logo
RU

Cəmiyyət

Əbdürrəhman Fətəlibəyli -Düdənginski - HƏRBÇİ, SİYASƏTÇİ, JURNALİST

img




Əbdürrəhman Fə­­tə­­li­­bəy­­li-­Dü­­dən­­gins­­ki əs­­lən Nax­çı­v­a­nın Şə­r­ur ra­yo­nun­dan­dır. O, 1908-­ci il iyu­­nun 12-­də Şə­r­u­run Dü­­dən­­gə kən­­din­­də dünyaya gəlib.

A­ta­sı fa­ciə­­li su­rət­­də öl­­dü­­rü­­lən­­də Əb­­dür­­rəh­­man bə­­yin iki ya­şı var­dı. O, gənc yaş­la­rın­­da əs­­gər get­miş, Tiflis hər­­bi pi­ya­da mək­­tə­­bi­­ni bi­­tir­­miş  Azər­­bay­can di­­vi­­zi­y­a­sın­­da za­bit ol­muş­dur. 1935-1936-­cı il­­lər­­də Mosk­va Hər­­bi Aka­de­mi­y­a­sı­n­a oxu­ma­ğa gön­­də­­ril­­miş­­dir. 1937-­ci il­­də Ba­kı­d­a mə­z­u­niy­­yət­­də olar­kən əmi­­si Əh­­məd bə­­yin məs­­lə­­hə­­ti ilə Ley­li xa­nım Qa­zı­ye­va ilə ev­lən­­miş­­dir. Mə­z­u­niy­­yə­­ti qur­tar­dıq­­dan son­ra hə­y­at yol­da­şı­­nı, qa­yı­n­a­na­sı­­nı özü ilə Le­ninq­­ra­da (in­­di­­ki Sankt-­Pe­ter­burq) apar­mış və 1940-­cı ilə qə­­dər bu­ra­da ya­şa­mış­­lar. 1938-­ci il­­də Le­ninq­­rad­da ilk öv­­la­dı Əli ana­dan olub.

Qeyd edək ki, Ə.Fətəlibəyli ol­duq­ca ba­ca­rıq­­lı za­bit idi. O, 1939-­cu il­­də Fin­­lan­di­y­a mü­h­a­ri­­bə­­sin­­də iş­­ti­r­ak et­miş, «Qır­­­mı­­zı Ul­duz» or­de­ni ilə təl­­tif olun­muş­du. O, bir müd­­dət Le­ninq­­rad dai­­rə­­si qə­r­ar­ga­hın­­da 6-­cı şö­­bə­­nin rəi­­si iş­­lə­­miş­­dir. 1940-­cı il­­də So­vet or­du his­­sə­­lə­­ri Pri­b­al­ti­k­a res­pub­li­k­a­la­­rı­­nı iş­­ğal et­dik­­dən son­ra, Ə.Fətəlibəyli Ri­q­a­da yer­lə­­şən hər­­­bi qə­r­ar­ga­ha gön­­də­­ril­­miş, ora­da al­man­la­ra əsir düş­­müş­­dü. 
A­zər­­bay­can Mil­­li Qur­tu­luş Hə­­rə­k­a­tı­­nın bö­­yük ide­o­lo­qu M. Ə. Rə­s­ul­za­də də Ə. Fə­­tə­­li­­bəy­­lini yük­­sək qiy­­mət­­lən­­di­­rir və onun­la ilk gö­­rü­­şü­­nü be­lə xa­tır­­la­yır­­dı: «Hə­r­a­rət­­li və an­la­yış­­lı bir əs­­gər­­lə qar­şı­l­aş­mış­­dım. Mil­­li da­va­nın əsa­s­la­rı­­nı və mü­c­a­di­­lə kad­ro­su­nun proq­ra­mı­­nı mən­­dən duy­muş, məm­­nun ol­muş­du. Mil­­li Azər­­bay­can Ko­mi­­tə­­si, na­sist al­man mə­q­am­la­rı­n­a mə­r­am an­la­da bil­­mə­­di. Hit­­ler «heç bir ko­mi­­tə is­­tə­­mi­­rəm» de­miş, təş­­kil olu­nan mil­­li le­gion­­lar­la or­du qə­r­ar­ga­hı ara­sın­­da ra­bi­­tə və­­zi­­fə­­si­­ni apa­ran məh­­dud və müəy­­yən iş­­lər­­lə bağ­lı olan «Ra­bi­­tə He­yət­­lə­­ri» (Ə­l­a­qə­­lər he­yə­­ti) qu­rul­ma­sı­­nı əmr et­miş­­di. Azər­­bay­can «Rabitə Heyəti”­­nin ba­şı­n­a da mər­­­hum Fə­­tə­­li­­bəy­­li gə­­ti­­ril­­miş­­dir.
İş bu şə­­kil alın­­ca, ma­yor Fə­­tə­­li­­bəy­­li­­yə mü­­vəf­­fə­­qiy­­yət­­lər tə­­mən­­na edə­­rək, fəa­­liy­­yət sa­hə­­sin­­dən çə­­kil­­miş və mil­­li əsa­s­­la­rı­­mı­z­a sa­diq qal­dı­­ğı müd­­dət­­cə, onu mə­­nən dəs­­tək­­lə­­yə­­cə­­yi­­mi­­zi vəd et­miş­­dik».

