logo
RU

Ölkə

Bakıda dayaqlı reklam lövhələri sökülür - SƏBƏB

img




Bizim məqsədimiz odur ki, şəhərimizi gözəlləşdirək, dayaqlı reklamların çox olması isə gözəllik deyil. Əvvəllər şəhərin bəzi yerlərində arda-arda, pərakəndə şəkildə dayaqlı reklam lövhələri qoyulmuşdu. Belə olanda reklamın dəyəri də aşağı düşür. Böyük şirkətlər elə yerlərdə reklamlarını vermirlər. Bu şirkətlər istəyirlər ki, onların reklamları yaxşı yerdə, reklam lövhəsi az olan ərazidə olsun. "Legion" bildirir ki, bunu Trend-ə açıqlamasında Dövlət Reklam Agentliyinin direktoru Aydın İbadov deyib. Direktorun sözlərinə görə, Agentlik tərəfindən 2018-ci il ərzində min ədəd dayaqlı reklam lövhəsi sökülüb: "Dayaqlı reklamların sayı iki minə yaxın idi. Sökülən lövhələr yararsız idi, yəni texniki şərtlərə uyğun gəlmirdi, şəhərin gözəlliyini korlayırdı. İndi artıq yeni konstruksiyalar quraşdırmağa başlamışıq. Heydər Əliyev prospektindən "Azneft" dairəsinə qədər ölçüsü 8-10 kv. metr olan yeni dayaqlı reklam lövhələri quraşdırmışıq. Köhnə lövhələr həm də təhlükəli və ölçüləri böyük idi. Şəhər mərkəzində ölçüsü 10 kv. metrdən çox olan reklam konstruksiyaları olmamalıdır. Köhnə lövhələrin ölçüsü isə 18 kv. metr idi. Belə ölçülü lövhələr küçələrə də uyğun gəlmir. Çünki küçə ensiz, reklam lövhəsi isə böyükdür. Bu cür reklam lövhələri adətən şəhərkənarı, magistral yollarda quraşdırılır. Hazırda 60 yeni dayaqlı reklam lövhəsi quraşdırmışıq. Bu ilin sonuna qədər yeni reklam lövhələrinin sayını 300-ə çatdırmaq niyyətindəyik. Yəni mərhələ-məhrələ min ədəd sökülən reklam lövhələri yeniləri ilə əvəz olunacaq". A.İbadov bildirib ki, reklam lövhələri şəhərin görünüşünü dəyişir: "Ona görə də biz elə reklam lövhələri vurmalıyıq ki, şəhərin mənzərəsinə uyğun gəlsin. Bu qədər işlər görülür, şəhər abadlaşdırılır, gözəlləşdirilir, ancaq uyğun olmayan reklam lövhələri şəhərin görünüşünə xələl gətirir. Şəhərin gözləlliyinin 50 faizi reklam lövhələridir. Ona görə də biz çalışırıq ki, reklamlar da şəhərin görünüşünə uyğun gəlsin. 2018-ci ildə standartlara cavab verməyən ümumilikdə 5022 reklam lövhəsi sökülüb, 2019-cu il ərzində isə 2130 reklam lövhəsi sökülüb. Biz reklamları müasir formaya salmaq istəyirik. Məsələn, Londonda bir küçədə 2 ədəd işıqlı reklam lövhəsi olur. Ancaq bizdə bir küçədə çox sayda reklam lövhəsi quraşdırmaq istəyirlər. Bu eyni zamanda reklamın dəyərini aşağı salır. Biz isə çalışırıq bazarı tənzimləyək, həm reklamın dəyəri, həm də nizam-intizam olsun".







Xəbər lenti

img Ölkə
Bazar gününə olan hava proqnozu

2019-08-24 / 16:54:01
img Dünya
Kosmosda ilk cinayət törədildi

2019-08-24 / 16:52:38
img Ölkə
Millimizin heyəti açıqlandı

2019-08-24 / 16:51:17
img Dünya
Abel Məhərrəmovun kürəkəni vəfat etdi

2019-08-24 / 16:49:30
img Cəmiyyət
Şeybani xanın Şah İsmayıla məktubu, Səfəvilərin Mərv zəfərinin sirri

2019-08-24 / 16:39:45
img Dünya
Makron: Demokratiya dəbdən düşüb, kapitalizm isə dəli olub

2019-08-24 / 12:32:32
img Hadisə
90-cı illərin məşhur film tərcüməçisi vəfat edib

2019-08-24 / 12:29:07
img Manşet xəbərləri
Tramp: G7 sammiti vaxt itkisidir

2019-08-24 / 12:27:47
img Dünya
Messinin Neymara görə qanı qaralıb

2019-08-24 / 12:25:40
img Cəmiyyət
Pəhrizsiz arıqlamağın sadə yolu

2019-08-24 / 12:20:15
img Günün xəbərləri
"Qarabağ"a 20 min avroluq cərimə

2019-08-24 / 12:18:13
img Manşet xəbərləri
Yoluxucu xəstəliklərin saglam insanlara kecməyəcəyinə kim zəmanət verə bilər?

2019-08-23 / 23:57:05
img Manşet xəbərləri
“Məni şərləyərək həbs ediblər”-Məhkum prezidentə müraciət edir

2019-08-23 / 17:54:02
img Manşet xəbərləri
Zelenski Belarusdan kömək istədi - Lukaşenko

2019-08-23 / 15:59:48
img Dünya
ABŞ boksçusu ilə döyüşdən sonra ölən Maksim Dadaşov qızıl medala layiq görülüb

2019-08-23 / 15:52:32
img Dünya
Başına böyük məbləğdə pul qoyulmuş PKK terrorçusu məhv olundu - Foto

2019-08-23 / 15:49:02
img Dünya
Zaxarovadan "Ləzginka" rəqsi -VİDEO

2019-08-23 / 15:46:06
img Günün xəbərləri
9 yaşlı övladını zəncirləyən anadan XƏBƏR VAR - Valideynin problemi var, cinayət işi açıldı – VİDEO

2019-08-23 / 15:42:59
img Dünya
İki ağızlı balıq tutuldu

2019-08-23 / 11:51:49
img Hadisə
“İnterpol”un axtardığı Almaniya vətəndaşı Azərbaycanda tutulub

2019-08-23 / 11:48:24
img Günün xəbərləri
Ermənistan ordusu atəşkəs rejimini 21 dəfə pozub

2019-08-23 / 11:46:33
img Dünya
Consonun Makrona qarşı hörmətsizliyi müzakirələrə səbəb olub – Video

2019-08-23 / 11:39:27
img Dünya
Aleksey Navalnıy azadlığa buraxılıb

2019-08-23 / 11:21:15
img Dünya
Qadınlar üçün dəhşətli ölkə: Ağlasığmaz 10 qadağa

2019-08-23 / 11:18:54
img Dünya
İran filmi “Oskar”a təqdim olunacaq

2019-08-23 / 11:17:10

Bütün xəbərlər