkilatı: İnternet oyunları müasir dövrün xəstəliyidir

2019-07-17 / 09:50:02
img Manşet xəbərləri
“Sədərək” Ticarət Mərkəzinin sahibi cərimələndi - Sahili hasarladığına görə

2019-07-16 / 18:08:25
img Dünya
Almaniyadan ən çox Türkiyə silah alır

2019-07-16 / 18:03:06
img Ölkə
Rusiya vətəndaşları Tbilisidə aksiya keçiriblər

2019-07-16 / 18:01:45
img Cəmiyyət
Ulduz futbolçudan daha bir nümunəvi addım

2019-07-16 / 18:00:15
img Hadisə
"Bibim oğlu böyrəyini satanda mən də satıb bəzi problemləri həll etmək istədim"- məhkəmə işi

2019-07-16 / 17:56:42
img Dünya
Nigeriyada 10 türk dənizçi girov götürülüb

2019-07-16 / 17:54:53
img Cəmiyyət
"Mənə dedi ki, özünə Şəbnur, Şəbtac adını qoy" - Şəbnəm Tovuzlu Şəbnəm Tapdıqdan danışdı

2019-07-16 / 17:52:48
img Ölkə
Dilgəm Əsgərovun oğlu atasına məktub göndərib

2019-07-16 / 17:50:17
img Cəmiyyət
Məni öldürməsələr, yaxşı olacaq – Musa Yaqub

2019-07-16 / 16:20:24
img Manşet xəbərləri
Ekspert: Bakıda meyvə-tərəvəz rayonlardan iki dəfə baha satılır

2019-07-16 / 14:37:59
img Dünya
Onların bir də “qoca” halını görün... - FOTOLAR

2019-07-16 / 14:35:46

Bütün xəbərlər