Mü­h­a­ci­­rət il­­lə­­rin­­də so­vet re­ji­­mi­­nə qar­şı ide­o­lo­ji mü­ba­rizə apar­mış, «Ha­ki­­miy­­yə­­tin tex­no­lo­gi­y­a­sı», «Par­tok­ra­ti­ya», Sta­lin və Be­ri­y­a haq­qın­­da ki­t­ab­lar müəl­­li­­fi ki­­mi ta­nın­­mış, əs­­lən çe­çen mil­­lə­­tin­­dən olan Əb­­dür­­rəh­­man Av­tor­xa­nov Ə.Fə­­tə­­li­­bəy­­li­­ni be­lə də­­yər­­lən­­di­­rir­­di: «943-cü ilin ortalarında Berlində Vermaxtın Ali Baş Komandanlığının qəbulunda mən qafqazlı görünüşündə olan, sovet hərbi əsiri forması geymiş və bütün xarici görünüşündən düşərgədən yenicə azad edilmiş insan təsiri bağışlayan bir zabitlə qarşılaşdım. Bu adam çox qaradinməz görünür və öz daxili qayğıları, fikir­ləri ilə məşğul idi ki, görəsən onu tale indi nə ilə üzləş­dirə­cək. Qəbulda adamlar çox idi və uzun tərəd­düd­dən sonra ona yaxınlaşıb soruşdum: - sən qafqazlı deyil­sən? Göz­lənilmə­yən sualdan həmin adam çaşdı və cavab əvə­zinə mənə sual verdi: Bəs siz qafqazlısınızmı? Mən özü­mü təqdim etdim. O da özünü təqdim etdi: azərbaycanlı Abo Düdənginski, sovet ordusunun keçmiş mayoru. O vaxt­dan bizim dostluğumuz başladı. İnanıram ki, ömründə bir dəfə Abo ilə qarşılaşan şəxs, bu qeyri-adi insanı heç za­man unuda bilməz. Onun müsbət şəxsi keyfiyyətləri, şahza­də­liyi çətinliyə düşənə köməyə hazır olması ha­mı­nı heyran edirdi. Bax  onun bu keyfiyyətlərindən qatil Mi­kayıl İsmayılovu onu öldürməyə göndərmiş “NKVD” is­tifadə etdi.

