logo
RU

Ölkə

Lari büdrədi, bəs manatın taleyi necə olacaq?

img




Gürcüstanın milli valyutası larinin ucuzlaşması manata psixoloji təsir etməkdədir. Artıq bir sıra valyutadəyişmə məntəqələrində dolların alış kursu çox cüzi olsa da bahalaşıb. Oxu.Az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov məlumat verib. O bildirib ki, son günlər ən çox müraciət olunan suallardan biri manatın taleyi ilə bağlıdır: “Gürcüstanda artıq 1 dollar almaq üçün 2.87 lari ödəmək lazımdır. Düz bir il əvvəl Tbilisidə 1 dollar 2.4 lariyə dəyişdirilirdi. Bu o deməkdir ki, son 1 ildə lari 17 faiz dəyər itirib. Gürcüstana ildə 1.5 milyon turist göndərən Rusiyanın gürcü mallarının idxalını əngəlləcəyi təhlükəsi lariyə təzyiqi artırır. İki ölkə arasında gərginliyin artacağı halda larinin daha da ucuzlaşacağı istisna olunmur”. Ekspert qeyd edib ki, bir sıra banklarda 1 dollar 1.7007 manata təklif edilir: “Doğrudur, neftin qiyməti Mərkəzi Bank üçün məqbul səviyyədədir. Artıq neftin 1 bareli 67 dollardan baha satılır. Bununla belə, qonşu ölkələrin milli valyutalarının ucuzlaşması bizim valyuta bazarımıza təsirsiz ötüşmür. Amma yenə də Mərkəzi Bankın mövqeyi həlledicidir. Güman olunur ki, manatın məzənnəsinin necə dəyişməsi birbaşa baş bankın mövqeyindən asılı olacaq. Bununla yanaşı, bu ilin avqust və dekabr aylarında dollara tələbin yenidən artacağı gözlənilir. Belə ki, avqustun ikinci yarısı və sentyabrın əvvəli idxal olunan məktəb ləvazimatlarına tələb artdığına görə dollar alışı yüksəlir. İlin sonunda da idxal və xarici turist səfərlərinin sayı artır. Dövlət və özəl müəssisələrin xarici borc öhdəlikləri var və bu da dollara tələbi artırır. Ona görə də yenidən ilin sonunda dollara tələbin artacağını proqnozlaşdırırıq. Bu baxımdan Mərkəzi Bank dollar təklifini aylar üzrə optimallaşdırmağa çalışmalıdır”.







Xəbər lenti

img Dünya
ABŞ donanması UNO videolarının real olduğunu təsdiqlədi - VİDEO

2019-09-19 / 18:26:21
img Manşet xəbərləri
“Türkiyə boş vədlərdən boğaza qədər doyub!” – Ərdoğan ABŞ və Aİ-ni qınadı

2019-09-19 / 18:22:51
img Günün xəbərləri
“Böyük müharibə başlayacaq” – İran təhdid etdi

2019-09-19 / 18:21:37
img Sosial
13 il ərzində 1530 nəfər valideynlik hüququndan məhrum edilib

2019-09-19 / 18:19:29
img Dünya
Səudiyyə Ərəbistanı İraqdan 20 milyon barel neft istəyib

2019-09-19 / 18:16:53
img Günün xəbərləri
Dolların sabahkı məzənnəsi açıqlanıb

2019-09-19 / 18:13:44
img Dünya
Tramp: "Bir zənglə istənilən ölkəyə girə bilərik"

2019-09-19 / 12:22:35
img Cəmiyyət
Talıb Talenin keçmiş sevgilisi: "Məni aldatdı, almadı"

2019-09-19 / 12:20:55
img Cəmiyyət
"Bizim Cəbiş müəllim" filmindəki meyxananın müəllifi açıqlandı - 50 ildən sonra...

2019-09-19 / 12:17:19
img Günün xəbərləri
Yeni təmir olunan “Xətai” metrostansiyasında problem - VİDEO

2019-09-19 / 12:15:16
img Manşet xəbərləri
Sosial şəbəkələrin forması dəyişiləcək

2019-09-19 / 12:14:00
img Hadisə
Bakıda Əzizbəyovun büstü götürüldü - FOTO

2019-09-19 / 12:12:53
img Dünya
Dünya çempionatında Hacı Əliyevlə hakimlər arasında QALMAQAL

2019-09-19 / 11:42:48
img Ölkə
İqor Ponomaryov “Sabah”ın baş məşqçi postuna gətirildi

2019-09-19 / 11:39:27
img Ölkə
Düşmən atəşkəsi 19 dəfə pozdu

2019-09-19 / 11:38:05
img Ölkə
Azərbaycandakı milyarder və milyonçular...

2019-09-19 / 11:33:32
img Manşet xəbərləri
Broyler toyuqları bu xərçəng riskini artırır – Sübut olundu

2019-09-18 / 19:22:02
img Hadisə
Azərbaycanlı həkim Türkiyədə TUTULDU - Rüşvətə görə

2019-09-18 / 16:32:22
img Günün xəbərləri
Nəsimidə parkı söküb bina tikən sahibkar azadlığa buraxıldı - MÜƏMMA (VİDEO)

2019-09-18 / 16:31:27
img Ölkə
Deputat Məşğulluq Xidmətini TƏNQİD ETDİ: - "Aşağı səviyyəli işləri təklif edir"

2019-09-18 / 16:29:20
img Manşet xəbərləri
 Azərbaycanda 6 məhkəmə hakimi intizam məsuliyyətinə cəlb edilib, bir hakim vəzifədən azad olunub

2019-09-18 / 16:27:44
img Dünya
Ərdoğan ABŞ-a iki həftə vaxt verdi

2019-09-18 / 16:26:24
img Manşet xəbərləri
Sosial evləri varlılar alıb, kasıblara kirayə verir - İqtisadçı

2019-09-18 / 11:34:48
img Ölkə
“Azərbaycanfilm” kinostudiyasına yeni direktor təyin edilib

2019-09-18 / 11:33:29
img Manşet xəbərləri
Rusiya rəqibləri üçün “əlçatmaz” raket hazırladı

2019-09-18 / 11:31:42

Bütün xəbərlər