logo
RU

Hadisə

“Virgin Galactic” kosmosa turist göndərmək üçün maliyyə vəsaiti toplayacaq

img




Mərkəzi ofisi ABŞ-ın Kaliforniya ştatında yerləşən və turistlər üçün suborbital kosmik uçular həyata keçirilməsi üzrə ixtisaslaşan “Virgin Galactic” şirkəti maliyyə vəsaiti toplamaq məqsədilə öz səhmlərini birjada yerləşdirəcək. Bu məlumatı The Wall Street Journal nəşri yayıb. AZƏRTAC qəzetin məlumatına istinadla xəbər verir ki, şirkətin sahibi olan britaniyalı biznesmen Riçard Brenson bu məqsədlə onun səhmlərinin 49 faizini almaq istəyən “Social Capital Hedosophia” firması ilə 800 milyon dollarlıq müqavilə imzalayıb. Birjada səhmlərin iştirakı da bu sənədin vacib şərtlərindən biridir. Yeni tərəfdaş əldə edən Brenson kosmosa turist səfərlərini daha tez təşkil etmək və bu sahədə öz rəqiblərini geridə qoymaq niyyətindədir. “Virgin Galactic” şirkətinin son addımı layihəyə 1 milyard dollar sərmayə qoymaq istəyən Səudiyyə Ərəbistanının Suveren Fondu ilə danışıqların nəticəsiz qalması ilə bağlıdır. Finacial Times qəzetinin xəbərinə görə, britaniyalı biznesmen bu sövdələşməyə səudiyyəli jurnalist Camal Kaşıqkçının vəhşicəsinə öldürülməsindən sonra xitam verib. “Virgin Galactic” kosmosa turist səfərləri təşkil etməyi planlaşdıran çoxsaylı şirkətlərdən yalnız biridir. “Blue Origin” və “SpaceX” şirkətləri də kosmik turizm sahəsində layihələr üzərində iş aparırlar. 2019-cu ilin fevralında “Virgin Galactic” uçuş vaxtı təxminən 90 kilometr yüksəkliyə qalxan “SpaceShipTwo” suborbital kosmik gəmisinin sınağını keçirib. Onun göyərtəsində pilotlar Deyv Makkey və Maykl Mazuççi, habelə şirkətin personal hazırlığı qrupunun rəhbəri Bet Moses olublar. Bildirilir ki, “Virgin Galactic” gəmisində kosmosa iki saatlıq uçuş, turistlərin 100 kilometr yüksəklikdən Yer kürəsinə tamaşa etməsi onlara 250 min dollara başa gələcək. Şirkətin əməkdaşları bildirirlər ki, artıq 650 bilet satılıb, hərçənd “SpaceShipTwo” gəmisinin kosmosa göndəriləcəyi vaxt hələ məlum deyil. Kosmik turda iştirak etmək istəyənlər arasında Hollivud ulduzları Leonardo Di Kaprio,, Tom Henks və Ancelina Coli də var.







Xəbər lenti

img Dünya
Ərdoğanla Əsəd görüşəcək? - Rusiyadan AÇIQLAMA

2019-10-16 / 18:53:31
img Qafqaz
XİN-dən həmsədrlərin Qarabağa səfəri ilə bağlı AÇIQLAMA

2019-10-16 / 18:51:46
img Günün xəbərləri
Ronaldo "Instagram" gəlirlərində Messini iki dəfə üstələyir

2019-10-16 / 18:50:45
img Hadisə
75 yaşlı qadın 80 yaşlı ərindən uşaq dünyaya gətirdi

2019-10-16 / 18:49:29
img Cəmiyyət
Mədəsində helikobakteriyası bu qidaları yesin – Yanma və köpə qarşı

2019-10-16 / 18:48:27
img Manşet xəbərləri
Rafael Cəbrayılov villasını satışa çıxartdı – Qardaşı ilə böyük qalmaqal

2019-10-16 / 15:57:15
img Manşet xəbərləri
Rusiya bu qərardan sonra 7,7 milyard dollar itirdi

2019-10-16 / 15:55:51
img Dünya
Məşhur restoran müştərilərinə eşşək əti yedizdirirmiş

2019-10-16 / 15:52:48
img Dünya
Böyük Britaniya Brexit müqaviləsinin astanasındadır

2019-10-16 / 15:51:32
img Ölkə
Hansı məhsullar bahalaşıb? - RƏSMİ

2019-10-16 / 15:50:25
img Cəmiyyət
Azərbaycanlılar ruslardan 2 il çox, ingilislərdən 6 il az yaşayır – İLGİNC STATİSTİKA

2019-10-16 / 15:48:54
img Dünya
Hər il dünyada nə qədər ərzaq israf olunur? - Baş katib açıqladı

2019-10-16 / 15:43:18
img Cəmiyyət
Haker hücumundan müdafiənin YOLLARI

2019-10-16 / 13:50:14
img Cəmiyyət
Hündürdaban ayaqqabı xəstəlik yaradır (VİDEO)

2019-10-16 / 13:48:56
img Dünya
“Apple” ucuz “iPhone” buraxacaq

2019-10-16 / 13:46:31
img Ölkə
Hava yağmursuz olacaq

2019-10-16 / 13:42:13
img Hadisə
Ölümcül infarkta qarşı vasitə tapılıb

2019-10-16 / 13:41:04
img Dünya
Oktyabrın 16-sı Dünya Anestezioloq Günüdür

2019-10-16 / 13:03:11
img Günün xəbərləri
UNEC-dən neftin qiyməti ilə bağlı PROQNOZ

2019-10-16 / 13:02:12
img Dünya
ABŞ-da demokratik debatların dördüncü turu keçirilib

2019-10-16 / 13:00:59
img Qafqaz
Gürcüstanda qız qaçırılmasını sərt tənqid edən azərbaycanlı müəllim ictimai qınaqla üzləşib

2019-10-15 / 17:35:53
img Manşet xəbərləri
Türkiyəyə futbolda da təzyiq başladı – UEFA-dan qərar

2019-10-15 / 17:30:47
img Günün xəbərləri
Prokuror BDU-nun qalmaqallı müəlliminin 50 min rüşvət verdiyi şəxsə cəza istədi

2019-10-15 / 17:29:32
img Dünya
Terrorçular Suriyadan Türkiyəyə top atıb, 2 dinc sakin ölüb

2019-10-15 / 17:28:00
img Cəmiyyət
Səhvən 19 il həbsdə yatdı, 4,8 milyon dollar təzminat aldı

2019-10-15 / 17:26:50

Bütün xəbərlər