A­bo Dü­­dən­­gins­­ki (mən heç vaxt on­dan əsl fa­mi­­li­y­a­sı­­nı so­ruş­mur­dum-Dü­­dən­­gins­­ki­­dir, ya­xud Fə­­tə­­li­­bəy­­li­­dir) hər­­bi əsir­­lər dü­­şər­­gə­­sin­­dən azad edil­­dik­­dən son­ra OKV (A­li Baş Ko­man­dan­lıq) ona Azər­­bay­can le­gion­­u­n­a ko­man­dirlik et­mə­­yi tək­­lif et­di (Al­man­lar şərq xalq­la­rın­­dan be­lə le­gion­­lar ya­ra­dır­­dı­l­ar: Tür­­küs­­tan, Azər­­bay­can, er­mə­­ni, gür­­cü, şi­m­a­li qaf­qaz­lı və s.)... Abo doğ­ma Azər­­bay­ca­nı­­nı ürək­­dən se­vir­­di, la­kin şo­vi­­nist de­yil­­di. O, alov­lu və ina­m­lı Qaf­qaz patrio­­tu idi. Qaf­qaz bu gün çox ağır və kə­­dər­­li gün­­lə­­ri­­ni ya­şa­yır. İna­­nı­r­am ki, bi­­zim ümu­­mi Qaf­qaz evi­­miz qar­daş­lıq dün­­ya­sı­n­a qa­yı­d­a­caq və bu, Fə­­tə­­li­­bəy­­li­­yə qo­yu­lan ən yax­şı abidə ola­caq».

Ma­yor Ə.Fə­­tə­­li­­bəy­­linin Al­ma­ni­y­a­da­kı fə­a­­liy­­yə­­ti­­nin ən-mü­­hü­­mü onun Milli Azər­­bay­can Qu­rul­tayı­nı təş­­­kil edib ke­çir­­mə­­si ol­du. M.Ə.Rə­s­ul­za­də ya­zır­­dı: «Mər­­­­hum, üzə­­ri­­nə al­dı­­ğı və­­zi­­fə­­yə baş­lar­kən «Rabitə Heyəti”nin ya­nın­­da bir təb­­li­ğ­at təş­­ki­l­a­tı da vü­c­u­da gə­­tir­­miş, bu məq­­səd­­lə, 6 qa­sım (no­yabr) 1943-­də Ber­lin­­də bir Qu­rul­tay ça­ğır­­mış­­dı. Qu­rul­ta­yın Fə­­tə­­li­­bəy­­li­­nin ra­po­ru üzə­­ri­­nə qə­b­ul et­­di­­yi qə­rar su­rə­­ti mil­­li ana prin­­sip­­lə­­rə uy­ğun bir şə­­kil­­də qə­­lə­­mə alın­­mış­­dır.

Qeyd edək ki, 1943-­cü ilin no­yab­rın 6-11-­də Ber­lin­­də Azər­­bay­can «Mil­­li Bir­­lik» Məc­­li­­si­­nin tə­­şəb­­bü­­sü ilə ça­ğı­­rı­lan Azər­­bay­can Qu­rul­ta­yı­­nın bö­­yük əhə­­miy­­yə­­ti ol­du. Be­lə ki, di­­gər xalq­la­rın mü­h­a­cir və le­gio­­ner­lə­­ri ara­sın­­da il­­kin ola­raq azər­­bay­can­lı­l­ar öz qu­rul­tay­la­rı­­nı ke­çir­­di­­lər. Bu Qu­rul­tayın keçirilməsində Ə.Fə­­tə­­li­­bəy­­li­­nin böyük rolu ol­muşdur.

Mü­h­a­ri­­bə­­nin son­la­rı­n­a ya­xın isə Şərq cəb­­hə­­sin­­də vu­ru­şan Azər­­bay­can le­gio­­ner­lə­­ri­­nin so­vet or­du his­­sə­­lə­­ri­­nin əli­­nə keç­mə­­mə­­si üçün Ə.Fə­­tə­­li­­bəy­­li­­nin tə­­şəb­­bü­­sü ilə bir­­lik­­lə­­rin əv­­vəl­­cə cə­n­ub və qərb cəb­­hə­­lə­­ri­­nə, bir müd­­dət­­dən son­ra isə o dövr­­də da­ha sa­kit böl­­gə olan İta­­li­y­a­ya kö­­çü­­rül­­mə­­­si­­nə baş­la­nıl­­dı. Qeyd edək ki, bu çox çə­­tin və ağır pro­se­sin hə­y­a­ta ke­çi­­ril­­mə­­sin­­də ma­yor Ə.Fə­­tə­­li­­bəy­­li­­nin bö­­yük xid­­mət­­lə­­ri ol­muş­du.

