logo
RU

Cəmiyyət

Dünyanın ən qədim XƏRİTƏLƏRİ

img




Xəritələr bütün dünyada həmişə müxtəlif baxışların təbliği üçün istifadə olunub. Bu mənada müasir texnologiyalar ötən əsrlərin ənənəsini davam etdirir. Oxu.Az dünyanın ən qədim 9 xəritəsini təqdim edir: 1. Mamont dişi üzərində xəritə Üzərində xəritə həkk olunmuş mamont dişi Çexiyanın Pavlov şəhəri yaxınlığında tapılıb. Uzun illər aparılan tədqiqatlardan sonra dişin üzərindəki ornament ən qədim xəritə kimi qəbul edilib. Onun yaşı 25-27 min il hesab olunur. Dişin üzərində çay, təpə, yarğan, qayalar, eləcə də ovçuların evi təsvir olunub. 2. Lasko mağarasındakı xəritə Fransada eramızdan 15-18 min il əvvəl yaranmış Lasko mağarası qədim qayaüstü rəsmlər əks olunmuş heyrətamiz abidədir. Hazırda mağaraya giriş qadağandır. Belə ki, alimlər temperaturu, rütubətin səviyyəsini nizamlayaraq, eləcə də ayda iki dəfə göbələkdən təmizləyərək abidədə hələ də araşdırma işləri aparırlar. Alimlərin fikrincə, heç də bütün qayaüstü rəsmləri ilkin incəsənət əsəri hesab etmək olmaz, onların bir hissəsi daha çox xəritəyə bənzəyir. 3. Abaunts Lamizulo mağarasında xəritə Xəritə 2009-cu ildə əl ölçüsündə olan qumdaşı üzərində aşkar edilib. Üzərində dağ, çay, hətta heyvanlar əks olunan kiçik daş parçası İspaniyanın şimalında, Basklar diyarının mərkəzindəki Navarrada yerləşən Abaunts Lamizulo adlı mağarada tapılıb. Daşın tapıldığı ərazidə həkk olunan bu xəritənin madlen ovçuları-yığıcıları tərəfindən istifadə olunduğu hesab edilir. 4. Papirusdan olan Turin xəritəsi Papirusdan olan Turin xəritəsi dünyanın günümüzə qədər gəlib çatan ən qədim coğrafi (eyni zamanda geoloji) xəritəsidir. Burada Vadi-Həmmamatın ağac, təpə, qızıl mədənləri və daş karxanaları, eləcə də onlar arasındakı məsafə daxil olmaqla, 15 kilometrlik hissəsi əks olunub. E.ə. 1160-cı ildə IV Ramzes tərəfindən daş çıxarma yerlərinə təşkil olunmuş ekspedisiya üzvləri üçün tərtib olunmuşdu. Bərpadan sonra ölçüləri 280x41 sm olan xəritə Turinin Misir muzeyində saxlanılır. 5. Dünyanın Babil xəritəsi Dünyanın Babil xəritəsi Mesopotamiyada düzəldilmiş son Babil dövrünə aid gildən olan lövhədir ki, burada həm real coğrafi obyektlər, həm də mifoloji elementlər əks olunub. Lövhə Britaniya muzeyində saxlanılır. Alimlər toponimlərin yazılma üslubuna əsasən xəritəni e.ə. VIII əsrin sonları – VII əsrin əvvəllərinə aid edirlər. Bütün real coğrafi obyektlər iki konsentrik çevrənin içində yerləşir. Çevrələr dünya okeanını bildirir və hərfi mənada “duzlu su” kimi qeyd olunub. Xarici üçbucaqlar isə müxtəlif mifoloji obyekləri bildirirlər. 6. Anaksimandrın xəritəsi Qədim yunan filosofu Anaksimandr nəzmlə yazılmış ilk yunan elmi əsərinin müəllifidir. “Qanun” terminini ilk dəfə işlətməklə, ictimai praktika anlayışını təbiət və elmə tətbiq edib. Anaksimandr Yerin ölçülərini o dövrdə məlum olan digər planetlərin ölçüləri ilə müqayisə etməyə çalışmışdı. Hesab olunur ki, o, Yerin bizə qədər gəlib çatmayan, lakin qədim müəlliflərin təsviri vasitəsilə qismən bərpa olunan ilk xəritələrindən birini tərtib edib. Əvvəlki dövrün şəhər, yol və digər obyektlər təsvir olunan digər xəritələrindən fərqli olaraq, Anaksimandr öz xəritəsində insan yaşamayan əraziləri də əks etdirməyə çalışmışdı. 7. Hekatey xəritəsi Miletli Hekatey qədim yunan tarixçisi və coğrafiyaşünasıdır. O, antik coğrafiyanın banilərindən biri sayılır. Oykumenlərin – o dövrün yunanlara məlum olan bütün ölkələrinin ətraflı təsviri də məhz onun adı ilə bağlıdır. Onun əsas əsərləri ilkin formada “Asiya” və “Avropa” adlanan, lakin günümüzə 300 fraqment şəklində çatan iki kitabdan ibarətdir. Alimin fikrincə, iki materik arasında sərhəd Don, daha sonra isə Azov dənizi üzrə keçirdi. 8. Eratosfenin xəritəsi E.ə. III əsrdə yaşamış qədim yunan riyaziyyatçısı və coğrafiyaşünası Eratosfen ilk dəfə olaraq Yerin ölçülərini müəyyən edib, müasir dövrdə də istifadə olunan “paralel” və “meridian” anlayışlarını tətbiq edib. O, paralel və meridianlar şəbəkəsini düzəldərək, bunun da əsasında Yerin insanlar yaşayan hissəsinin xəritəsini tərtib edib. Bu, Yerin kürə formasında olmasını nəzərə almaqla tərtib olunmuş ilk xəritə idi və ondan e.ə. I əsrin sonlarına kimi istifadə olunurdu. 9. Strabonun xəritəsi Strabon Roma Yunanıstanının antik tarixçisi və coğrafiyaşünasıdır. O, “Tarix” və günümüzə, demək olar, tam şəkildə gəlib çatmış 17 kitabdan ibarət “Coğrafiya” əsərlərinin müəllifidir. Qeyd edək ki, bu əsər qədim dünyanın coğrafiyasını öyrənmək üçün ən yaxşı mənbə sayılır. Strabon “Coğrafiya”sında yalnız quru məlumatlarla kifayətlənməyərək, o zamanların məşhur ərazilərinin təsvirini verir. Bundan savayı, bütöv mətnlə yanaşı, X əsrin məşhur epitomları (qısaltmalar, iqtibaslar) da saxlanılıb. Strabonun çox səyahət etdiyi və bu zaman qeydlər apardığı bildirilir. O, kitablarını yazarkən əvvəlki dövrlərin də əsərlərinə müraciət edib.







