logo
RU

Manşet xəbərləri

Azərbaycanda havanın isti keçməsinin - SƏBƏBİ

img




İyun ayının ilk günlərindən anomal isti hava şəraiti fonunda son illərin maksimal temperatur göstəriciləri yenilənir. Keçən ilin iyun ayı ilə müqayisədə bu fərq 5-7, bəzi günlərdə hətta 10 dərəcə təşkil edir. Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, bu il Azərbaycanda kəskin istilər daha tez müşahidə olunur: “Son günlərdə bu ayın ən yüksək temperaturu qeydə alınıb: Bakıda 37, Abşeron yarımadasında 39,6, Aran rayonlarında isə 40-42 dərəcə isti. Bu da iqlim normasından 7,8 dərəcə yüksəkdir. Belə temperatur rejimi Azərbaycanda iyul ayının ikinci yarısı, avqust ayı üçün daha çox səciyyəvidir. Son illərdə Azərbaycanda orta illik temperaturun 1,4 dərəcə yüksəlməsi iqlim dəyişmələrinin göstəricisidir. Bu artım, təbii olaraq, gündəlik maksimum göstəricilərin artmasında özünü daha çox hiss etdirir. Anomal isti günlərin həm sayı, həm də davamiyyəti artır”. U.Tağıyeva əhalini gözlənilən istilər haqqında qabaqcadan xəbərdar olaraq anomal isti günlərdə öz səhhətlərinə daha diqqətli olmağa çağırıb: “Valideynlər uşaqları davamlı olaraq Günəş altında qalmaqdan qorusunlar. Yaşlı insanların da Günəş altında olmaları məsləhət deyil. Əhaliyə, həmçinin hava şəraiti ilə bağlı təsəlliedici xəbər vermək istərdim. Bakı-Abşeronu kəskin istilərdən “xilas” edən arabir güclənən şimal küləyi ayın 26-27-də temperaturun 2-3 dərəcə aşağı enməsinə səbəb olacaq. Növbəti isti günlər isə ayın 28-29-da gözlənilir. İyunun 30-dan başlayaraq yenidən şimal küləyi güclənəcək və ilkin proqnoza görə iyul ayının ilk günləri nisbətən sərin keçəcək”. Nazirlik rəsmisi vurğulayıb ki, ümumiyyətlə, iqlim dəyişmələrinin təsirləri çoxşaxəlidir, bu proses temperaturun yüksəlməsi ilə bərabər, təhlükəli hadisələrin artması ilə də səciyyələnir: “Uzunmüddətli quraqlıqlar, su ehtiyatlarının azalması kimi proseslər iqlim dəyişmələrinə həssaslığı artırır. İstər kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsində, istər sudan istifadədə yanaşmaların dəyişməsində biz  iqlim dəyişmələri ilə bağlı riskləri azalda, onlara uyğunlaşa bilərik. Bir çox ölkələrin təcrübəsi burada nəzərə alına bilər”. O bildirib ki, Xəzər dənizin tərəddüdləri də iqlim faktoru baxımından ölkəmiz üçün aktualdır: “Suyun səviyyəsinin 1995-ci ildə qeydə alınan maksimum göstəricidən 1,2 metr aşağı enməsi ahilyanı infrastruktur layihələrinin icrasında səviyyənin ümumi dəyişikliyinin nəzərə alınmasını vacib edir”. U.Tağıyeva əlavə edib ki, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da təhlükəli hidrometeoroloji hadisələr fəsadlarla nəticələnir, şiddətli küləklər, dolu prosesləri, daşqınlar, sel hadisələri daha tez-tez qeydə alınır: “Buna cavab olaraq biz nə edə bilərik? Bu proseslər, təbii ki, qarşısı alınmayan hadisələrdir. Ölkələrdə fəsadları nisbətən azaltmaq yalnız qabaqcadan xəbərdarlıq sisteminin gücləndirilməsi ilə mümkündür. Burada beynəlxalq təcrübə öyrənilir və onların tətbiqində hidrometeorologiya xidmətlərinin məsuliyyəti artır”.