1945-­ci ilin mayın 9-­da Al­ma­ni­y­a­nın təs­­lim ol­ma­sı­n­a bax­­­ma­ya­raq, le­gio­­ner­lə­­rin ta­le­yi şüb­­hə al­tın­­da idi. On­lar müt­­­­tə­­fiq­­lə­­rin tə­­rə­­fin­­də qal­ma­ğa ça­lı­­şır, so­vet or­du his­­sə­­lə­­ri­­nə ta­be ol­maq is­­tə­­mir­­di­­lər.

Azərbaycan le­gio­­ner­lə­­ri­­nin xilası və ayrı-ayrı ölkələrdə məskunlaşması üçün əsas fəaliyyəti M.Ə.Rəsulzadə və Ə. Fə­­tə­­li­­bəy­­li aparırdı. Belə ki, M.Ə.Rəsulzadə Almaniyanın Mün­hen şəhərində, Ə.Fə­­tə­­li­­bəy­­li isə İtaliyanın Roma şəhə­rin­də bu işi davam etdirirdilər.

Ma­yor Ə.Fə­­tə­­li­­bəy­­linin və di­­gər le­gio­­ner­lə­­rin mü­h­a­ri­­bə­­dən son­ra­kı hə­y­a­tı ağır keç­di. Ə.Fə­­tə­­li­­bəy­­li  ai­­lə­­si ilə bir­­lik­­də bö­­yük çə­­tin­­lik­­dən son­ra in­­gi­­lis­­lə­­rin əsa­­rə­­tin­­dən qur­tu­la bil­­di. Bir il İta­­li­y­a­da, iki ilə qə­­dər Mi­­sir­­də qal­dıq­­dan son­ra Qər­­bi Al­ma­ni­y­a­ya get­miş, bir ara Tür­­ki­­yə­­yə gə­­lib bir ne­çə ay qal­dıq­­dan son­ra tək­­rar Mün­­he­nə qayıtmış və ora­da ya­şa­mış­­dır.

Qeyd edək ki, İta­­li­y­a­da in­­gi­­lis­­lə­­rin nə­z­a­rə­­tin­­də olar­kən ma­yor Fətəlibəyli İn­­gil­­tə­­rə­­nin baş na­zi­­ri Kle­ment Et­li­­yə mək­­tub yaz­dı. Hə­­min mək­­tub­da o, böyük uzaqgörənliklə So­vet döv­ləti ilə Qərbin münasibətinin  getdikcə pisləşəcəyini gös­tər­mişdi. Əslində onun bu məktubu «Soyuq müharibə»nin baş­lan­masına bir  işarə idi. (Qeyd edək ki, onun bu məktubundan cə­mi 18 gün əvvəl Çörçil Fultonda çıxış edib SSRİ-yə qarşı soyuq mü­haribənin başlandığını bildirmişdi).

La­kin ma­yor Ə.Fətəlibəylinin  cid­­di prob­lem­lər qal­dır­­­dı­­ğı bu mək­­tub son­ra­dan ca­vab­sız qal­dı.

Qeyd et­di­­yi­­miz ki­mi, SS­Rİ-­yə qa­yı­d­an əsir­­lə­­ri və le­gio­­ner­lə­­ri ağır cə­z­a­lar göz­­lə­­yir­­di. Sta­li­­nin 1941-­ci ilin 16 av­qus­tun­da ver­di­­yi 270 say­lı əm­­rə əsa­­sən əsir düş­­müş bü­­tün so­vet əs­­gər­­lə­­ri qi­y­a­bi ola­raq gül­­lə­­lən­­mə­­yə məh­­kum edil­­miş­­di­­lər.

