logo
RU

Dünya

Norveçdə 174 min dollar milyonçusu var

img




Dünyada dollar milyonçularının sayı azalsa da, Norveçdə bu kateqoriyaya daxil olan insanların sayı artmaqda davam edir. Hazırda 174 mindən çox norveçli dollar milyonçusu hesab olunur. AzərTAc xəbər verir ki, norveçli dollar milyonçularının sayı 2007-ci ildən bəri 3 dəfə artıb. Lakin 2017-ci ildən 2018-ci ilədək artım cəmi 2,4 faiz təşkil edib. Bu göstəricilər “Capgemini” iri konsaltinq və texnoloji şirkətinin “2019-cu ilin dünya sərvətləri barədə məruzə” adlı hesabatında göstərilib. Məruzədə əsas yaşayış yerinin hüdudlarından kənarda 1 milyon həcmində kapital qoyulan əmlaka sahib olan şəxs dollar milyonçusu kimi müəyyən edilir. Hesabatda deyilir ki, Norveçdə zənginlərin orta artım sayı qismən daşınmaz əmlaka qoyulan qiymətlərin tarazlaşdırılması və fond birjalarında artım sürətinin aşağı düşməsi ilə səciyyələnir. İpotekaya və faiz artımına daha ciddi tələblər Norveçin daşınmaz əmlak bazarını ruhdan salır. Bu, həmçinin ölkədə ötən il müşahidə edilən rifah halının şübhəli artımına da səbəb olur. Eyni zamanda, Norveç dollar milyonçularının müsbət artımı müşahidə edilən az sayda olan Qərb ölkələrinin sırasına daxildir. Bununla belə, hesabata əsasən, son 7 il ərzində arasıkəsilməyən artımdan sonra bütün dünyada dollar milyonçularının sayı 0,3 faiz azalıb. Dollar milyonçularının sayının azalması əsasən fond birjalarındakı vəziyyətdən, xüsusən də Cənub-Şərqi Asiya iqtisadiyyatında müşahidə olunan zəifləmədən asılıdır. Eyni zamanda, “Capgemini”də qeyd edildiyi kimi, Brexit və bir neçə nəhənglər arasında gedən ticarət müharibələri bəzi bazarlarda qeyri-müəyyənlik yaradır. Bu, bütün dünyada dollar milyonçularının ümumi aktivlərinin 3 faiz azalmasına gətirib çıxarıb. Ən çox azalma Cənub-Şərqi Asiyadadır, Çinin payına dünyada ümumi azalmanın dörddəbirindən çoxu düşür. Azalma ən zənginlərin arasında sərvətlərin zəifləməsi ilə əhəmiyyətli dərəcədə bağlıdır. Lakin Yaxın Şərqdə bu meyil ziddiyyət təşkil edir. Burada dollar milyonçularının aktivləri 2017-ci ildən 2018-ci ilədək 4 faiz, dollar milyonçularının sayı isə 6 faiz artıb. Qeyd edək ki, “Capgemini”nin hesabatına görə, dünyada yaşayan dollar milyonçularından hər on nəfərin altısından çoxu Amerika Birləşmiş Ştatlarında, Yaponiyada, Almaniyada və Çində yaşayır.







Xəbər lenti

img Dünya
Ərdoğanla Əsəd görüşəcək? - Rusiyadan AÇIQLAMA

2019-10-16 / 18:53:31
img Qafqaz
XİN-dən həmsədrlərin Qarabağa səfəri ilə bağlı AÇIQLAMA

2019-10-16 / 18:51:46
img Günün xəbərləri
Ronaldo "Instagram" gəlirlərində Messini iki dəfə üstələyir

2019-10-16 / 18:50:45
img Hadisə
75 yaşlı qadın 80 yaşlı ərindən uşaq dünyaya gətirdi

2019-10-16 / 18:49:29
img Cəmiyyət
Mədəsində helikobakteriyası bu qidaları yesin – Yanma və köpə qarşı

2019-10-16 / 18:48:27
img Manşet xəbərləri
Rafael Cəbrayılov villasını satışa çıxartdı – Qardaşı ilə böyük qalmaqal

2019-10-16 / 15:57:15
img Manşet xəbərləri
Rusiya bu qərardan sonra 7,7 milyard dollar itirdi

2019-10-16 / 15:55:51
img Dünya
Məşhur restoran müştərilərinə eşşək əti yedizdirirmiş

2019-10-16 / 15:52:48
img Dünya
Böyük Britaniya Brexit müqaviləsinin astanasındadır

2019-10-16 / 15:51:32
img Ölkə
Hansı məhsullar bahalaşıb? - RƏSMİ

2019-10-16 / 15:50:25
img Cəmiyyət
Azərbaycanlılar ruslardan 2 il çox, ingilislərdən 6 il az yaşayır – İLGİNC STATİSTİKA

2019-10-16 / 15:48:54
img Dünya
Hər il dünyada nə qədər ərzaq israf olunur? - Baş katib açıqladı

2019-10-16 / 15:43:18
img Cəmiyyət
Haker hücumundan müdafiənin YOLLARI

2019-10-16 / 13:50:14
img Cəmiyyət
Hündürdaban ayaqqabı xəstəlik yaradır (VİDEO)

2019-10-16 / 13:48:56
img Dünya
“Apple” ucuz “iPhone” buraxacaq

2019-10-16 / 13:46:31
img Ölkə
Hava yağmursuz olacaq

2019-10-16 / 13:42:13
img Hadisə
Ölümcül infarkta qarşı vasitə tapılıb

2019-10-16 / 13:41:04
img Dünya
Oktyabrın 16-sı Dünya Anestezioloq Günüdür

2019-10-16 / 13:03:11
img Günün xəbərləri
UNEC-dən neftin qiyməti ilə bağlı PROQNOZ

2019-10-16 / 13:02:12
img Dünya
ABŞ-da demokratik debatların dördüncü turu keçirilib

2019-10-16 / 13:00:59
img Qafqaz
Gürcüstanda qız qaçırılmasını sərt tənqid edən azərbaycanlı müəllim ictimai qınaqla üzləşib

2019-10-15 / 17:35:53
img Manşet xəbərləri
Türkiyəyə futbolda da təzyiq başladı – UEFA-dan qərar

2019-10-15 / 17:30:47
img Günün xəbərləri
Prokuror BDU-nun qalmaqallı müəlliminin 50 min rüşvət verdiyi şəxsə cəza istədi

2019-10-15 / 17:29:32
img Dünya
Terrorçular Suriyadan Türkiyəyə top atıb, 2 dinc sakin ölüb

2019-10-15 / 17:28:00
img Cəmiyyət
Səhvən 19 il həbsdə yatdı, 4,8 milyon dollar təzminat aldı

2019-10-15 / 17:26:50

Bütün xəbərlər