logo
RU

Dünya

Neft ucuzlaşacaq?

img




Bu il neftin bir barelinin qiyməti 60-80 dollar civarında dəyişəcək. Oxu.Az-a açıqlama verən ekspertlər belə fikirdədir. Apreldən etibarən “qara qızıl” yenidən ucuzlaşmağa başlayıb. Aprel ayında 74 dollara çatdıqdan sonra “Brent” markalı neftin qiyməti yenidən aşağı düşüb. Hazırda bir bareli 62,3 dollara satılır. WTI markalı neftlə bağlı da vəziyyət, demək olar ki, eynidir. Qiymət 66,3 dollardan 53,66 dollara (hazırkı göstərici) kimi geriləyib. İqtisadçı-ekspert Leonid Xazanovun fikrincə, “qara qızılın” qiyməti 60-70 dollar civarında qalacaq. Qiymət dəyişkənliklərinin bu diapazonu aşacağını istisna etməsə də, “turbulentliyin” qısamüddətli xarakter daşıyacağına, ən çox üç həftəyə qədər davam edəcəyinə əmindir. “Bu, onunla əlaqədardır ki, dünya neft bazarı az-çox taraz vəziyyətdədir. Onu bu tarazlıqdan yalnız müəyyən faktorlar, ilk növbədə İran və Venesuelaya qarşı yeni sanksiyalar tətbiq edəcəyi istisna edilməyən ABŞ hakimiyyətinin addımları çıxara bilər. Üstəlik, Liviyada bitmək bilməyən vətəndaş müharibəsinin daha da gərginləşməsi mümkündür. Qara qızılın ixracatçıları olan bu üç ölkədə istənilən problemlər mütləq qlobal bazara öz təsirini göstərəcək”, - deyə ekspert bildirib. Bundan başqa, L.Xazanov ABŞ-da genişlənməkdə olan şist neft hasilatı, ABŞ və Çin arasında ticarət müharibəsinin inkişafı, Səudiyyə Ərəbistanı, İraq və Qətərdən tədarük dinamikası, həmçinin, digər faktorların öz rolunu oynayacağını proqnozlaşdırır. Tələb-təklif balansı qorunub-saxlanılır Rusiya Xalq Təsərrüfatı və Prezident yanında Dövlət Xidməti Akademiyasının ali korporativ idarəetmə məktəbinin beynəlxalq kommersiya kafedrasının dosenti, ekspert Tamara Safonova isə qiymət dəhlizini qiymətləndirən zaman iki faktın nəzərə alınmasını vacib hesab edir: söhbət tələb-təklif balansı və iqtisadiyyatdan gedir. “Hazırda ABŞ-ın bir sıra istehsalçılara sanksiyalar yolu ilə göstərdiyi təzyiqləri nəzərə alsaq, balansın təklif qıtlığına doğru dəyişməsi riskləri mövcuddur. Qabaqlayıcı rolu OPEC+ razılaşması, daha dəqiq desək, onun gerçəkləşdirilməsi üzrə növbəti ssenarilər oynayacaq. OPEC+ ölkələrinin manevr üçün geniş imkanlarının olduğunu nəzərə alsaq, (bundan əvvəl hasilatı hətta qəbul olunmuş kvotalardan da aşağı ixtisar ediblər) onların, böyük ehtimalla, istehsalı artırmaq yolu ilə potensial xammal qıtlığını aradan qaldırmağa çalışacağını deyə bilərik”, - deyə T.Safonova bildirib. Ekspert ilin sonuna kimi tələb-təklif balansının faciəvi rəqəmlərə qədər düşəcəyini düşünmür, qiymətin məqbul civarlarda qalacağına inanır. İqtisadi faktora gəlincə, bu məsələnin daha qəliz olduğunu hesab edir: “Son zamanlar ABŞ və Çin arasında gedən “ticarət müharibəsi” ilə əlaqədar neqativ təsirlər əhəmiyyətli dərəcə artıb. Sözügedən “ticarət müharibəsi” getdikcə daha çox sahələrə toxunmağa başlayır (yüksək texnologiya və xammal sahəsi də eləcə). Belə bir şəraitdə qlobal iqtisadi artım tempinin zəifləyəcəyi ehtimalı artır. Qlobal ÜDM artımında baş verə biləcək ləngimə neftə olan qlobal tələbatla bağlı proqnozlara mənfi təsir göstərəcək, neft qiymətlərinin düşməsinə yol açacaq. Həmçinin, 2020-ci ilin ilk yarısına yeni qlobal iqtisadi böhranla bağlı artmaqda olan ehtimalları da diqqətdən kənarda qoymaq olmaz. Ancaq bu artıq “şok” ssenaridir (həmçinin, o faktı da unutmamalıyıq ki, böhrandan əvvəl neft qiyməti ənənəvi olaraq kəskin şəkildə bahalaşır). Mövcud istehsal və iqtisadi riskləri nəzərə alsaq və mövsümi aspektə diqqət yetirsək (payızda, adətən, neftə olan tələbat azalır), belə bir nəticə çıxarmaq olar ki, istehsalçılar və istehlakçılar nefti geniş dəhlizdə - 60-80 dollar barel civarında qoruyub-saxlamaq, xüsusilə bir barelin qiymətinin 50 dollar səviyəsinə yaxınlaşacağı təqdirdə xammal təklifinin məhdudlaşdırılması istiqamətində aktiv tədbirlər görməyə tam qadirdirlər”. Neft qiymətləri Azərbaycan üçün məqbuldur Beynəlxalq Valyuta Fondunun Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə regional aprel proqnozlarına əsasən, Azərbaycan üçün 2019-cu ildə itkisiz neft qiyməti bir barelə 50,6 dollar təşkil edəcək. Bu il ölkənin dövlət büdcəsində neftin qiyməti 60 dollardan götürülüb. Yəni gəlir və xərclər üzrə proqnozlarda neftin satılan hər barelindən ölkənin 60 dollar qazanc əldə edəcəyi əsas götürülür. Belə nəticə çıxarmaq olar ki, hazırda neft qiymətlərində müşahidə olunan dəyişkənliklər Azərbaycan üçün hər hansı ciddi risk yaratmır. Buna görə heç gələn ilə də problemlər gözlənilmir. Beynəlxalq Valyuta Fondunun məlumatına görə, 2020-ci ildə Azərbaycan üçün itkisiz neft qiyməti 48,2 dollar təşkil edəcək. Müxtəlif təşkilatların, məsələn, Dünya Bankının proqnozlarında neftin bir barelinin gələn il 65 dollara satılacağı göstərilir.