Təəs­­süf­­lər ki, müt­­tə­­fiq döv­­lət­­lər, o cüm­­lə­­dən, İn­­gil­­tə­­rə - Yal­ta mü­q­a­vi­­lə­­sin­­də nə­­zər­­də tu­tul­ma­dı­­ğı­n­a bax­ma­ya­raq, keç­miş mü­h­a­cir­­lə­­ri də so­vet­lə­­rə təh­­vil ve­rir­­di. 1430 nə­­fər keç­­miş mü­h­a­cir yan­lış ola­raq so­vet döv­­lə­­ti­­nə gön­­də­­ril­­miş­­di. Xalq Ko­mis­­sar­lar So­ve­ti­­nin təh­­vil ve­ril­­mə iş­­lə­­ri üz­­rə sə­l­a­hiy­­yət­­li nü­m­a­yən­­də­­si ge­ne­ral-­pol­kov­nik F.İ.Qo­li­k­o­vun 1945-­ci il 7 sent­yabr ta­rix­­li mə’­­lu­ma­tı­n­a əsa­­sən hə­­min vax­ta ki­­mi so­vet hö­k­u­mə­­ti­­nə 2.229.552 nə­­fər təh­­vil ve­ril­­miş­­di. Bu­ra­ya hər­­bi əsir­­lər­­lə ya­na­şı, zor­la Al­ma­ni­y­a­ya kö­­çü­­rü­­lən­­lər də da­xil idi (126, s. 240).

İlk təh­­vil ve­ri­­lən­­lə­­rin ço­xu­nu gül­­lə­­lə­­yir, qa­lan­la­rı­n­a 25 il iş kə­­sir, Si­­bi­­rə, Vor­ku­ta­ya, İn­­ta­ya, As­bes­tə, No­rils­­kə, Tay­­şe­tə, Ke­me­ro­vo vi­l­a­yə­­tin­­də­­ki dü­­şər­­gə­­lər­­də ağır iş­­lə­­rə gön­­də­­rir­­di­­lər.

İ­­kin­­ci Dün­­ya mü­h­a­ri­­bə­­sin­­dən son­ra Azər­­bay­can le­gio­­ner­lə­­ri Tür­­ki­­yə­­də M.Ə.Rə­s­ul­za­də­­nin, Al­ma­ni­y­a­da isə Ə. Fə­­tə­­li­­bəy­­li­­nin  rəh­­bər­­li­­yi al­tın­­da olan mü­v­a­fiq qu­rum­lar­da fəa­­liy­­yə­­tə baş­la­dı­l­ar.

«A­zad­lıq» ra­dio­­su­nun «A­zər­­bay­can re­dak­si­y­a­sı»na bir müd­­dət (1953-1954-­cü il­­lər) Ə.Fə­­tə­­li­­bəy­­li-Dü­­dən­­gins­­ki, son­­ra­­dan isə İs­­ma­yıl Ək­­bər və Əli Aran­lı baş­çı­­lıq et­miş­­lər. «Azər­­bay­can» re­dak­si­y­a­sın­­da Mə­­cid Mu­sa­za­də (Qar­sa­lan­lı), Fər­­man Məm­­mə­d­ov, Mu­rad Mu­rad­lı, Kə­­rim As­la­noğ­lu və di­­gər keç­miş le­gio­­ner­lər ça­lı­­şır­­dı­l­ar.

Be­lə­­lik­­lə, 1953-­cü ilin mar­tın­­dan «Qur­tu­luş» ra­dio­­su­nun Azər­­bay­can re­dak­si­y­a­sı fəa­­liy­­yə­­tə baş­la­dı. «A­zər­­bay­can» re­dak­si­y­a­sı­­nın ilk Baş re­dak­to­ru ma­yor(minbaşı) Ə.Fə­­tə­­li­­bəy­­li ol­du.

  Qeyd edək ki, mü­h­a­cir və le­gio­­ner­lə­­rin əl­­lin­­ci il­­lər­­də­­ki bu fəal­­lı­­ğı So­vet döv­­lə­­ti­­ni cid­­di na­ra­hat et­mə­­yə baş­la­dı. Be­lə ki, So­vet döv­­lə­­ti hə­­min dövr­­də kom­mu­nist ide­o­lo­gi­ya­sı­n­a qar­şı mücahidə apa­ran­la­rı sı­r­a­dan çı­x­ar­ma­ğa də­­fə­­lər­­lə cəhd­­lər gös­­tər­­di. Bu əmə­­liy­­yat­la­rın hə­y­a­ta ke­çi­­ril­­mə­­sin­­də bö­­yük təc­­rü­­bə­­si olan, ge­niş şə­­bə­­kə­­li «KQB» - («DTK») əsas rol oy­na­yır­­dı. Bu qu­rum 1917-­ci ilin de­ka­brın­­­da ya­ra­dıl­­mış  və da­ha çox «da­xi­­li düş­­mən» ax­tar­ma­ğa  meyil­li idi.

