logo
RU

Ölkə

Şərurlu İsfəndiyarın adı daha bir işdə - 200 nəfəri aldadan iş adamı çıxış yolu axtarır

img




İş adamı növbəti dəfə hakim qarşısına çıxarılıb. Bu dəfə də o, vətəndaşlara qarşı dələduzluqda ittiham edilir. Zərərçəkənlərin sayı 200 nəfərə yaxındır... Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Alışov Cahangir Həsənağa oğlu və Fətəliyev Habil Məmməd oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan məhkəmə iclasında zərərçəkmiş Ruhiyyə Rəsulova ifadə verib. O, həbs edilən şəxslərin hər ikisini tanıdığını bildirib və deyib ki, "Yüksəliş" MTK-dan ev almaq üçün həmin şəxslərə 33 min pul verib, amma alacağı birotaqlı evin başqa şəxslərə də satıldığını bilib. Ruhiyyə Rəsulova əlavə edib ki, bu işdə adı keçən Zaur adlı şəxs ona 3 min manat qaytarıb: "Zaur ev alqı-satqısı ilə məşğul idi. İstintaqda 3 min verib dedi ki, həmin pul ona çatandır". Həbs edilən Habil Fətəliyev deyib ki, Zaura həmin 3 min manatı özü verib. Habil Fətəliyev əlavə edib ki, zərərçəkmişlərin pulu ödənilib. Hakim isə bildirib ki, 3-4 aydır davam edən məhkəmə istintaqında eyni vədlər verilir, amma bir nəfər də olsun məhkəməyə barışıq ərizəsi təqdim etməyib. Habil Fətəliyev 81 nəfərlə razılığa gəldiklərini deyib. Bununla bağlı prokuror maraqlı arayış verərək bildirib ki, zərərçəkən şəxslər "Şərur MTK"ya göndərilir. Həmin şəxslərdən əlavə ödəniş tələb edilir. Belə ki, zərərçəkənlər "Yüksəliş" MTK-dan mənzilin kvadratına görə 400 manat ödəyib. "Şərur" MTK isə mənzilləri 900-1250 manata satır. Bununla da zərərçəkənlərdən 400 manatdan əlavə ödənişlər tələb edilir və belə olan halda mənzil verilir. Prokuror deyib ki, bu zərərin ödənməsi demək deyil. Cahangir Alışov və Habil Fərzəliyevin vəkilləri bildirib ki, "Şərur" MTK-nın təklif etdiyi mənzillər təmirli olduğu üçün baha satılır. Qeyd edək ki, mənzil fırıldaqlarının qurbanı olan şəxslərin problemlərinin həlli ilə bağlı dövlət tərəfindən ayrı-ayrı şirkətlərə göstərişlər verilib. Həmin şirkətlər müəyyən güzəştlərlə mənzil fırıldaqlarının qurbanı olmuş şəxslərə yardım etməlidirlər. Şərurlu İsfəndiyar da Musavat.com-a müsahibəsində bu barədə demişdi. Məhkəmədə iştirak edən zərərçəkmişlər "Şərur" MTK-nın təklifi ilə razılaşmadıqlarını deyiblər: ""Şərur" MTK 1250 manata ev təklif edir. Amma bu bizi qane eləmir. Yasamalda o qiymətə ev almağa dəyməz. Camaat 1300 manata "Elmlər Akademiyası" tərəfdə ev alır. "Şərur" MTK adını təmirli qoyub həmin evləri satır. Amma divara rəng vurub təmir adı ilə satmazlar. Bir nəfər gedib həmin evlərə baxsın. Görün, ona təmir demək olarmı". Məhkəmə araşdırması davam etdirilir. Bildirək ki, Cahangir Alışov "Yeni Yasamal" MTK-nın sədri olub. Habil Fətəliyev isə Cahangir Alışovun səlahiyyətli nümayəndəsi-hüquqşünas kimi fəaliyyət göstərib. İttihama görə, mənzillərin satışını həyata keçirən Habil Fətəliyev və qeyriləri ilə əlbir olub cinayət əlaqəsinə girərək qulluq mövqeyindən sui-istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil ediblər. Bununla da paytaxtın Yasamal rayonunda inşa olunan binadan dəyəri ödənilmiş 33 mənzili yenidən 37 nəfərə sataraq 1 milyon 644 min manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçiriblər. Bundan başqa, C.Alışovun H.Fətəliyev və qeyriləri ilə əlbir olub "Yüksəliş-C" MMC-nin direktoru vəzifəsində işləməklə həmin cəmiyyət tərəfindən Bakı şəhəri, Xətai rayonunda inşa olunan binadan da eyni qaydada 10 mənzili təkrarən 11 nəfərə satmaqla 587 min manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçiriblər. Cahangir Alışov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı), H.Fətəliyevə isə həmin məcəllənin 178.3.2 və 313-cü maddələri ilə ittiham edilir. Bu cinayət işi üzrə zərərçəkən vətəndaşların sayı 198 nəfərdir. Xatırladaq ki, Cahangir Alışovun oğlu Samir Alışov da həbsdədir. O da eyni ittihamlarla təqsirli bilinərək həbs edilib. Samir Alışov da bir evi bir neçə nəfərə satmaqda ittiham edilir. Samir Alışovun məhkəmə iclasında atası Cahangir Alışov və Habil Fətəliyev şahid qismində ifadə veriblər. Cahangir Alışov oğlunun bu işlərdə təqsiririnin olmadığını deyib. Habil Fətəliyev isə bütün günahı öz üzərinə götürərək Alışovları məsuliyyətdən xilas etməyə çalışır. Fətəliyev onu da deyib ki, zərərçəkmişlər dəymiş zərər tam olaraq ödəniləcək.