Xəbər lenti

img Günün xəbərləri
Azərbaycanda daha 531 nəfər COVID-19-a yoluxub, 6 nəfər vəfat edib

2020-07-11 / 16:59:33
img Cəmiyyət
Aqolli millimizdə çalışa bilər

2020-07-11 / 16:04:45
img Cəmiyyət
"Öz balalarına Amerikada toy edirlər, burdakılara qadağa qoyurlar” - Baloğlan

2020-07-11 / 16:03:14
img Günün xəbərləri
Dərslər sentyabrda açılır? - RƏSMİ CAVAB

2020-07-11 / 16:01:04
img Dünya
Bloomberg: İlon Mask milyarderlərin reytinqində Uorren Baffeti ötdü

2020-07-11 / 15:58:54
img Cəmiyyət
"Mayda yubileyimi pandemiyaya görə keçirə bilmədim, qaldı, sentyabrda görək necə olur"

2020-07-11 / 15:56:57
img Cəmiyyət
Millət vəkili ilə bağlı sevindirici xəbər: “Səhhəti yaxşı və stabildir”

2020-07-11 / 15:55:30
img Ölkə
Sabah külək olacaq, yağış yağacaq

2020-07-11 / 15:53:57
img Günün xəbərləri
Arif Qasımovun işdən çıxarılmasına səbəb olan - Video

2020-07-11 / 15:51:06
img Manşet xəbərləri
2 saatlıq SMS icazə ilə bağlı dəyişiklik: sutkada 2 və ya 3 dəfə...

2020-07-11 / 14:00:41
img Günün xəbərləri
8 şəhər və 8 rayonda ictimai nəqliyyatın hərəkəti dayandırıldı

2020-07-11 / 10:30:02
img Qafqaz
Gürcüstanda əkiz qardaşlar illər sonra imtahanda görüşüblər

2020-07-11 / 10:27:24
img Dünya
Koronavirusla bağlı son STATİSTİKA

2020-07-11 / 10:26:12
img Günün xəbərləri
“15 faizlik gömrük rüsumu alınır, bu da süni qiymət artımı ilə nəticələnir” - ekspert

2020-07-11 / 10:25:16
img Günün xəbərləri
“Sentyabr ayında dərslərə başlamaq mümkündür” - GƏLİŞMƏ

2020-07-11 / 10:24:27
img Sosial
Elektrik enerjisinin güzəşt limiti artırılacaq? - AÇIQLAMA

2020-07-11 / 10:15:56
img Günün xəbərləri
“1-2 il cəzası qalan şəxsin koronavirusa yoluxaraq ağır duruma düşməsi heç kimə lazım deyil” - Novella Cəfəroğlu

2020-07-11 / 10:13:40
img Manşet xəbərləri
Azərbaycanda 526 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb

2020-07-10 / 18:19:20
img Günün xəbərləri
Sabahdan bütün ictimai nəqliyyat dayandırılır – RƏSMİ

2020-07-10 / 16:24:19
img Günün xəbərləri
Dənizə getsəniz, koronavirusa yoluxa bilərsiniz – SƏBƏB AÇIQLANDI

2020-07-10 / 16:13:57
img Manşet xəbərləri
İnsanlar restoranlara, iş yerlərinə belə buraxıla bilər – YENİ TƏKLİF

2020-07-10 / 16:12:57
img Günün xəbərləri
NK-nın kreditlərlə bağlı qərarının detalları – Ekspert AÇIQLADI

2020-07-10 / 16:11:56
img Manşet xəbərləri
MƏMMƏDYAROVDAN DTX-nın ƏMƏLİYYATI İLƏ BAĞLI AÇIQLAMA - "İstefa verəcəyimlə bağlı..."

2020-07-10 / 16:09:36
img Günün xəbərləri
Azərbaycanda rəis müavini ailəsi ilə birgə koronavirusa yoluxdu

2020-07-10 / 16:08:19
img Dünya
İranda COVID-19-a yoluxanların sayı 252 720 nəfər olub

2020-07-10 / 16:07:24

Bütün xəbərlər