logo
RU

Manşet xəbərləri

Bankların yeni “gəlir mənbəyi” - 500 avroluq əsginaslara komissiya haqqı

img




Azərbaycan banklarının əksəriyyəti 500 avroluq pul nişanının qəbuluna bir faizlik komissiya haqqı müəyyənləşdirib. Oxu.Az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov məlumat verib. V.Bayramov qeyd edib ki, bank xərclərinin azaldılmasının müzakirə edilməsinə baxmayaraq, hələ də əksər banklarımız xərc artırmağı hədəfləyiblər: “Azərbaycan banklarlarının əksəriyyəti 500 avroluq pul nişanının qəbuluna bir faizlik komissiya haqqı müəyyənləşdirib. Bu o deməkdir ki, vətəndaş 500 nominallı avro əsginası ilə əməliyyat aparırsa, o zaman əlavə olaraq bir faiz ödəməlidir. Məsələn, 500 əsginaslıqlardan ibarət olan 50 min avronu hesabında yerləşdirmək istəyən vətəndaşımız həmin 500 avrodan birini banka “hədiyyə” etmək məcburiyyətindədir”. Onun sözlərinə görə, bankların tədavüldə istifadəsi davam edən əsginas üçün əlavə ödəniş müəyyənləşdirməsi bir daha göstərir ki, əksər banklarımızı sadəcə gəlir əldə etmək maraqlandırır: “Halbuki bir müddət öncə Azərbaycan Mərkəzi Bankı 500 nominallıq avro əsginaslarının ölkədaxili istifadəsi ilə bağlı heç bir problemin olmadığını bəyan edib. Bankların heç bir iqtisadi əsas olmadan bu tip komissiya haqları müəyyənləşdirməsi sadəcə müştəri üçün əlavə xərc yaratmağa hesablanır. Bank xərclərinin azaldılmasının müzakirə edilməsinə baxmayaraq, hələ də əksər banklarımız xərc artırmağı hədəfləyiblər. Əslində, belə xərclər müəyyənləşdirilən zaman həm Mərkəzi Bankın, həm də Maliyyə Bazarlarına Nəzarət Palatasının məsələyə mövcud qanunvericilik çərçivəsində müdaxiləsi çox vacibdir”. V.Bayramov Avropa Mərkəzi Bankının 4 may 2016-cı ildə 500 avro nominallı əsginasın istehsalının dayandırılması və 2018-ci ilin sonlarından isə bu nominalın təkrar tədavülə buraxılmaması ilə bağlı qəbul etdiyi qərara da diqqət çəkib: “Bununla yanaşı, Avropa Mərkəzi Bankı tərəfindən 500 avroluq pul nişanının bütün kommersiya strukturlarının (o cümlədən, banklar, ixtisaslaşmış nağd pul təşkilatları, valyuta mübadiləsi büroları və s.) mədaxil və məxaric əməliyyatlarında qalmasına icazə verilib, bütün digər nominallı avro əsginaslar kimi, onun da daima öz nominal dəyərini saxlayacağı və müddətsiz olaraq Avrosistemə daxil olan mərkəzi banklar tərəfindən dəyişdiriləcəyi qeyd olunub. Avropa Mərkəzi Bankının, hətta Azərbaycan Mərkəzi Bankının açıqlamalarına baxmayaraq, əksər banklarımız müştərilərin xərci hesabına yeni gəlir mənbələri axtarışını davam etdirirlər”.







Xəbər lenti

img Dünya
ABŞ donanması UNO videolarının real olduğunu təsdiqlədi - VİDEO

2019-09-19 / 18:26:21
img Manşet xəbərləri
“Türkiyə boş vədlərdən boğaza qədər doyub!” – Ərdoğan ABŞ və Aİ-ni qınadı

2019-09-19 / 18:22:51
img Günün xəbərləri
“Böyük müharibə başlayacaq” – İran təhdid etdi

2019-09-19 / 18:21:37
img Sosial
13 il ərzində 1530 nəfər valideynlik hüququndan məhrum edilib

2019-09-19 / 18:19:29
img Dünya
Səudiyyə Ərəbistanı İraqdan 20 milyon barel neft istəyib

2019-09-19 / 18:16:53
img Günün xəbərləri
Dolların sabahkı məzənnəsi açıqlanıb

2019-09-19 / 18:13:44
img Dünya
Tramp: "Bir zənglə istənilən ölkəyə girə bilərik"

2019-09-19 / 12:22:35
img Cəmiyyət
Talıb Talenin keçmiş sevgilisi: "Məni aldatdı, almadı"

2019-09-19 / 12:20:55
img Cəmiyyət
"Bizim Cəbiş müəllim" filmindəki meyxananın müəllifi açıqlandı - 50 ildən sonra...

2019-09-19 / 12:17:19
img Günün xəbərləri
Yeni təmir olunan “Xətai” metrostansiyasında problem - VİDEO

2019-09-19 / 12:15:16
img Manşet xəbərləri
Sosial şəbəkələrin forması dəyişiləcək

2019-09-19 / 12:14:00
img Hadisə
Bakıda Əzizbəyovun büstü götürüldü - FOTO

2019-09-19 / 12:12:53
img Dünya
Dünya çempionatında Hacı Əliyevlə hakimlər arasında QALMAQAL

2019-09-19 / 11:42:48
img Ölkə
İqor Ponomaryov “Sabah”ın baş məşqçi postuna gətirildi

2019-09-19 / 11:39:27
img Ölkə
Düşmən atəşkəsi 19 dəfə pozdu

2019-09-19 / 11:38:05
img Ölkə
Azərbaycandakı milyarder və milyonçular...

2019-09-19 / 11:33:32
img Manşet xəbərləri
Broyler toyuqları bu xərçəng riskini artırır – Sübut olundu

2019-09-18 / 19:22:02
img Hadisə
Azərbaycanlı həkim Türkiyədə TUTULDU - Rüşvətə görə

2019-09-18 / 16:32:22
img Günün xəbərləri
Nəsimidə parkı söküb bina tikən sahibkar azadlığa buraxıldı - MÜƏMMA (VİDEO)

2019-09-18 / 16:31:27
img Ölkə
Deputat Məşğulluq Xidmətini TƏNQİD ETDİ: - "Aşağı səviyyəli işləri təklif edir"

2019-09-18 / 16:29:20
img Manşet xəbərləri
 Azərbaycanda 6 məhkəmə hakimi intizam məsuliyyətinə cəlb edilib, bir hakim vəzifədən azad olunub

2019-09-18 / 16:27:44
img Dünya
Ərdoğan ABŞ-a iki həftə vaxt verdi

2019-09-18 / 16:26:24
img Manşet xəbərləri
Sosial evləri varlılar alıb, kasıblara kirayə verir - İqtisadçı

2019-09-18 / 11:34:48
img Ölkə
“Azərbaycanfilm” kinostudiyasına yeni direktor təyin edilib

2019-09-18 / 11:33:29
img Manşet xəbərləri
Rusiya rəqibləri üçün “əlçatmaz” raket hazırladı

2019-09-18 / 11:31:42

Bütün xəbərlər