logo
RU

Sosial

Gənc yaşda intihar edən idmançılarımız: Onları ölümə aparan səbəblər

img




Xəbər verdiyimiz kimi, dünən 2001-ci il təvəllüdlü akrobatika üzrə dördqat Avropa çempionu Məmmədzadə Aynur Əfqan qızı yaşadığı binanın 4-cü mərtəbəsindən özünü atıb. Onun ölümünə səbəb kimi isə yoldaşından boşanması və bundan sonra bir neçə nəfərlə danışmaq istəsə də, anasının qadağa qoyması göstərilir. Bu hadisə Azərbaycanda son illər idmançıların özünə qəsd etməsi hallarınının artması problemini yenidən gündəmə gətirib. İntihar edən idmançıların hər biri müxtəlif səbəblərdən bu yola əl atıb. Böyük əksəriyyət isə ailə-məişət problemlərindən dolayı özünü öldürməyi seçib. Müxtəlif illərdə intihar edən idmançılarımızı və onların ölüm səbəblərini təqdim edirik: Cari ilin 10 martında gecə saat 03:00-da 14 yaşlı Nurlana Əhmədova özünə qəsd edib. Yaşayış binasının 9-cu mərtəbəsindən özünü atan Nurlana hadisə yerindəcə keçinib. O, Azərbaycan Kopoera Federasiyasının üzvü olub və Azərbaycan yığmasının heyətində yer alıb. 13 iyul 2017-ci il tarixində yeniyetmə və gənc samboçulardan ibarət yığma komandasının üzvü, ikiqat Avropa çempionu olan Rəşad Dünyamalıyev intihar edib. 18 yaşlı idmançı Binəqədi kəndində yaşadığı evin həyətində özünü asıb. Onun intihara hansı səbəbdən əl atdığı səbəbi bilinməyib. 30 may 2017-ci ildə İftixar Taleh oğlu Məhərrəmov intihar edib. O, budo idman növü üzrə Dünya və Avropa çempionu idi, həmçinin kikboksinqlə də məşğul olurdu. 1997-ci il təvəllüdlü İftixarın anası ilə mübahisə edərək özünü yaşadığı binanın 10-cu mərtəbəsindən atdığı bildirilib. 2013-cü ilin 10 iyun tarixində sambo və cüdo üzrə dəfələrlə respublika çempionu olmuş  Əhəd Rəcəbli özünü yaşadığı mənzildə idman arenasında qazandığı qara kəmərlə asıb. Əhəd Rəcəblinin  son vaxtlar psixoloji cəhətdən bəzi problemlərinin olduğu və tez-tez dostlarına depressiya ilə bağlı gileyləndiyi qeyd edilib. O, intihardan əvvəl yoldaşını çörək almaq üçün mağazaya göndərib və o geri qayıdana kimi canına qıyıb. Digər bir intihar hadisəsi isə yenə 2013-cü ildə, Əhəd Rəcəblinin ölümündən 1 gün sonra - 11 iyunda baş verib.  Kikboksinq üzrə keçmiş Avrasiya çempionu, idman ustası, 1977-ci il təvəllüdlü Fərhad Məmməd oğlu Aşurov özünü asıb. Federasiyadan onun narkotik maddə aludəçisi olduğunu öyrəndikdən sonra idmandan kənarlaşdırıblar. Bundan sonra o, həbsdə də olub. Keçmiş idmançının sağlamlığı, o cümlədən psixikası ilə problemləri olduğu üçün o, psixonevroloji dispanserdə uçotda olub. Alınmış məlumatlara görə, Aşurov həm də ayağında aparılacaq əməliyyata hazırlaşırmış. Onun yaşadiği yerdə də sıxıntılar çəkdiyi qeyd edilib. ("Yeni Sabah”)







Xəbər lenti

img Qafqaz
Rusiya Ermənistana sabiq millət vəkilini təhvil verməyi rədd edib

2019-08-17 / 17:29:10
img Manşet xəbərləri
“Fitch” Gürcüstanın iqtisadi artım proqnozunu azaldıb

2019-08-17 / 17:27:49
img Cəmiyyət
Əzələlərini iynə ilə şişirdənin qolları kəsilə bilər – Foto

2019-08-17 / 17:25:29
img Günün xəbərləri
Avqustun 17-nə olan hava proqnozu

2019-08-17 / 17:24:16
img Dünya
Yerdə istilik rekord həddi aşıb

2019-08-17 / 17:23:17
img Dünya
ABŞ "Huawei"ə güzəştə gedə bilər

2019-08-17 / 11:39:22
img Dünya
Pedofil milyarderin ölüm səbəbi bilindi

2019-08-17 / 11:34:40
img Günün xəbərləri
Azərbaycanda qadın əməliyyatdan 1 saat sonra öldü

2019-08-17 / 11:32:21
img Dünya
Eden Hazard ağır zədələnib

2019-08-17 / 11:31:25
img Hadisə
Azərbaycan nefti ucuzlaşıb

2019-08-17 / 11:30:02
img Hadisə
Günahsız yerə 26 il həbs yatdı, 1 milyon təzminat alacaq

2019-08-17 / 11:29:06
img Dünya
Ən çox ABŞ istiqrazlarına sahib xarici ölkə dəyişib

2019-08-16 / 18:25:24
img Dünya
İsrail müsəlman konqresmenləri ölkəyə buraxmayacaq

2019-08-16 / 18:19:34
img Ölkə
Manatın üçgünlük məzənnəsi açıqlandı

2019-08-16 / 18:11:33
img Dünya
Putin pilotlara “Rusiya qəhrəmanı” adı verdi

2019-08-16 / 18:10:38
img Dünya
“Yandex” əhalini hakimiyyətə qarşı qızışdırır?

2019-08-16 / 18:08:49
img Cəmiyyət
Hüseyn Dəryanın qızı atasının vəsiyyətinə əməl etmək istəyir - Məşhurların son günü

2019-08-16 / 11:36:54
img Dünya
Neft Fondu Çin yuanına görə pul itirir? - AÇIQLAMA

2019-08-16 / 11:35:19
img Günün xəbərləri
Dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək

2019-08-16 / 11:22:59
img Ölkə
Cəbhə xəttində erməni təxribatı davam edir

2019-08-16 / 11:20:18
img Manşet xəbərləri
Sələm kredit müqaviləsinin qeyri-rəsmi formasıdır - VERGİ ÖDƏMƏLİDİRLƏR

2019-08-16 / 11:17:52
img Ölkə
Qubanın icra başçısının intihar edən sabiq müavini əvvəllər iki dəfə intihara cəhd edib - RƏSMİ

2019-08-16 / 11:16:02
img Dünya
Bu şəhərdə elektrosamokatların icarəsi qadağan edildi

2019-08-16 / 11:13:45
img Qafqaz
"Rustavi 2"ni almaq istəyən yoxdur

2019-08-15 / 17:58:40
img Hadisə
Quba icra başçısının keçmiş müavini özünü asdı - ŞOK

2019-08-15 / 17:56:42

Bütün xəbərlər