Xəbər lenti

img Manşet xəbərləri
Nüfuzu birinciləri narahat edən müzəffər marşal – Stalin də, Xruşov da, Brejnev də Jukova haqsızlıq edib

2019-10-19 / 17:50:38
img Cəmiyyət
Gündüz Məmmədov Ukrayna Baş prokurorunun müavini təyin olundu

2019-10-19 / 17:48:44
img Dünya
Kataloniyada yeni etiraz aksiyaları keçirilib

2019-10-19 / 17:45:33
img Dünya
Putini təhqir edən aparıcı prokurorluqda dindirilib

2019-10-19 / 17:44:18
img Ölkə
Qurban Qurbanov “avtoşluq” edən futbolçunu əsas heyətdən kənarlaşdırıb

2019-10-19 / 17:37:58
img Manşet xəbərləri
Aleksandr Lukaşenko Prezident olmaqdan yorulub

2019-10-19 / 15:26:52
img Dünya
Facebook dolları və Avropanı çökdürə bilər – YENİ VALYUTA

2019-10-19 / 15:22:09
img Hadisə
“Suriyanın şimalında terrorçular razılaşmanı pozur” – Türkiyə Müdafiə Nazirliyi

2019-10-19 / 15:14:42
img Dünya
Kişilərdə ən çox rast gəlinən 5 xərçəng növü – 40 yaşdan sonra DİQQƏT

2019-10-19 / 15:13:48
img Dünya
Belarus Rusiya ilə inteqrasiyadan imtina edə bilər – XİN başçısı

2019-10-19 / 15:12:47
img Ölkə
İstirahət günü hava yağmurlu olacaq

2019-10-19 / 13:27:26
img Dünya
Dəfn zamanı dirildi - Hindistanda şok hadisə

2019-10-19 / 13:26:42
img Manşet xəbərləri
Rusiyada bəndin çökməsinin ilkin səbəbləri açıqlanıb - 12 ölü, 13 itkin var

2019-10-19 / 13:24:15
img Cəmiyyət
Ukrayna əhalisinin sayı azalır

2019-10-19 / 13:22:49
img Dünya
Neftin qiyməti ucuzlaşır

2019-10-19 / 13:21:56
img Dünya
“WhatsApp”, “Viber” və “Messenger”ə vergi tətbiq edildi, etirazlar başladı

2019-10-19 / 13:20:53
img Günün xəbərləri
Donald Tramp CNN-ni hədələdi

2019-10-19 / 13:18:39
img Manşet xəbərləri
ABŞ Suriyadan çəkilib İsraildə hərəkətə keçdi - Netanyahu ilə KRİTİK GÖRÜŞ

2019-10-18 / 18:32:09
img Hadisə
Qeyri-adi “Qüdrət narı": möcüzəvi təsiri - Göyçayda yetişir

2019-10-18 / 18:26:54
img Ölkə
İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb

2019-10-18 / 18:25:44
img Dünya
“Trampın o məktubunu unutmayacağam, zamanı gələndə...” - Ərdoğan

2019-10-18 / 18:17:34
img Dünya
“Mançester Yunayted”in əfsanəvi məşqçisi danışılımış oyunların təşkilində ittiham olundu

2019-10-18 / 18:12:25
img Dünya
ABŞ-da 30-dan çox insan elektron siqaretdən ölüb

2019-10-18 / 16:27:07
img Günün xəbərləri
İtaliya A Seriyasında çıxış etmiş futbol klubu müflis oldu - RƏSMİ

2019-10-18 / 16:12:26
img Dünya
Huawei şirkətinin yaradıcısı: “6G şəbəkəsi 10 ildən sonra aktiv olacaq”

2019-10-18 / 16:11:21

Bütün xəbərlər