Xəbər lenti

img Dünya
Bitkoinin qiyməti yenidən 10 min dollardan aşağı düşüb

2019-07-17 / 15:12:43
img Hadisə
Bakıda geyim mağazasından oğurluq olub- VİDEO

2019-07-17 / 15:11:43
img Dünya
Türkiyə təhlükəsizlik qüvvələri başına 1.5 milyon mükafat qoyulmuş PKK-çını məhv etdi

2019-07-17 / 15:10:37
img Dünya
Ələkbərov ən varlı 59-cu iş adamıdır

2019-07-17 / 15:09:47
img Ölkə
Məzuniyyət depressiyası: normal istirahət üçün nə etməli?

2019-07-17 / 15:07:41
img Dünya
“Sotheby’s” hərracında Azərbaycan: Nobel qardaşlarının saatından Tahir Salahovun rəsm əsərinədək - FOTO

2019-07-17 / 14:35:48
img Ölkə
Sabah rayonlarda şimşək çaxacaq, dolu düşəcək

2019-07-17 / 14:07:06
img Ölkə
Azərbaycanda əhalinin sayı daha 13 133 nəfər artıb

2019-07-17 / 11:09:19
img Manşet xəbərləri
Bu ilin ilk beş ayında İstanbulu rekord sayda turist ziyarət edib

2019-07-17 / 10:04:00
img Dünya
"Telegram" və "WhatsApp"da yeni boşluq aşkar edildi

2019-07-17 / 10:00:13
img Günün xəbərləri
Manatın MƏZƏNNƏSİ

2019-07-17 / 09:57:43
img Ölkə
Təmas xəttində SON DURUM

2019-07-17 / 09:56:20
img Hadisə
Avtovağzal kassirlə bağlı ciddi ölçü götürdü - 5 yaşlı uşağa tam bilet satıb

2019-07-17 / 09:51:37
img Dünya
Dünya Səhiyyə Təşkilatı: İnternet oyunları müasir dövrün xəstəliyidir

2019-07-17 / 09:50:02
img Manşet xəbərləri
“Sədərək” Ticarət Mərkəzinin sahibi cərimələndi - Sahili hasarladığına görə

2019-07-16 / 18:08:25
img Dünya
Almaniyadan ən çox Türkiyə silah alır

2019-07-16 / 18:03:06
img Ölkə
Rusiya vətəndaşları Tbilisidə aksiya keçiriblər

2019-07-16 / 18:01:45
img Cəmiyyət
Ulduz futbolçudan daha bir nümunəvi addım

2019-07-16 / 18:00:15
img Hadisə
"Bibim oğlu böyrəyini satanda mən də satıb bəzi problemləri həll etmək istədim"- məhkəmə işi

2019-07-16 / 17:56:42
img Dünya
Nigeriyada 10 türk dənizçi girov götürülüb

2019-07-16 / 17:54:53
img Cəmiyyət
"Mənə dedi ki, özünə Şəbnur, Şəbtac adını qoy" - Şəbnəm Tovuzlu Şəbnəm Tapdıqdan danışdı

2019-07-16 / 17:52:48
img Ölkə
Dilgəm Əsgərovun oğlu atasına məktub göndərib

2019-07-16 / 17:50:17
img Cəmiyyət
Məni öldürməsələr, yaxşı olacaq – Musa Yaqub

2019-07-16 / 16:20:24
img Manşet xəbərləri
Ekspert: Bakıda meyvə-tərəvəz rayonlardan iki dəfə baha satılır

2019-07-16 / 14:37:59
img Dünya
Onların bir də “qoca” halını görün... - FOTOLAR

2019-07-16 / 14:35:46

Bütün xəbərlər