Məhz hə­­min təş­­ki­l­a­tın fəal­­lı­­ğı ilə 1954-­cü ilin no­yab­rın 20-­də «A­zad­lıq» ra­dio­­su­nun «A­zər­­bay­can» re­dak­si­y­a­sı­­nın baş re­dak­to­ru Ə.Fə­­tə­­li­­bəy­­li-­Dü­­dən­­gins­­ki Mün­­he­nin «Al­penp­la­te-6» mey­da­nın­­da­kı bir mən­­zil­­də qət­­lə yetirildi.


Nəsiman Yaqublu, 
tarix elmləri doktoru







Xəbər lenti

img Cəmiyyət
Selena Qomezdən etiraf - İnstaqram nəslimi məhv etdi

2019-06-15 / 18:59:45
img Dünya
Makrondan Türkiyə ilə bağlı skandal sözlər: "Ankara buna son qoymalıdır"

2019-06-15 / 18:50:17
img Hadisə
Putinin çinli həmkarına gözlənilməz hədiyyəsi - VİDEO

2019-06-15 / 18:47:35
img Dünya
Honkonq hakimiyyəti ekstradisiya haqqında qanunu təxirə saldı

2019-06-15 / 18:36:49
img Dünya
İtaliya gələcəyin superkompüterini qəbul edəcək

2019-06-15 / 18:35:51
img Hadisə
Türkiyə Super Kubokunun vaxtı müəyyənləşdi

2019-06-15 / 15:55:46
img Dünya
ABŞ-ın fond birjasının indeksləri azaldı

2019-06-15 / 15:49:35
img Ölkə
Sabah 38 dərəcəyə qədər isti olacaq

2019-06-15 / 15:47:15
img Cəmiyyət
Kıvanç “Ferrari”sini satışa çıxardı, alıcı tapa bilmədi

2019-06-15 / 15:45:01
img Cəmiyyət
Ani Lorak təzə sevgili tapıb - FOTO

2019-06-15 / 15:43:36
img Hadisə
İdmançımız erməni rəqibini geridə qoyub Avropa birincisi oldu

2019-06-15 / 15:41:19
img Cəmiyyət
Şəhriyar Məmmədyarov yenə uduzdu

2019-06-15 / 15:37:42
img Cəmiyyət
“Yeşilçam” ulduzu vəfat etdi

2019-06-15 / 11:06:24
img Ölkə
Cəbhədən YENİ XƏBƏR

2019-06-15 / 11:04:26
img Hadisə
Ornella Muti həbs edildi - 6 ay cəza

2019-06-15 / 11:02:15
img Dünya
Saakaşvili Ukrayna ordusunda həbi xidmətə hazırlaşır

2019-06-15 / 10:59:55
img Cəmiyyət
10 dərdin 1 dərmanı - Səhər acqarına su içməyin İNANILMAZ FAYDALARI

2019-06-15 / 10:58:23
img Cəmiyyət
Bir gecənin içində məşhurlaşan aktrisa

2019-06-15 / 10:56:41
img Hadisə
Azərbaycan FIFA reytinqində gerilədi

2019-06-14 / 18:10:41
img Hadisə
İmişlidə 2 uşaq anası intihar edib

2019-06-14 / 18:08:26
img Cəmiyyət
"Mbappeni də istəyirik" - azarkeşlərdən Peresə çağırış

2019-06-14 / 18:06:46
img Ölkə
Çimərlik mövsümü başlayır – sahil çirkli, hovuz baha

2019-06-14 / 18:04:21
img Ölkə
Jurnalist Fuad Abbasovun müdafiəsinə daha bir vəkil qoşulub

2019-06-14 / 18:02:39
img Ölkə
Türkiyədə 846 futbolçu ödənişli hərbi xidmətə başlayıb

2019-06-14 / 17:59:54
img Dünya
Zəifləyən dünya iqtisadiyyatı İsveçrə iqtisadiyyatını da ləngidir

2019-06-14 / 17:57:49

Bütün xəbərlər