Xəbər lenti

img Dünya
Bitkoinin qiyməti yenidən 10 min dollardan aşağı düşüb

2019-07-17 / 15:12:43
img Hadisə
Bakıda geyim mağazasından oğurluq olub- VİDEO

2019-07-17 / 15:11:43
img Dünya
Türkiyə təhlükəsizlik qüvvələri başına 1.5 milyon mükafat qoyulmuş PKK-çını məhv etdi

2019-07-17 / 15:10:37
img Dünya
Ələkbərov ən varlı 59-cu iş adamıdır

2019-07-17 / 15:09:47
img Ölkə
Məzuniyyət depressiyası: normal istirahət üçün nə etməli?

2019-07-17 / 15:07:41
img Dünya
“Sotheby’s” hərracında Azərbaycan: Nobel qardaşlarının saatından Tahir Salahovun rəsm əsərinədək - FOTO

2019-07-17 / 14:35:48
img Ölkə
Sabah rayonlarda şimşək çaxacaq, dolu düşəcək

2019-07-17 / 14:07:06
img Ölkə
Azərbaycanda əhalinin sayı daha 13 133 nəfər artıb

2019-07-17 / 11:09:19
img Manşet xəbərləri
Bu ilin ilk beş ayında İstanbulu rekord sayda turist ziyarət edib

2019-07-17 / 10:04:00
img Dünya
"Telegram" və "WhatsApp"da yeni boşluq aşkar edildi

2019-07-17 / 10:00:13
img Günün xəbərləri
Manatın MƏZƏNNƏSİ

2019-07-17 / 09:57:43
img Ölkə
Təmas xəttində SON DURUM

2019-07-17 / 09:56:20
img Hadisə
Avtovağzal kassirlə bağlı ciddi ölçü götürdü - 5 yaşlı uşağa tam bilet satıb

2019-07-17 / 09:51:37
img Dünya
Dünya Səhiyyə Təşkilatı: İnternet oyunları müasir dövrün xəstəliyidir

2019-07-17 / 09:50:02
img Manşet xəbərləri
“Sədərək” Ticarət Mərkəzinin sahibi cərimələndi - Sahili hasarladığına görə

2019-07-16 / 18:08:25
img Dünya
Almaniyadan ən çox Türkiyə silah alır

2019-07-16 / 18:03:06
img Ölkə
Rusiya vətəndaşları Tbilisidə aksiya keçiriblər

2019-07-16 / 18:01:45
img Cəmiyyət
Ulduz futbolçudan daha bir nümunəvi addım

2019-07-16 / 18:00:15
img Hadisə
"Bibim oğlu böyrəyini satanda mən də satıb bəzi problemləri həll etmək istədim"- məhkəmə işi

2019-07-16 / 17:56:42
img Dünya
Nigeriyada 10 türk dənizçi girov götürülüb

2019-07-16 / 17:54:53
img Cəmiyyət
"Mənə dedi ki, özünə Şəbnur, Şəbtac adını qoy" - Şəbnəm Tovuzlu Şəbnəm Tapdıqdan danışdı

2019-07-16 / 17:52:48
img Ölkə
Dilgəm Əsgərovun oğlu atasına məktub göndərib

2019-07-16 / 17:50:17
img Cəmiyyət
Məni öldürməsələr, yaxşı olacaq – Musa Yaqub

2019-07-16 / 16:20:24
img Manşet xəbərləri
Ekspert: Bakıda meyvə-tərəvəz rayonlardan iki dəfə baha satılır

2019-07-16 / 14:37:59
img Dünya
Onların bir də “qoca” halını görün... - FOTOLAR

2019-07-16 / 14:35:46

Bütün xəbərlər